Skip to main content

Neil Gaiman - Partilərdə qızlarla necə danışılar?

Əziz oxucu, 

  İllər sonra ilk dəfə bloqun doğum gününü yazıilə qeyd etmədim, özümdən o qədər utanmışam ki, neçə gündü küncdə bir ayağı yuxarıda durmuşam. 

Dedim nə edim, necə edim ki, özümü bağışladım. Ona görə də, sizə möhtəşəm bir hekayə tərcüməsi ilə gəlmişəm.

Neil Gaiman yeniyetmə dilindən hekayə yazsa, bunu həqiqətən yeniyetmə dilindən danışıldığını anlata bilir. Bir neçə aylıq körpə? problem deyil, yazılanların bir körpənin düşüncələri olduğuna inana biləcəksiniz. 

Oxuyacağınız bu hekayə 2007-ci ildə ən yaxşı hekayə nominasiyasında Hugo mükafatı namizədi, Locus mükafatı'nınsa qalibi oldu. Niyə bu hekayə soruşsanız, keçən həftə Praqada tətildəydim. Frans Kafkanın ev muzeyinə gedən yolda bir bukinist çıxdı önümə, qapısında almanca kitablar da olduğunu yazmışdılar, içəridə hansı ara bu hekayənin komiks versiyasını tapdığımı içəridəki rahat kreslolardan birinə çöküb zaman ölçüm qabliyyətimi itirdiyimi bilmədim. 

Aşağıdakı hekayəni oxuyarkən bir neçə şeyi ağlınızda saxlamanızı rica edirəm: 

  • Bu bir yeniyetmə oğlanın hekayəsidi. Onun düşüncələridi. onun ətrafındakı qızları başa düşə bilməmək hekayəsidi. Cümlələri, yanaşması tamamilə bir yeniyetməyə xasdı, 59 yaşındakı bir yazıçının fikirləri deyil. 
  • Hekayəni alman dilindən, məntiqini oturda bilmədiyimi hiss etdiyim yerlərini də əlimdən gəldiyi qədər ingilis dilindən tərcümə etmişəm, qüsur olsa.. əcəb eləmişəm. 😃 







"Gəl görüm! Bu çox əla olacaq!" dedi Vic.

"I-ıh, olmayacaq", dedim, bu mübahisəni 1 saat əvvəl uduzsam da.

"Möhtəşəm olacaq!", dedi bəlkə də 100-cü dəfə Vic.

"Qızlar! Qızlar! Qızlar!", ağ dişlərini göstərib güldü.

İkimiz də Cənubi Londonda oğlanlar məktəbinə gedirdik. Əslində desəydik ki, qızlarla heç təcrübəmiz yoxdu, yalan olardı. Mənim bacımın 3 rəfiqəsini öpdüyümü nəzərə alsaq, Vic'in daha çox qız dostu olduğunu demək olardı. Amma bunu deməyim tam yerinə düşərdi ki, ikimiz də oğlanlarla dostluq edirdik, münasibət qururduq və onları anlayırdıq. Ən azından mən.

Bir dost Vic'ə parti haqqında danışmışdı və Vic getməyə qərar vermişdi, bu qərar mənim xoşuma gəlirdi ya yox, soruşmadı. Amma bu həftə ailəm bir konfransdaydı və Vic'in evində qonaq idim. Beləcə mən də ona qoşuldum.

"Bu həmişəki kimi olacaq", dedim. "1 saat sonra sən partinin ən yaxşı qızını əlləmək üçün harasa gedəcəksən, mənsə mətbəxdə kiminsə anasının siyasət, ya da poeziya haqqında dediklərinə qulaq asacam. "

"Sən sadəcə onlarla danışmalısan", dedi Vic. "Hmm, məncə bu küçənin sonundadı."

Əl hərəkətləri ilə məmnun qaldığını göstərdi və içki şüşəsinin olduğu torbanı yellədi.

"Sən harda olduğunu bilmirsən?!"

"Alison istiqaməti başa saldı, mən də onu bir balaca kağız parçasına yazdım, amma koridordakı masanın üstündə unutmuşam. Yenə də narahat olma. Ünvanı tapa bilərəm."

"Necə?" yavaş-yavaş içimdəki ümid yenə oyandı.


"Biz küçə boyunca gedəcəyik", dedi, sanki axmaq bir uşağa nəsə başa salan üz ifadəsi ilə. "Və bir parti axtaracağıq".

