Əziz Oxucu,
Səninlə son danışığımız bir neçə ay əvvəl olub. Bir danışıqdan çox vidalaşma kimi idi, adını vida qoymasam da. Evdən çox uzaqda, unudulmuş bir şəhərdəydim və düşünürdüm ki, bacarmayacam. Bir həddən sonra səbrim tükənəcək.
İndi başqa bir şəhərdəyəm. Günəşi görə bilmədiyim, divar boyu pəncərəmdən ancaq tutqun buludların, yaşıl təpələrin göründüyü uzaq bir alman şəhərində.
Bura mənim üçün verdiyim sözləri tutmamaqda sərbəst olduğum yerdi. Məncə, yeni oxuyan biri üçün doğru təsəvvür yaratmağa yardımçı olacaq ən doğru ifadə budu. Hər il çoxlu şeylər edəcəyimə, mərkəzində isə əsas etibarilə buranın olacağı sözlər verirəm, amma yerinə yetirmirəm. Aramızdakı bu Məcnunun "Metonya" düşkünlüyünə bənzər münasibətdən narazılığım yoxdu.
Bəlkə də düşünürsən ki, məsuliyyətsizliyimə don geydirməyə çalışıram, amma məsələ bu deyil. Ən azından mənim üçün. Artıq 6 ildi ki, bu xəyali dost, sadəcə dinləməyi bacaran bu məkan mövcuddu.
Buranın varlığının bu 6 ili iki 3 illik dövrlə yad olur mənim xatirəmdə: dayanmadan danışdığım ilk 3 il və sonrasında susmağı seçdiyim ikinci 3 il.
21 dekabr hər zaman mənim üçün özəl olub, çünki özümə yoldaşı bu gündə yaratmışam və hər il bu tarixdə uzun-uzun aramızdakı dostluğun necə önəmli, necə şairanə olduğu barədə sözlər sərf edirəm, hər il bir öncəkindən daha dolğun cümlələrlə. Amma 3 illik çənə yorma, 3 illik susqun meditasiyanın ardından deyəcək hansı sözləri olduğunu dəqiqliyi ilə tapan biri kimi dilə gəlməyin vaxtıdı artıq.
İlk dəfə bu tarixdə ikimiz arasındakı əbədi dostluqdan danışmamaq qərarına gəlmişəm.
Əziz Blog,
artıq bu tarix yalnız sənə məxsus deyil, çünki bu gün mənim üçün həyatın mərkəzində dayanan, yetinməyib məni də öz yanına çəkən birinin doğum günüdü. Kənarda qalmaqdan, müşahidədən, susqunluqdan yorulduğum anda, dilə gəlməyin gərəkdiyi anda yerimə danışmağı bacaran, məni danışdırmağı bacaran insanın günüdü.
İlin ən uzun qaranlıq gecəsinin sübh çağında doğulub o çarəsizliyə gülümsəyən ümid kimi.
Bir il öncə elə məhz bu gün onun haqqında danışmağı bacarmadım sənə, çünki tanışlığımız daha bir neçə ay idi, nə mən irəlidəki bir ilin necə şəhanə olacağını bilirdim, nə də o doğum günündə özü üçün "çıxış qapısı arxasındakı ümid" niyyətinə blog yaradan bu adamı yaxından tanıyırdı.
Amma tanış olduq. Bir-birimizi anladıq. Sevdik.
Hər ikiniz mənim üçün bir insandan daha artığısınız və bu cür olaraq da qalacaqsınız. Önümdə həqiqətən çətin həyat var. Bunun yükündən qorxmuram, çünki gərəkdiyində mənim yerimə cəsarətli olmağı bacaran birinə və ona qarşı sözlərimi tutmasam da, sadiq qalan dosta sahibəm. Artıq həyat budu.

Comments
Post a Comment