Yəqin heç kim bunu inkar etməz ki, film dünyasının ən böyük problemi vizyonsuz rejissorlardı. Gəlin fikrimi bir az açıqlayım:
Bax, düşün ki, oturmusan evdə, yaxşı ssenari axtarırsan, psixika baxımından da bir az çatlaq olduğundan gedib Stephen King kitablarında eşələnirsən. Niyə? Çünki dinc dura bilmirsən. İllah daha bir kitabı zay gününə qoymalısan axı. O qədər kitab, yüzlərlə hekayə dura dura gedib nəyi seçirsən bəs? Əfsanə 'The Shining'in azarkeş qazıyla yazılmış 'Doctor Sleep'ini. Niyə? Dedim axı, başın çatmır bir az.
The Shining XX əsrin şedevr travmatik-dramlarından biridi. Hətta şahıdı. Kingin beyninin hələ narkotiklə tam bulanmadığı, öz güvəninin satış sayından yox, həqiqi bacarığından qaynaqlandığı vaxtında yazdığı ən mükəmməl 5 romanı arasında yerini dəqiq verə bilmədiyim şamplenasıdı. Doctor Sleep elə oldu mu 2012'də? Yox, olmadı.
Əzizimiz 2009'da öz saytı üzərindən biz platonik aşiqlərindən soruşdu ki, hansı kitabı oxumaq istəyərsiniz? Danny Torrance'in 40 yaşlı halını, yoxsa The Dark Tower'dən daha bir kitabı? Yarışmanı əlbəttə ki, özü qaşınan oxucuların sayasində Doctor Sleep qazandı.
King neylədi? Dedi, aha bu dəqiqə. 2011 və 2012də iki fərqli tədbirdə Doctor Sleep'dən hissələr oxudu izləyicilərə. Sonra da sağ göstərib sol vurdu, Dark Tower'in 8ci kitabını yazıb sonunda Doctor Sleep'dən proloq yerləşdirdi.
Bura qədər anladığınız qədər gözləntilərimiz qalxdı oldu Eyfel qülləsi.
Kitabı 2015'də oxuya bilmişdim və açığı 2014'də məni dərindən təsirləndirən The Shininf'in verdiyi effekti, həyəcanı və anlamı ifadə etməmişdi. Kitab yaxşı idi, amma Eyfel Qülləsi deyildi, maksimum Pisa qülləsi idi və əyilmişdi.
The Shining'i film olaraq sevdiyimi deyə bilmərəm, çünki kitaba sadiq deyil. Amma ortada Kubrick və əfsanəvi Jack Nicholson amili var. Ona görə də həmişə film dünyasında öz adını və şanını qoruyacaq.
Pisa qülləmizin yenidən dikəldiyi vaxt isə Doctor Sleep'in film olaraq 2019'da bizə salam deyəcəyini öyrəndiyimiz gün oldu. Həyəcanlandım, amma bu dəfə coşmadım. Çünki bu dəfə Kubrick məzarında, Nicholson isə qocalığından zövq almaqda olacaqdı..
Dünən özümü toparlayıb getdim filmə, gecənin bir qaranlıq vaxtı da buz kimi soyuqda üzüm bağlarının arasıyla işıqzız yolda velosiped sürmüşəm, həyəcanımı siz düşünün artıq. Film alınıb mı? Aha, bu dəqiqə.
Aranızda 2017'nin ən müthiş filmlərindən olan Ready Player One izləyən var? Rejissor mənim könül taxtımın sahibi Stephen Spielberg, müəllif Ernst Cline. Ordakı The Shining göndərmələrini izləmisiniz? O müthiş səhnələri?!
Bax mənə çatmayan budu, sən neçə illik şirkətsən, Warner Bros. Sən Ready Player One'nın da çəkiminin imzasını atmış şirkətsən, Allahsız o nə biabrçı effektlər idi? Overlook'dakı ucuz qan səhnəsi nə idi elə? İl olub 2019, Fotoshopla qan axıdırsınız. O səmada uçuş səhnələrinə nə deyək? Yaxşı, Rejissorunuzun başı çatmır, sizə nolub?
Bu ki Netflix'in çəkdiyi 1922 ya da Gerald's Game deyil, The Shining əfsanəsinin davamıdı. Təəssüflər içində izlədim.
Danny Torrance rolunda aktyor yetərincə işini gördü, atasından aldığı içki alışqanlığı mirasını, o travmatik həyatı yansıda bilmişdi, üz quruluşu Jude Law'nı xatırlatdığından insanın beynində onu ekranda görmək istəyi oyadırdı, amma özü də pis deyildi.
Ebra xarakterinə seçilən aktrisa.. nə bilim əşi.
Oteldəki Jack Torrance canlandırılması isə.. Kaşa! Jack Nicholson yoxdu deyə saç quruluşu ona bənzəyən bir aktyoru gətirib yerinə oturtmaq. Haqqını yeməyək aktyor yetərincə yaxşı oynadı. Amma orda Jack Nicholson durmalıydı. Mütləq, mütləq və mütləq. Balta xatırlatmaları, Danny'nin yarıq qapıdan baxma səhnəsi. Əla idi.
Film dünyasının bir az çatlaq rejissorlarının ən böyük problemi, çatışmazlığı kitabları duymaq qabiliyyətlərinin olmamasıdı. Oxuduqları şeyi görüntü olaraq təsəvvür edirlər və ekranlaşdırırlar. Amma bu Stephen King romanları üçün keçərli deyil. Çünki King görsəl ifadələrlə hekayə ifadə edə bilən yazıçı deyil, King travmatik yaddaş prinsipinə sadiq yazıçıdı. The Shining'də Kubrick ssenaridə kitaba sadiq qalmasa da, personajların xarakterizasiyasında bu düstura sadiq qalmışdı, amma bu dəfə bu alınmayıb.
Reallıqdan uzaq dünyası olan mistik, fantastik, elmi fantastik ədəbiyyatın və film dünyasının dram ədəbiyyatı sevərlər(öz dilləri ilə desək "ciddi oxucular" :D ) tərəfindən qəbul edilməməsinin altında yatan səbəb budu: görüntü effektlərinə, ətraf dünyanın, mistik hadisələrin, elmi tərəqqi fetişizminin, fantastik canavar təsvirlərinin insan və onun xarakterini kölgədə buraxması.
Doctor Sleep kitab olaraq bir King kitabıdı, müstəqil bir kitab olaraq doyurucudu, The Shining davamı olaraqsa yox.
Film bir Stephen King filmidir mi? Yox. Amma izləməyə dəyər mi? Əlbəttə! Gərəkli duyğunu almadım, çünki vəhşicəsinə King oxuyan biri üçün doyurucu deyil, amma mistik filmlər arasında standardlara uyğundu.
Overlook'suz bir həyat və içki şüşəsində dərman axtaracağınız günlərin çox uzaqda olması diləyi ilə.

Comments
Post a Comment