Ətrafa baxdım, amma heç bir parti görmədim. Tüstüləyən maşınlar, balaca evlər, önündəki beton bağçalarda saxlanılmış velosipedlər; qəzet köşklərinin çirkli vitrinləri, çoxu da yad ədviyyatlar qoxuyurdu və hər şey satırdılar. Ad günü kartları və ikinci əl komikslərdən tutmuş bir çoxu pornoqrafik olan jurnallara qədər. Bunlardan birində olmuşdum, Vic köynəyinin altında o jurnallardan birini əkişdirmək istəmişdi, amma satıcı onu bayırdan görüb geri qaytarmağa məcbur etmişdi.

Yolun sonuna çatdıq, döngədə bənzər evlərin sırayla düzüldüyü kiçik bir küçə var idi. Yay axşamları bu cür yerlər sakit və tamamən boş görünürdü. "Səninçün vəziyyət əladı, hamsı səni xoşlayır. Onlarla danışmağına da ehtiyac yoxdu." Bu doğru idi: Vic'dən gözalımlı bir gülümsəmə və artıq onlar üçün otaq seçilə bilərdi.

"Yox, doğru deyil. Sən sadəcə onlarla danışmalısan".

Bacımın rəfiqələrini öpəndə onlarla danışmağa gərək qalmamışdı. Bacım başqa bir işlə məşğul olan vaxt onlar ordaydılar və mənim günlük həyatımın ortasına düşmüşdülər, beləcə mən də onları öpmüşdüm. Onlarla nəyisə danışdığıma dair.. nəyisə xatırlamıram.

"Qızlara nəyi deməyin lazım olduğunu bilmirəm ki", dedim Vic'ə.

"Onlar sadəcə qızdılar", dedi Vic, "başqa planetdən gəlmirlər".

Valideynlərim harda olduğumu bilməyi daim istəyirdilər. Amma, deyəsən, Vic'inkiləri bu o qədər də maraqlandırmırdı. O 5 övladın ən balacası idi.

Bu ümumiyyətlə mənimçün sir dolu idi: yaşda məndən kiçik 2 bacım var idi, yenə də özümü yalnız hiss edirdim. Özümü xatırlayandan bəri bir qardaşım olmasını arzulamışam, 13 yaşım tamam olanda özümə Yerə enən ilk ulduzu arzulamağı kəsdim, amma o vaxt da bir qardaş özümə arzuladığım yeganə şey idi.

Qapının zəngini basdıq və onu bir qız açdı. Çox istərdim, qızın neçə yaşı olduğunu deyə bilim. Amma ən çox nifrət etdiyim şeylərdən biri də bu idi: biz hələ uşaq olaraq həyata başlayanda sadəcə oğlanlar və qızlarıq. Zaman hər ikimiz üçün eyni sürətlə axır. Birlikdə 5, 8 ya da 11 oluruq. Amma günlərin birində bir təpə meydana çıxır və qızlar onu aşırlar, sənin önünə, gələcəyə tərəf və beləcə onlar hər şey haqqında bilirlər: onların periodları, sinələri, makyajları və Tanrı-bilir-başqa-nələr'i var. Həmin şeyləri mən etməmişəm. Biologiya kitabındakı diaqram yeniyetmənin yetişkin olması kimi şeylərə kəlimənin ən həqiqi anlamında doğru izah ola bilməz.

Vic və mən gənc yetişkinlər deyildik. Üzümü hər gün əvəzinə bir neçə həftədən bir qırxmağımdan bəri də bu barədə inandırıcı bir şübhə içindəydim.

"Salam?" Dedi qız.

"Biz Alison'un dostlarıyıq", dedi Vic.

Portağal rəngli saçlı, vəhşi gülüşü olan Alisonla bir alman şagirddəyişdirmə proqramında tanış olmuşduq. Proqramın təşkilatçıları oğlanlarla qızları yaxınlaşdırmaq üçün yaxınlıqdakı qız məktəbindən də bir neçə qız dəvət etmişdilər. Bizim yaşımızdakı qızlar az ya da çox kobud və məzəli idilər və az ya da çox maşını, motosikleti olan oğlan dostları var idi. Yalnızca biri, qunduz dərisindən paltosu və əyri dişləri olan biri mənlə danışdı, təbii ki mətbəxdə. Qadın idi və uşaqları var idi.

"O burda deyil", dedi qapıdakı qız. "Alison burda deyil”.

"Problem yoxdu", dedi Vic xəfif parıldayan gülümsəmə ilə. "Mən Vic'əm, bu da Enn". Bir vuruş.. və qız gülümsədi. Vic'in plastik torbada anasıgilin şkafından götürdüyü ağ şərabı var idi. "Bunu hara qoymalıyam?"

Qız qapıdan çəkildi və bizi içəri dəvət etdi. "Arxada mətbəx var, ordakı başqa şüşələrin yanına qoy". Qızılı dalğalı saçları var idi və çox gözəl idi. Zal alaqaranlıq idi, amma onun necə gözəl olduğunu yenə də görə bilirdim.

