Almaniyanın bir-birindən heç fərqlənməyən, yaşıllıqla dolu, oxşar üslublu binalardan nəsibini almış şəhərlərindən birində, üzünü nadir gördüyümüz Günəşin işığının da verdiyi stimulla ilhama gəlmişdim bu bazar günü. Demək olar ki, son günlərki ritualım bənzərdi: Öz ədəbi ilham şıltağımı qamçılamaq üçün əvvəlcə bir neçə səhifə kitab oxuyuram, sonrasa köhnə üsul meyllisi olduğumdan uzun dəftərimi qabağıma çəkib yazımla məşğul oluram. Adəti üzrə masaüstü kitabım Stephen Kingin "Yazı sənəti" kitabıdı.
Bu gün ustadın dediyi bir neçə fikir üstünə dəqiqələrmi qoydum mərcə. Öz iti və hər cümləsinin sonunda partladılmağa hazır zarafatları ilə deyir ki, hər yaxşı yazarın oxuduğu ilk bərbad roman yadddaşındadı. Hansı ki, ona "Mən bundan daha yaxşı yazaram" dedirtib və masa başına keçirib. Ona görə də pis ədəbiyyat oxumaqda ziyan yoxdu. Bir qrup romanlar da var ki, oxuduqdan sonra "mən bunun kimisini yaza bilmərəm" düşündürür. Bəziləri üçün şübhə yoxdu ki, bu da qılıncını itiləmək üçün yetərli səbəb olur, amma çox vaxt həvəsdən salıcıdır.
Ağlıma ilk gələn fikir təbii ki, "mən bundan daha yaxşı yazaram" demiş olduğum kitabların(hətta biri Kingin elə öz kitabıdı) adları oldu. Amma ardınca yatağımın üstündə, divardan asılı kitab rəfinə baxdım. Sırayla düzülən kitablar Salman Rüşdünün "Gecəyarısı uşaqları", Neil Gaimanın "Skandinav Mifologiyası", Philip Dick, Michael Kimball və Sidney Sheldondan yeni aldığım almanca romanlar, Stephen Kingin almanca
hekayələr toplusu, Hələ də "başımçün olmadığı"nı düşündüyüm bir Neal Stephenson romanı, Michael Chabondan illərdi ki, oxumağı planladığım o əfsanəvi "Kavalierin macəraları", Joseph Campelldən "qəhrəmanın sonsuz yolçuluğu", William Zissnerdən "yaxşı yazmaq haqqında" və Colson Whiteheaddən "Yeraltı Dəmiryolu" kitabları idi. Sadaladığım kitablardan, ya da müəlliflərdən hansına vaqesiniz, bilmirəm. Amma lüğətimdən motivasiya sözünü silməyə yetəcək qədər güclü kitablar olduğu barədə sizi əmin edə bilərəm.
hekayələr toplusu, Hələ də "başımçün olmadığı"nı düşündüyüm bir Neal Stephenson romanı, Michael Chabondan illərdi ki, oxumağı planladığım o əfsanəvi "Kavalierin macəraları", Joseph Campelldən "qəhrəmanın sonsuz yolçuluğu", William Zissnerdən "yaxşı yazmaq haqqında" və Colson Whiteheaddən "Yeraltı Dəmiryolu" kitabları idi. Sadaladığım kitablardan, ya da müəlliflərdən hansına vaqesiniz, bilmirəm. Amma lüğətimdən motivasiya sözünü silməyə yetəcək qədər güclü kitablar olduğu barədə sizi əmin edə bilərəm.
Amma danışmaq istədiyim bunlar yox, başqa bir kitabdı. Çox uzun müddətdir ki, buralarda kitab barədə danışmıram, ona görə də düşündüm ki, qayıdıramsa, bunu ədəbinə uyğun şəkildə etməliyəm, düz deyil?
David Mitchell ingilis ədəbiyyatının son 15 ildə ortaya qoyduğu ən perspektivli 10 yazıçısından biri hesab olunur və məncə, özünü Kingin dili ilə desək "Səriştəli yazar"dan, "Əla yazar" mərtəbəsinə qaldırıb. "Sümük saatlar" kitabı ədəbiyyat zövqümə tərs bir üslubun içində son 200 səhifəsi ilə gecənin biryarsı, bu yazını oxuyacaq potensial oxuyucularımın(əgər hələ də qalıblarsa) yuxuda olduğu bir vaxtda məni zədəli ayağıma baxmayaraq, kompüterim qarşısına keçirdi.
