Əziz oxucu,
Yeniliklər hər zaman keçmişdə qoyduqlarımızın üzərində qurulur. Heç vaxt sıfırdan başlamadığımız kimi, daim topladığımız təcrübələrimizlə, nəyi etməli olduğumuz yox, nəyi etməməli olduğumuz üzrə olan təcrübələrimizlə başlayırıq. Bu dəfə də bu cür bir başlanğıca qədəm qoyuram.
Həyatımın son 3 ili mənim üçün dəyişimin keçid dövrü oldu. Öncə bir kitab mağazasında mümkün qədər oxuculara uyğun ədəbiyyatları tapmalarında yardımçı oldum. Dünyanı dəyişmək üçün kiçik, amma fərdləri sevindirmək üçün böyük addım idi.
Bir anda özümü ümid, ölüm və spirt qoxusunun içində tapdım. Öz mənəvi azadlığımı əldə etmək üçün həyat xilasetmənin bir parçası oldum. Ümidə dair yeni şeyləri ölümlə bolca rastlaşaraq öyrəndim.
Əksliklər gözəl müəllim ola bilir. İnsanların sağalmasına qismən kömək oldum, əcəli ilə mənim gecə növbəsində olduğum vaxtlarda tanış olan insanların gözlərini öldükdən sonra bağladım. Ölüm soyuğuyla üşüyənlərin üstünü örtdüm. Dərindən bilmək istəyirsənsə, parça-parça oldum. Ruhuma qədər zibilin içindəydim və bir gün o məkandan ala biləcəyim bütün dərsləri aldığım qərarına gəldim. Çünki dözə bilmirdim. Yaşadığım evə, ətrafımdakı dostlarıma qarşı yadlaşmışdım. Bütün bunlarla yeni bir mərhələnin qapısında çantamı yerə qoydum. Müəllimlik.
Alman dilinə olan marağımla V kursdan etibarən bildiklərimi paylaşmaq qərarına gəldim. Atdığım ən iddialı addımlardan biri idi və qətiyyən peşman deyiləm. Az sayda, təcrübəsiz, amma iddiyalı bir müəllimə etimad göstərən tələbə ilə başladım və zamanla sayları qeydiyyat dəftərimi dolduracaq qədər oldu. Hər biri ilə müəllimdən daha artığı olmağa çalışmışam, bildiyim hər şeyi öyrətməyə çalışmışam və onların sayəsində öyrənmişəm. Bütün günümü onlara ayırmaqdan böyük bir şövq duyurdum. Ölümlə olan ağır təcrübədən sonra gözlərindən ümid və gələcəyə dair qərarlılıq yağan gənclərlə bir ortamda olub onlara yol göstərə bilmə şansı mənim üçün əvəzedilməz idi. Gücdən düşdüyüm, yorulduğumu sandığım anlarda mənə böyük bir motivasiya oldular. Sənə az vaxt ayırdım, amma bunun əvəzinə onlara olan diqqətimlə, məncə, səni qürurlandıra bildim, əziz oxucu.
Tələbəlik həyatımın sonuna yaxınlaşanda artıq özümün rəsmi olaraq dil sertifikatına sahib olmağım bir şərt halına gəlmişdi. Çox qısa bir müddət ərzində hazırlaşıb illərdi ki, bu dil üzrə çəkdiyim
əziyyətimə layiq sertifikata sahib ola bildim. Bu uğurumun birbaşa müəllifləri tələbələrimdi, hər birinizə böyük bir sevgi bəsləyirəm. Suallarınız, bəzən məni küncə sıxışdıran şübhələriniz olmasaydı, özümü bu dərəcə inkişaf etdirə bilməzdim. Ümid edirəm, içinizdə "Həmid sevgisi" yarada bilmişəm. Sizin üçün müəllimdən daha artığı olmağa çalışdım, mümkün edə bildiyim bütün vasitələrlə sahib olmaq istədiyiniz biliklərə sizi çatdırdım. Ən azından əlimdən gələni etdim. Sərt bir dil üslubuna sahib olduğumu bilirəm. Bəzən könül sındıracaq qədər. Bilin ki, sərt bir ifadə işlətmişəmsə, haqq etmisiniz. Bilərək könlünüzü qırmağı heç vaxt istəmərəm. Gərəkli olsam, harda tapacağınızı bilirsiniz. Bu mənim bu işdə olan vidam olsa da, sizlərlə olan vidam deyil.
6 illik tibb tələbəsi həyatı, 1 illik intensiv terapiya şöbəsi təcrübəsi və 2 illik müəllimlik zövqündən sonra bunu rahatca deyə bilərəm: Arxasıyca düşdüyüm mənəvi azadlığın böyük bir qisminə sahiblənə bildim. Bu yolda gərəkli ola biləcək hər bir şeyi təcrübə etdim.
İndisə həyat mənim üçün iki yeni hədəf qoyub ortalığa: Həkim kimi özümü sübuta yetirmək və Ögey övlad kimi yanaşdığım yazarlıq mövzusunu ciddiyə almaq.
Artıq Almaniyadayam. Gəldiyim gündən etibarən yüksək enerjilə soyuqdəymənin gətirdiyi tutulu burun və ağrıyan boğaza baxmayaraq həkimlik üçün ciddi fəaliyyətə başlamışam.
İkinci hədəf üçünsə hətta buralara gəlmədən fəaliyyətə başlamışam. 3 gərəkli silahımla birgə. İstək. Bacarıq və Səbir.