"Sənin adın necə oldu?", soruşdu Vic.

Qız dedi ki adı Stella'dı. Vic oynaq gülümsəməsini ortaya qoydu və dedi ki, bu indiyə qədər eşitdiyi ən qəşəng addı.

İt köpayoğlu. Ən bərbadı da o idi ki, bunu həqiqətən bu cür düşünürmüşcəsinə dedi.

Vic şərabı mətbəxə qoyub geri gəldi. Musiqinin gəldiyi otağa boylandı. Stella otağın ortasında tək başına musiqinin ritmi ilə yellənirdi. Mənsə onu izləməkdən ayrıla bilmirdim.

Punk musiqilərinin daha ilk günləri idi. Öz maqnitafonlarımızda Adverts and Jam, Stranglers və Clash and Sex Pistols dinləyirdik. Başqa partilərdə ELO, ya da 10cc, hətta Roxy Music də dinlənilirdi, şansınız varsa, bəlkə bir az da Bowie. Alman tələbə dəyişmə proqramı ərzində hamımızın məmnun qaldığı yeganə LP Neil Young's Harvest və onun mahnısı "Heart of Gold" idi. Nəqarətini mızıldanmadan qala bilmirdik. "Qızıldan bir ürək üçün okeanları aşdııııım.."

Amma o otaqda dinlənilən musiqini tanımırdım.

Bir az alman elektropop qrupu Kraftwerk’i xatırladırdı, bir az da ad günümdə hədiyə aldığım BBC Radiophonic Workshop'un hazırladığı LP'nin qəribə tonları olan kasetini. Gözlərimi Stella’dan çəkə bilməsəm də, ətrafdakı qızların hamsı musiqinin ritmiylə yelləndiyinin fərqindəydim. O isə.. işıq saçırdı.

Vic yanımdan ötüb otağa girdi. Əlində bir şüşə pivə var idi, "Mətbəx alkoqolla doludu", dedi mənə. Stella'a tərəf gedib onunla danışmağa başladı. Musiqi haqqında mı danışırdılar, eşidə bilmirdim. Amma bilirdim ki, o söhbətdə artıq mənə yer yox idi.

O vaxtlar pivə xoşlamırdım. İçməyə bir şey tapmaq üçün mətbəxə getdim. Masada yetərincə Coca-Cola vardı, plastik bardağa süzüb işıqlı mətbəxdə bir biriylə danışan qızları süzdüm. Onlarla danışmağı ölçüb-biçdim. Onlar.. sanki animasiya filmi qəhrəmanlarıydılar, çox sevimli idilər. Tünd dəriləri, parıldayan saçları və film ulduzlarında görə biləcəyiniz paltarları var idi. Aksentləri yad idi və açığını desək.. mənim liqama daxil olacaq qızlar deyildilər.

Əlimdə kolayla evi dolaşmağa başladım.

Ev sanki göründüyündən daha iri idi. Otaqların çoxu qaranlıq idi, binada 40 watt'dan yuxarı gücü olan ampula olduğuna şübhəliydim. Xatirələrimdə qalan bütün otaqlarda ancaq qızlar var idi. Yuxarıya qalxmadım.

Qış bağçasında bir qız tək oturmuşdu. Saçları ağappaq işıq kimi parlaq və uzun idi. Şüşə masanın arxasında oturub əllərini ovuşdurur, axşam qaranlığında qış bağçasını izləyirdi. Sanki kədərli idi.

"Burda otura bilərəm?" stəkanımı göstərib soruşdum. Başını onunçün fərqi yoxdu anlamında yellədi.

Vic bağçanın qapısı tərəfdən keçirdi. Stella'la danışırdı, amma məni gördü, masa arxasında oturmuş, utancaq və səriştəsiz. Əli ilə danışan ağız hərəkəti göstərdi. Danış.

"Buralardansan?" soruşdum.

Başını sağa sola silkələdi. Əynində gümüşü xətli köynək var idi, qabarıq sinəsinə baxmamağa çalışmaq çox çətin idi.

"Adın nədi? Mən Enn'əm".

"Wain's Wain", dedi və ardınca da başqa bir şey eşitdim. "Mən 'İkinci'yəm.

"Bu.. ah, başqa cür addı".

İri, nəmli gözlərini mənə dikdi, "bu o deməkdi ki, mənim əcdadım da Wain idi və mən xəbər ötürməliyəm! Mən mayalana bilmərəm".

"Oh.. aydındı. Iı-ı. Belə şeylərçün bir az erkən deyil?"

