Əziz oxucu,
2020-ci ildə arabir çox sevdiyim hekayələri tərcümə edib
önünə gətirəcəm. Həmişə öz dilimizdə yetərli bazanın olmamasından şikayətlənirəm,
şikayətlənmək əvəzinə bu mövzuda bir çarə olmaq daha yaxşı üsul kimi görünür mənə.
Tərcümə etmək öz dilimizdə doğru və effektiv ifadə şəkillərini tapmaq, öyrənmək
üçün çox gözəl şansdı mənimçün də. Eh, amma əsas qaznclı sən çıxacaqsan.
Beləcə, əziz Neil Gaiman imzalı "O birilər" hekayəsi.
"Burda zaman nisbidi" dedi iblis.
Adam onun bir iblis olduğunu elə ilk baxışda anlamışdı.
Onun iblis olduğunu bilirdi, oranın cəhənnəm olduğunu da. Başqa bir ehtimal yox idi.
Onun iblis olduğunu bilirdi, oranın cəhənnəm olduğunu da. Başqa bir ehtimal yox idi.
Ensiz, uzun otaq idi. İblis otağın o biri ucunda, tüstü dolu hissəsində onu gözləyirdi.
Boz qayalardan ibarət divarlarda yaxından baxılsa ürək düşürdəcək qədər qorxunc əşyalar asılı idi. Tavan alçaq idi, döşəmə isə sanki yox idi.
"Yaxın gəl" dedi iblis. Adam ona deyiləni etdi.
Çılpaq iblis bir dəri, bir sümük idi. Dərisi çox uzun müddət əvvəl yaranmış təəssüratı bağışlayan yaralarla dolu idi.
Qulaqları və cinsi orqanı yox idi. İncə dodaqları rəngsiz, gözləri isə əsl iblis gözləri idi: görə biləcəklərini görüb, geridə qoymuş bir canavara aid idilər. Baxışları önündə özünü milçəkdən fərqsiz hiss etdi adam.
"İndi nə olacaq?" deyə soruşdu iblisdən.
Kədər ya da zövqdən zərrə iz daşımayan, sadəcə bezikmişlik qoxan hissiyyatsız səslə, "indi işgəncənı dadacaqsan!" dedi.
“Nə vaxta qədər?”
İblis başını iki yana salladı və cavab vermədi. Ağır addımlarla divarın dibinə getdi, asılmış alətlərdən əvvəl birini, sonra digərini gözdən keçirdi. Divarın ən uzaq ucunda, örtülü qapının yanında doqquz quyruqlu pişik deyilən qamçı asılı idi.
İblis 3 barmaqlı əli ilə onu yerindən çıxartdı, müqəddəs bir əmanəti daşıyırmışcasına əlində tutub əvvəlki yerinə qayıtdı.
Pişiyin doqquz quyruğunun ucundakı dəmirləri sobaya qoyub yaxşıca isinmələrini gözlədi.
"Bu insanlığa ziddir!"
"Eynilə".
Pişiyin quyruqları ölümcül bir narıncı rəngə bürünmüşdü.
İblis ilk zərbəni vurmaq üçün qolunu qaldıranda, "zaman keçdikcə bu an üçün darıxacaqsan", dedi.
"Yalançısan!".
"Yox", dedi ilbis. "Ardı", deyə davam etdi qamçını adamın kürəyinə vurmamışdan qabaq, "çox daha dəhşətli olacaq".
Qamçının dəmirləri şaqqıldayıb fısıldayaraq adamın kürəyinə dəydi, bahalı paltarlarını cırıq-cırıq etdi. Parçalar alov içində yanıb didik-didik olanda adam heç vaxt bitməyəcək bağırışlarına başlamışdı.
Otağın divarlarında 211 alət asılı idi və vaxt keçdikcə hamsının dadını biləcəkdi.
Nəhayət ki, yetərincə yaxından tanış olduğu Lazarene'in qızı adlı alət də təmizlənib divardakı yerinə asılandan sonra, bax onda dağılmış dodaqlarından inilti yayıldı, "indi nə olacaq?"
"İndi.. əsas işgəncə başlayacaq," dedi iblis.
Elə də oldu.