King deyir ki, Tolkien var olmayan Hobbitləri 20-ci əsrin qarışıq zamanlarında, insanların ən çox ehtiyac duyduğu dövrdə elə bir şəkildə yaratdı ki, izlərini hardasa 1 əsr keçməsinə baxmayaraq silmək olmur. Bəzi yazarlar eyni mövzunu başqa cür təhrif edib daha bir dəfə yazmaq( Terry Brooks kimi) ehtiyacı duyur. Bəzi yazarlarsa öz kitablarında Tolkienin tütün tüstüsündən öz payına düşən əlamətləri daşımaqdan çəkinmirlər. David Mitchellin bu fövqəltəbii kitabında orijinal ideyaları ilə yanaşı, sanki Sauron daha bir dəfə dirilmişdi, Kotharın Kor gözü eyni qüllənnin başında dikildiyi kimi, ikonadan ona baxanlara dikilmişdi.
Kitab I şəxsin təkində, indiki zamanda qurulan cümlələrlə başlayır və bu cür də davam edir. Holly Sykes adlı, 16 yaşlı irland qızın ailəsinə hirsi ilə evdən qaçıb yaşlı, telekinetik, telepatik və daha bir çox "tele"lərə sahib əsrlərcə yaşamış Esther Littlelə qarşılaşması ilə davam edir. Əsas hekayə Holly Sykes və onun ətrafında olan insanlarla çevrələnib və dön-dolaş söhbət bu gənc və pozuq ingiliscə danışan qıza qayıdır. Ölümsüzlüyə dair, əsrlər boyunca uzanan, hər dövrün hekayəsini(istər Çar Rusiyasındakı Sant-Petersburq, istərsə də 2043 ilindəki tükənmiş Sheeps Head yarmadası) mükəmməl canlılığıyla qələmə alan Mitchellin ovsununa qurban getməmək olmur. Kontekst bütün romanlardakı əsas fikirə əsaslanır(bəlkə də dünyanın əsas qayəsinə): Pis və yaxşının müthiş savaşı. Dünyanın şeytandan əmələ gəldiyini iddia edən sapqın bir təriqətin 3cü Çarkra gözü olan insanları qaçırıb ruhundan düzəldilən qara şərabla ölümsüzlüyə sahiblənən(ah Jesus!) 12 müridi, ölən və öldükcə başqa bir bədəndə oyananlarla(çox vaxt da uşaq olaraq) ruhlarını bir bədəndən digərinə daşıya bilən gəzginlərin birliyinə qarşı.
İradım var mı? Hə, bir balaca. Holly Sykesin yeniyetməliyindən başlayan bu müthiş hekayətin içində Ed Brubeck(uşaqlıq dostu və gələcək həyat yoldaşı) bir rol oynayırdı, bəs Crispin Hershey? Gərək vardı mı onun da da dilindən 100 səhifədən çox oxumağa?
İradım var mı? Hə, bir balaca. Holly Sykesin yeniyetməliyindən başlayan bu müthiş hekayətin içində Ed Brubeck(uşaqlıq dostu və gələcək həyat yoldaşı) bir rol oynayırdı, bəs Crispin Hershey? Gərək vardı mı onun da da dilindən 100 səhifədən çox oxumağa?
Kitabı oxudum, bitirdim və "mən bunu yazmağı bacara bilərəm mi?" soruşdum özümə.
Mümkündüsə belə, çox uzaq gələcəkdədi. Hadisələrin bol çeşidliliyi, bir-birini daban-dabana izləyən boşluqsuz ssenari, bir-birini təkrarlamayan əvəzsiz və biri ölsə boşluğunu daha yaxşısı dolduran personajlar.
Qış gəlir, bəzən evə qapanmaq istəyə biərsiniz, belə olanda metafizikanın yanaq şişirdəcək dəlicə ideyalarını kölgədə qoymağa qadir bir həyat hekayəsini, 1984dən 2043ə qədər uzanan bir zaman dilimini, dəyişimi, insanları, dostluqları, sevgini, qəddarlığı, şərin bir çox insanın içindən əskik olmayan toxumunu və daim ona qarşı gəlmək üçün mövcud xeyiri mükəmməl bir axıcılıq və ayrıntıları ilə ifadə edən bu mükəmməl kitabı oxuyun.
"Hər canlı doğular, böyüyər və ölər, hə? Həyatın müqaviləsində yazılıb bu. Amma mən bura, bəzi nadir hallarda bu dəyişdirilməsi təklif belə edilməyən maddənin.. yenidən nəzərdən keçirilə biləcəyini deməyə gəldim."


Əslində daha bir dəfə düşündüm, daha yaxşısını yaza bilərəm axı, deyəsən. :D Hər şeyin öz vaxtı var.
ReplyDeleteƏvvəlki yazılar hissləri qarışdırırdı, bu yazı isə fikirləri qarışdırdı. Hansı daha yaxşıdı bilmirəm ama yazdıqlarınızı oxumaq olduqca xoşdu.
ReplyDeleteYeni bir daimi oxuyucu qazanmaq xoşdur. Təşğkkür edirəm və xoş oxumalar diləyirəm. 😌
Delete