Əllərini açıb masadan uzaqlaşdırdı, barmaqlarını tərpətdi. "Başa düşürsən?" Sol əlindəki kiçik barmağı əyri idi və yuxarı tərəfi ikiləşib iki kiçik barmaq ucuna çevrilmişdi. Balaca bir deformasiya. "İşimi tamamlayanda qərar verməliydim. Mən saxlanılmalıyam, ya məhv edilməliyəm? Bəxtim onda gətirdi ki qərar mənə qalmışdı. İndisə mükəmməl bacılarım evdə durğun vəziyyətdədilər, mənsə səyahət edirəm. Onlar 'İlklər' idi. Mənsə İkinci’yəm.

Tezliklə Wain'ə qayıtmalıyam və onlara nələr gördüyümü danışmalıyam. Sənin məkanın barədəki hər təəssüratımı."

"Əslində mən Croydon'da yaşamıram" dedim. "Buralı deyiləm". Özlüyümdə, görəsən, amerikalıdı, soruşurdum. Ümumiyyətlə nə haqqında danışdığına dair bircə fikrim də yox idi.

"Eynilə dediyin kimi" deyə razılaşdı,"heç birimiz buralı deyilik". Sol əlinin 6 barmağını sağ əliylə örtdü, elə bil, onları ətraf aləmdən gizlətmək istəyirdi. "Əslində düşünmüşdüm ki, bura daha iri, təmiz və parıltılı olacaq. Amma yenə də əsl tapıntıdı."

Əsnədi və masaya geri qaytarmamışdan əvvəl sağ əliylə ağzını qısamüddətlik örtdü. "Səyahətdə çox yoruluram, bəzən sadəcə tezcə bitməsini arzulayıram. Rio'dakı bir küçədə, karnavalda gördüm onu, böcəkinki kimi qanadları və gözləri var idi, az qala arxasıyca qaçacaqdım ki, salam verim. Amma sonra fərqinə vardım ki, kostyum içinə girmiş adi bir.. insandı o. Hola Colt'a dedim ki, - niyə onlar bizim kimi görünməyə bu qədər çox çalışırlar? -, Hola Colt dedi ki, - özlərinin bu çəhrayı və qəhvəyi dərilərindən zəhlələri gedir. Bu əvvəllər yaşadığım bir şeydi. Özü də yeniyetməyəm hələ. Elə bil uşaqların, ya da nə bilim, elflərin dünyasındayam." Gülümsədi və "Hola Colt'u görə bilmədikləri üçün minnətdar olmalıdılar."

"Ehm", dedim, "rəqs eləmək istəyirsən?"

Tez başını silkələdi, "bizə icazə verilmir, Mülkiyyətə zərər vuracaq bir şey edə bilmərəm, mən Wain'əm".

"Onda nəsə içmək istəyirsən?"

"Su", dedi.

Tez mətbəxə geri qayıtdım. Özümə böyük bir bardaqda Kola, qız üçünsə su doldurdum. Bağçaya qayıtdım, amma.. tamamilə boş idi.

Görəsən, qız tualetə getmişdi, qayıdıb rəqs eləmək barədə yenə düşünərdi?

Salona qayıdıb ətrafa boylandım. Otaq bir az da dolmuşdu. Tanımadığım, məndən və Vic'dən daha yaşlı bir neçə oğlan və daha çox qız ətrafda oynayırdı, hamsı arasında məsafə saxlayırdı, amma Vic Stellanın əlini tutub rəqs edirdi, mahnı bitəndə ətrafa ehmallıca boylandı, heç kimin diqqət etmədiyini görüb qolunu boynuna doladı.

Bağçada danışdığım qızın yuxarıda olub olmadığına baxmaqçün yuxarı çıxdım. Buralarda görünmürdü.

Rəqs edilən otağın içindən keçib digər salona getdim və divana oturdum. Yanımda bir qız oturmuşdu. Tünd qara, qısa və iti saçlı idi, bir az da gərgin idi.

Danış onla, dedim içimdə. "Ehmm.. bu su boşa gedəcək, içmək istəyirsən?"

Başını yellədi və əlini uzatdı. Əlini sanki bir şeyləri tutmaq üçün yaradılmamış şeyi işləməyə məcbur edirmiş kimi inamsız uzatdı.

"Turist olmağı çox sevirəm", dedi və gecikmiş bir gülümsəmə yolladı. Ön dişləri aralı idi. Sudan bir qurtumu yetişkinlərin şərab içdikləri kimi içdi. "Axırıncı turumuzda Günəşə getdik və balinalarla gün işığı hovuzunda üzdük. Onların hekayələrini dinlədik və çöllərin soyuğunda titrədik, sonra bizi evdəymiş kimi hiss etdirən istiliyin daha dərinlərinə üzdük.