Səni qürurlandıracam, əziz oxucu. Digər bir ögey övlad davranışı görən bu məkanı da qürurlandıracam, məndən daha çox şey eşidəcək və oxuyacaqsan.
Musiqi bu mətni daha səmimi və açıqürəklə yazmağıma səbəb oldu, istərdim sən də dinləyəsən və səmimi deyəcək bir sözlərin varsa, deyəsən. Özünə xoş davran.
Yeniliklər hər zaman keçmişdə qoyduqlarımızın üzərində qurulur. Heç vaxt sıfırdan başlamadığımız kimi, daim topladığımız təcrübələrimizlə, nəyi etməli olduğumuz yox, nəyi etməməli olduğumuz üzrə olan təcrübələrimizlə başlayırıq. Bu dəfə də bu cür bir başlanğıca qədəm qoyuram.
Həyatımın son 3 ili mənim üçün dəyişimin keçid dövrü oldu. Öncə bir kitab mağazasında mümkün qədər oxuculara uyğun ədəbiyyatları tapmalarında yardımçı oldum. Dünyanı dəyişmək üçün kiçik, amma fərdləri sevindirmək üçün böyük addım idi.
Bir anda özümü ümid, ölüm və spirt qoxusunun içində tapdım. Öz mənəvi azadlığımı əldə etmək üçün həyat xilasetmənin bir parçası oldum. Ümidə dair yeni şeyləri ölümlə bolca rastlaşaraq öyrəndim.
![]() |
| Gecənin oyaq növbətçisi olan bir ədəd Kəndin Filosofu |
Əksliklər gözəl müəllim ola bilir. İnsanların sağalmasına qismən kömək oldum, əcəli ilə mənim gecə növbəsində olduğum vaxtlarda tanış olan insanların gözlərini öldükdən sonra bağladım. Ölüm soyuğuyla üşüyənlərin üstünü örtdüm. Dərindən bilmək istəyirsənsə, parça-parça oldum. Ruhuma qədər zibilin içindəydim və bir gün o məkandan ala biləcəyim bütün dərsləri aldığım qərarına gəldim. Çünki dözə bilmirdim. Yaşadığım evə, ətrafımdakı dostlarıma qarşı yadlaşmışdım. Bütün bunlarla yeni bir mərhələnin qapısında çantamı yerə qoydum. Müəllimlik.
Alman dilinə olan marağımla V kursdan etibarən bildiklərimi paylaşmaq qərarına gəldim. Atdığım ən iddialı addımlardan biri idi və qətiyyən peşman deyiləm. Az sayda, təcrübəsiz, amma iddiyalı bir müəllimə etimad göstərən tələbə ilə başladım və zamanla sayları qeydiyyat dəftərimi dolduracaq qədər oldu. Hər biri ilə müəllimdən daha artığı olmağa çalışmışam, bildiyim hər şeyi öyrətməyə çalışmışam və onların sayəsində öyrənmişəm. Bütün günümü onlara ayırmaqdan böyük bir şövq duyurdum. Ölümlə olan ağır təcrübədən sonra gözlərindən ümid və gələcəyə dair qərarlılıq yağan gənclərlə bir ortamda olub onlara yol göstərə bilmə şansı mənim üçün əvəzedilməz idi. Gücdən düşdüyüm, yorulduğumu sandığım anlarda mənə böyük bir motivasiya oldular. Sənə az vaxt ayırdım, amma bunun əvəzinə onlara olan diqqətimlə, məncə, səni qürurlandıra bildim, əziz oxucu.
Tələbəlik həyatımın sonuna yaxınlaşanda artıq özümün rəsmi olaraq dil sertifikatına sahib olmağım bir şərt halına gəlmişdi. Çox qısa bir müddət ərzində hazırlaşıb illərdi ki, bu dil üzrə çəkdiyim
![]() |
| C1 Goethe-Zertifikat sahibi olan bir ədəd Kəndin Filosofu |
6 illik tibb tələbəsi həyatı, 1 illik intensiv terapiya şöbəsi təcrübəsi və 2 illik müəllimlik zövqündən sonra bunu rahatca deyə bilərəm: Arxasıyca düşdüyüm mənəvi azadlığın böyük bir qisminə sahiblənə bildim. Bu yolda gərəkli ola biləcək hər bir şeyi təcrübə etdim.
İndisə həyat mənim üçün iki yeni hədəf qoyub ortalığa: Həkim kimi özümü sübuta yetirmək və Ögey övlad kimi yanaşdığım yazarlıq mövzusunu ciddiyə almaq.
Artıq Almaniyadayam. Gəldiyim gündən etibarən yüksək enerjilə soyuqdəymənin gətirdiyi tutulu burun və ağrıyan boğaza baxmayaraq həkimlik üçün ciddi fəaliyyətə başlamışam.
İkinci hədəf üçünsə hətta buralara gəlmədən fəaliyyətə başlamışam. 3 gərəkli silahımla birgə. İstək. Bacarıq və Səbir.
Səni qürurlandıracam, əziz oxucu. Digər bir ögey övlad davranışı görən bu məkanı da qürurlandıracam, məndən daha çox şey eşidəcək və oxuyacaqsan.
Musiqi bu mətni daha səmimi və açıqürəklə yazmağıma səbəb oldu, istərdim sən də dinləyəsən və səmimi deyəcək bir sözlərin varsa, deyəsən. Özünə xoş davran.


Comments
Post a Comment