O günə qədər etdiyi, amma etməsə daha yaxşı ola biləcək hər şey. Özünə və başqalarına danışdığı hər yalan. Hər küçük incitmə, hər dərin kədər. İblis unutqanlığın sakitləşdirən pərdəsini cırdı, hər günahını, bütün xırdalıqları ilə millimetrinəcən üzə çıxartdı.
Yerdə ancaq həqiqətlər qalanadək xatirələri əzib toza çevirdi. Bax bu hər şeydən daha çox ağrıtdı adamı.
"Qadın səni tərk edib gedəndə nə düşündüyünü de!" dedi iblis.
"İçimdə bir şeyin qırıldığını düşündüm".
"Yox." dedi iblis, nifrət, ya da ironiya sezilmədən.
"Elə düşünmədin." Donuq gözlərini adama yönəltdi. Baxışlarını qaçırtmağa məcbur qaldı adam.
"Bacısıyla yatdığımı heç vaxt bilməyəcəyini düşündüm."
İblis adamın həyatını anbaan, hissə-hissə parçaladı. Bəlkə yüz il davam etdi, bəlkə min, o boz otaqda zaman bir şey ifadə etmirdi, sona yaxınlaşdıqca anladı adam. Bu yaşadıqlarıyla müqayisədə fiziki işgəncə şəfqət dolu idi bəlkə də.
Və bitdi.
Və bitən kimi yenə başladı. Bu dəfə nələr baş verəcəyini bilməyin ağırlığı altında işgəncə yaşadı adam və bu hər şeyi daha da pisləşdirirdi.
Danışdıqca özünə nifrət edirdi.
Yalanlar, bəhanələr yox idi, ağrı və qəzəb xaric bir şey qalmamışdı.
Danışırdı. Ağlamırdı da. Min il sonra danışmağı kəsəndə
iblisin divara tərəf gedib ovçu bıçağını, ya da "dəmir armudu" götürməyi
üçün dua etdi.
"Bir də.." dedi iblis.
Adam qışqırmağa başladı. Uzun müddət də dayanmadı.
"Bir də.." dedi iblis adam dayananda, sanki heç nə danışılmayıbmış kimi.
Soğanın qabığını soymaq kimi idi. Bu dəfə danışdıqca bu günə kimi etdiklərinin nəticələrinin olduğunu başa düşdü.
"Bir də.." dedi iblis.
Adam qışqırmağa başladı. Uzun müddət də dayanmadı.
"Bir də.." dedi iblis adam dayananda, sanki heç nə danışılmayıbmış kimi.
Soğanın qabığını soymaq kimi idi. Bu dəfə danışdıqca bu günə kimi etdiklərinin nəticələrinin olduğunu başa düşdü.
Etdiklərinin nələrə səbəb olduğunu, hadisə vaxtı özünü görməzliyə vurduğu detalları, dünyaya nə qədər zərər verdiyini, heç tanımadığı, qarşılaşmadığı insanlara nə qədər əzab verdiyini öyrəndi. O ana qədərki əzabı ən ağır dərsi idi.
"Bir də.." dedi iblis, min il sonra.
Adam yerdə, sobanın yanında diz çökdü. Gözlərini bağlayıb irəli-geri yellənərək həyat hekayəsini danışdı.
Doğumundan ölümünə qədər bir şeyi də dəyişdirmədən, üstündən keçmədən, hamsıyla üzləşərək və hər anını yenidən yaşayaraq.. ürəyini açdı.
Danışığını bitirəndə oturduğu yerdən qalxmadı, gözlərini açmadan səsin "bir də.." deyişini gözlədi, amma bir şey eşitmədi. Gözlərini açdı.
Yavaşca ayağa qalxdı. Tək idi.
Otağın digər ucunda bir qapı var idi və adamın baxışları altında açıldı. İçəri biri girdi. Üzündən nə qədər qorxu içində olduğu oxunurdu., amma bir o qədər də qürurluydu. Bahalı paltarlar geyinmiş bu adam tərəddüd içində otağın ortasına tərəf bir- iki addım atıb dayandı.
Onu görən kimi hər şey aydın olmuşdu adam üçün.
"Burda zaman nisbidi", dedi yeni gələnə.
Comments
Post a Comment