Mən geri qayıtmaq istədim. Bu dəfə belə istədim.. hələ görmədiyim o qədər şey var ki. Bütün bunların yerinə Dünyaya gəlmişik. Xoşuna gəlir?"

"Nə mənada?"

Əliylə otağı - divanı, kreslonu, pərdələri, istifadə edilməyən qaz aparatını göstərdi.

"Hamsı normaldı.. məncə."

"Onlara dedim, Dünyaya getmək istəmirəm. Mənim Valideyn-müəlliməm önəmsəmədi. - Orda çoxlu öyrəniləcək şeylər var, - dedi. - yox, yenə Günəşin dərinliklərinə gedib orda öyrənə bilərəm. Ya da daha dərinlərə. Jessa qalaktikalar arası tor hörür. Mən bunu eləmək istəyirəm, - dedim ona.

Axı dünyaya gəlməkçün heç bir səbəbim yox idi. Amma burda.. kalsiumdan ibarət çərçivəylə çürüməkdə olan ət parçasına bürünmüşəm. İnkişaf edəndə içimdə bir şey hiss etdim. Titrəmə, qovma, fışqırma. Ağızla hava üfürmək, yolüstü səs tellərini titrətmək. Bunlar mənimçün yeni şeylərdi. Valideyn-müəllimlərə nə arzu elədiyimi deməkçün istifadə elədim bunları. Dedim ki, arzum budu ki, ölüm. Bu bədəndən qurtulmaq üçün ən uyğun yol bu olardı."

Biləyində narahatlıq verən kiçik qara nöqtələr var idi, danışdıqca da onlara baxırdı. "Amma bilik, burda, ətdədi", dedi. "Bundan bir şeylər öyrənməyə qərarlıyam".

Divanın ortasında oturmuşduq. Qolumu çiyninə atmağa qərar verdim. Amma özümü təsadüfmüş kimi aparacaqdım. Qolumu divanın arxalığı boyunca uzatdım və yavaşca qıza toxunanacan aşağıya buraxdım. "Dünya bulanıqlaşanda gözdəki maye ilə olan şey. Kimsə mənə bundan danışmamışdı. Hələ də başa düşə bilmirəm onsuz da. Fısıltının qıvrımlarına toxunmuşam, Tachyon qu quşları ilə nəbz kimi atmışam, uçmuşam, amma bunu hələ də başa düşmürəm”.

O partidəki ən gözəl qız deyildi, amm yetərincə şirin görünürdü, həm də o da bir qız idi. Ehtiyatla qolumu aşağıya doğru, onun kürəyinə toxunana qədər buraxdım.. Və mənə əlimi çəkməli olduğumu demədi.

Vic qapının kandarından məni çağırdı, qolunu Stella’a dolamışdı və mənə əl edirdi. Ona başımı yelləyə - yelləyə izah eləməyə çalışdım: Görmürsən məşğulam? amma yenə məni çağırdı, istəksiz də olsa, yerimdən qalxıb qapıya tərəf getdim, “nə?”

“ehm, bura bax”, dedi Vİc üzr istəyirmişcəsinə. “Bu.. mən düşündüyüm şey deyil. Mən Stella’la geniş danışdım, izah elədi ki, bu bizim bildiyimiz partilərdən deyil”.

“Uca Tanrı! Nəsə zibilə düşmüşük? Getməliyik?”

Stella başını yana yellədi. Vic əyilib istəklə dodaqlarından öpdü, “burdayam deyə xoşbəxtsən, hə, şəkərim?”

“Bilirsən ki, hə” dedi qız.

Vic qızın kürəyindən mənə tərəf boylandı, laqeyd, sevimli, bir az saxta, bir az da şəhzadələrə layiq şarmı ilə gülümsədi. “Narahat olma. Hamsı adi turistlərdi. Mübadilə şagirdləri, hə? Almaniyaya gedəndə olduğu kimi”.

“Dəqiq?”

“Enn. Onlarla danışmalısan. Bu həm də o deməkdi ki, onları dinləməlisən də. Başa düşdün?”

“Eləmişəm. Hətta bir neçəsiylə danışmışam da”.

“Ahaa. Nəsə nəticə var?”

“Var idi! Sən məni çağırana kimi”.

“Təəssüf.. Səni bir az qaza gətirmək istəyirdim, başa düşürsən də?”

Və beləcə qolumu sığalladı, Stella ilə yuxarıya çıxdı.

Baxın, başa düşməlisiniz ki, bu partidəki qızlar alaqaranlıqda çox qəşəng idilər. Hamsının mükəmməl siması vardı, amma daha vacibi, hamsında insanlıqdan, əcaiblikdən və mükəmməl balansdan uzaq olan nəsə var idi və bu onları manken kuklalarından daha canlı edirdi.

Stella onların ən gözəliydi, amma Vic aid idi artıq, bir yerdə yuxarıya çıxmışdılar. Həmişəki kimi.

Artıq divanda çoxlu adam oturmuşdu və dişləri aralı qızla söhbətləşirdilər. Kimsə lətifə danışırdı və hamı gülüşürdü. Yəqin ki, yenə qızın yanında oturmaq üçün özümü ora dürtüşdürməliydim, amma qız mənim geri qayıtmağımı gözləyirmiş kimi, ya da yoxa çıxmağımın fərqindəymiş kimi  görünmürdü. Koridora çıxdım, rəqs edənlərə baxdım, özlüyümdə soruşdum ki, görəsən, musiqi hardan gəlir. Heç yerdə qrammafon, ya da maqnitafon görməmişdim.

Zaldan keçib yenə mətbəxə qayıtdım.

Mətbəxlər partilərin ən yaxşı tərəfidi. Orda olmaq üçün adamın heç bir bəhanəyə ehtiyacı yoxdu və bu partidə kiminsə anasına dair heç bir işarə görə bilməmişdim. Masadakı fərqli içki şüşələrini nəzərdən keçirdim, kola süzdüyüm plastik bardağıma bir az Pernod süzdüm, içinə bir-iki buz kubu atdım, içkidən bir qurtum içib ləzzət aldım.

“Nə içirsən orda?” dedi bir qız səsi.

“Pernod” dedim, “Cirəgülü toxumu kimi dadır, amma alkoqollu versiyası”.

“Mənə də birini süzə bilərsən?”, daha bir Pernod hazırladım, kola ilə qarışdırıb qıza uzatdım.

Saçları mis qırmızısıydı, burulmuş tutamları çiyinlərinə tökülmüşdü. Bu günlərdə rast gələ biləcəyiniz tip deyildi, amma o vaxtlar məşhur idi. “Adın nədi?” soruşdum. “Triolet”, dedi. “qəşəng addı”, dedim, əslində belə olub – olmadığı barədə bir az da olsa, anlayışım yox idi. Amma qızın özü qəşəng idi. “Bu misra formasıdı”, dedi qürurla, “mənim kimi”.

“Sən bir.. şeirsən?”

Gülümsədi döşəmədə uzqlara baxdı, elə bil utanmışdı. Bədəni sanki düppədüz idi – alnından aşağı uzanan mükəmməl yunan burnu var idi. keçən yay tətilində məktəb teatrında “Antigone”u səhnələşdirmişdik, Antigone’un ölüm xəbərini gətirən elçi mən idim. Bizi bu cür göstərən yarımmaskalar taxmışdıq. Mətbəxdə həmin o səhnəni yadıma saldım və qızın sifətinə baxdım, Barry Smith in Conan – Comics dəki qadın rəsmləri gözüm önündə canlandı, Hane Morris və Lizzie Siddall. Amma o vaxtlar 15 yaşım var idi.

“Sən şeirsən dedin?” təkrar soruşdum.

Alt dodağını dişlədi. “ Əgər belə istəyirsənsə. Şeirəm, naxışam, ya da dünyasını dəniz udmuş insan irqiyəm”.

“Eyni vaxtda üç şey olmaq çətin deyil ki?”

“Sənin adın nədi?”

“Enn”.

“Hmm. Deməli sənin adın Enn di”, dedi, “ Sən bir oğlansan və ikiayaqlısan. Eyni vaxtda üç şey olmaq çətin deyil?”

“amma bunlar fərqli şeylər deyil ki. Yəni bir – birinə ziddiyyəti olan şeylər deyillər ”. Bu daha əvvəl hardasa oxuduğum söz idi, amma uzun müddət idi istifadə etməmişdim, vurğusunu səhv istifadə elədim. Zidddiyyətli.

Ağ, ipək kimi materialdan nazik köynək geyinmişdi. Gözləri parıltılı yaşıl idi, elə bir rəng idi ki, indi görsəm, ilk ağlıma gələn göz linzası olardı, amma 30 il əvvəl hər şey fərqli idi. Hələ də Vic i yuxarıda Stella nın necə təəccüb içinə saldığını xatırlayıram. Həmin vaxt onların yuxarıda bir yataq otağında olduqlarına əmin idim və Vic i o qədər qısqanırdım ki, ağrıdırdı hətta.

Hamsını bir kənara qoymağa çalışıb bu qızla danışdım, hətta mənasız şeylərdən danışsa da, adının həqiqətən “Misra” olmadığını bilsəm də(Bizim vaxtımızda hippi adları istifadə edilmirdi, hamı göy qurşağı, Gün batımı, ya da Ay idi. hamsı da yeddi, ya səkkiz yaşlarındaydı). Qız dedi ki, “hamımız bilirdik ki, elyavaş – yavaş vaxtımız bitəcək. Kim olduğumuzu, niyə burda olduğumuzu, nə dediyimizi, nə etdiyimizi, nə düşündüyümüzü, yuxularımızı kainata danışmaq üçün hamsını bir şeirə qoyduq. Xəyallarımızı sözlərə ömürlük, unudulmaz qalsın deyə bürüyüb elektromaqnetik spektrdə milyon işıq ili uzaqlardakı Güəş sistemlərinə yaydıq.

“Bəs sonra noldu?”

Qız yaşıl gözlərini mənə dikdi, elə baxdı ki, sanki öz Antigone – yarımmaskasının içini görürdü, sanki parıltılı yaşıl gözləri maskanın daha dərin, başqa hissəsiydi. “Şeir səni dəyişdirmədən eşidilmirdi”, dedi qız. “Şeiri eşitdilər və onun əsirinə çevrildilər. Onu miras kimi özlərindən sonra ötürdülər, onu yaşadılar və eynilə başa düşdükləri şəkildə incəsənətlərinin bir parçasına çevrildi şeirin ritmi. Şeirin ağıllardakı təsviri metaforalara çevrildi. Onun misraları, görüntüsü, istəkləri həyatlarının parçasına çevrildi, elə oldu ki, yeni nəslin uşaqları bu şeir ilə doğuldu, Daha sonrasındaysa, bütün bunlar ötü keçəndən sonra daha doğulacaq uşaq qalmamışdı. Çünki.. uşaqlara daha ehtiyac qalmamışdı. Artıq sadəcə bir şeir var idi, o şeir ki əti götürüb getmişdi və özünü bilinənin genişliyinə yaydı”.

Ona yaxınlaşdım astaca, elə yaxınlaşdım ki, dizim baldırına toxunurdu.

Narazı görünmürdü: nəvazişlə əlini qoluma qoydu və üzümdə gülümsəmənin yayıldığını hiss elədim.

“Xoş qarşılandığımız yerlər var idi”, dedi Triolet, “ elə yerlər ki, orda bizi zərərverici məxluqlar, ya da xəstəlik kimi görürdülər, elə bil bu dəqiqə karantina zonasına salıb məhv edilməliydik. Amma harda yoluxuculuq bitir, harda incəsənət başlayır, hə?”

“Bilmirəm”, dedim və gülümsəməyə davam elədim. Alışmadığım musiqini eşidə bilirdim, nəbz kimi atırdı və salonda dairə vururdu.

Mənə tərəf çevrildi və. Yəqin ki, bu bir öpüş idi.. Yəqin. Dodaqlarını mənimkilərə yapışdırdı və məmnunluqla da geri çəkdi, sanki bununla məni işarələyirdi.

“Onu eşitmək istəyirsən?” soruşdu, mənə nə təklif elədiyini tam başa düşməsəm də, başımı yuxarı – aşağı yellədim, amma bundan əmin idim ki, mənə vermək istədiyi şey ehtiyacım olan hər şey idi.

Qulağıma bir şeylər pıçıldamağa başladı. Bu Poezoyaya dair ən qəribə şey idi, kimsə iddia edə bilər ki bu poeziyadı, həm də heç biri danışmadan başa salına biləcək olanından. Homerın yunancasını bircə sözünü də başa düşmədən eşidə bilərsən, amma yenə də bilərsən ki, söhbət burda poeziyadan gedir! Bu günə kimi polyak poeziyası, inuit poeziyası eşitmişdim və onların nə olduğunu nə olduqlarını bilməsəm də bilirdim. Bax onun pıçıltısı bu cür idi. Fısıldadığı dili bilmirdim, amma o kəlimələr içimdən mükəmməl bir harmoniyayla axırdılar, ruhi gözlərimdə şüşədən və almazdan qalaları görə bilirdim. Və yaşıl parıltılı gözləri olan insanları. Qarşısı alınmaz şəkildə hər hecada okeanın mərhəmətsiz irəliləyişini hiss edə bilirdim.

Deyəsən, onu həqətən də öpdüm. Xatırlamıram. Amma bilirəm ki, istəyirdim.

Və sonra Vic məni şiddətlə silkələdi. “özünə gəl!” qışqırdı. “tez ol, çıxaq burdan!”.

Düşüncələrimdə milyon mil uzaqlardan geri qayıtmağa başladım.

“Axmaq! Tez ol. Hərəkət elə”, dedi və məni söydü. Səsində ancaq qəzəb var idi.

Gecə boyunca salonda səslənən mahnılardan birini tanıdım. Saksafonun kədərli bir fısıltısı, ardında akustik bir akkord cə səssiz zamanların oğulları haqqında olan yarımçıq mahnını oxuyan kişi səsi.

Qız, “mən hələ bitirməmişəm, daha çoxu var”, dedi.

“Təəssüf edirəm, şəkərim”, dedi Vic, amma daha gülümsəmirdi. “ başqa şansların da olacaq”, dirsəyimdən tutub çevrildi və məni otaqdan sürüyüb çıxardı. Müqavimət göstərmədim. Təcrübələrimdən bilirdim ki, Vic ağlına qoyubsa, məni ikiqat edib kənara ata bilərdi. Əgər qəzəbli deyildisə, bunu etməzdi, amma indi hər yerindən qəzəb tökülürdü.

Evin girişində bayıra çıxdıq, Vic qapını açanda son dəfə arxaya boylandım və ümid etdim ki, Trioleti mətbəxin qapısında görəcəm. Amma orda deyildi. Stella pilləkənlərin yuxarında durmuşdu, gözlərini Vic ə dikmişdivə onunsifətini gördüm..

Bunların hamsı 30 il əvvəl oldu. Çoxunu unutmuşam və daha da çoxunu unudacam, nəhayət, hamsını unutacam. Əgər ğlümdən sonrakı həyat haqqında bir az şey anlayıramsa, hər şeyin Zəburdakı, ya da ilahilərdəki kimi olmadığından əminəm, əksinə bir şeydə əminəm: inanmıram ki, nə həmin o anı, Stellanın üzünü gördüyüm anı, nə də Vic in ondan necə uzaqlaşmağa çalışdığını unudacam. Ölüm anımda belə bunu xatırlayacam.

Paltarları dağınıq idi, sifətinin və gözlərinin makyajı dağılmışdı.

Kainatı əsəbiləşdirmək istəməzsən. Əminəm, qəzəbli bir kainat eynilə sənə bu gözlərlə baxardı.

Qaçdıq, partidən, turistlərdən və alaqaranlıqdan qaçdıq. Elə qaçdıq ki, sanki topuğlarımızda fırtına qopmuşdu, dəli bir “Helter – Skelter” küçələri bir –birinə qatırdı və nəfəsimiz kəsilənə qədər qaçdıq və bir dəfə də arxamıza baxmadıq. Dayandım, qaçmağa gücüm qalmamışdı. Hər yerim ağrıyırdı. Divara söykəndim, Vic yerə çöküb öyüməyə başladı.

Ağzını sildi.

“O qız deyi..” sözünü yarımçıq kəsdi.

Başını silkələdi.

“Bilirsən.. Bir şeylər olduğuna inanıram. Cəsarətin çatdığı qədər uzağa gedə bilsən.. Bir az da getsən, artıq özün olmazsan, hə? Kim oalrsan? Mən bunu elədim?!b adamın əlini qolunu sallayıb gedə bilməyəcəyi yerlər.. bu axşam başıma bax bu gəldi.

Nə deməyə çalışdığını başa düşdüyünü sandım. “Stellayla sevişdin?” dedim.

Qasığımdan tutub bərk sıxdı. Özlüyümdə onumla dava eləyib uduzmalı olduğumu düşünürdüm. Amma qısa bir an sonra əli boşaldı və məndən uzaqlaşdı, inildədi.

Ona maraqla baxdım və fərqinə vardım ki, ağlayır: üzü qıpqırmızı idi, göz yaşları yanaqlarına süzülürdü. Vic balaca uşaq kimi şüursuz və ürəksıxarcasına hönkürdədi.

Məndən uzaqlaşdı, çiyinləri qalxıb enirdi, küçə boyunca yuxarıya tərəf getdi. Daha üzünü görə bilmirdim. Vic i bu qədər qorxudacaq, bu cür davranmasına səbəb olacaq nə olduğunu, o yataq otağında tam olaraq nə gördüyünü, nə baş verdiyini çox düşündüm, bircə dəfə də təsəvvür etməyə yaxınlaşa bilmədim.

Küçə işıqları bir – birinin ardıyca geridə qaldı, Vic səndələyərək irəlilədi, mənsə ayaqlarımda maneə ola bilmədiyim bir şeir ritmiylə arxasıyca getdim. Heç vaxt tam xatırlaya bilmədim və o ritmi təkrarlaya bilmədim.



Comments

  1. O qeder sevirem bu hekayeni. M for Magic kolleksiyasinda audiobookda dinlemisdim. Cox sag ol ki tercume etdin, lezzet eledi :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...