Bilmirəm eşitmisiniz, ya yox, amma bir çox yerdə Neil Gaiman haqqında "ədəbiyyatın rock ulduzu" deyə bir bənzətmə var. Səbəbi rock musiqi ilə olan gənclik illərindəki bağlantı və yazı üslubundakı sərbəstlik, seçdiyi mövzuların alışılmışa olan ziddliyidi.
Amma "ədəbiyyatın zidd oğlanı" başqa biridi, adına Tom Robbins deyirlər və bu günə qədər oxuduğum ən dəli yazıçıdı.
Mənim ədəbiyyat sevdamın kökündə duran mənə yaşamadığım duyğuları, rastlaşmayacağım ya da irəlidə rastlaşacağım hadisələri, ağlıma gəlməyən fikirləri ötürə bilən kitablar oxumaqdı. Mövcud duyğularıma tərcüməçi olacaq kitablar.. zibildi. Sərt ifadələrimə görə üzr istəyirəm mi, yox istəmirəm, çünki depresiyadayamsa, ya da dilə gətirməkdə çətinlik çəkdiyim emosional vəziyyətdəyəmsə, təskinliyi eyni dildə danışan bir müəllifdə tapmağı axmaqlıq hesab edirəm.
Ədəbiyyat bir əyləncə, ya da ağlanacaq rahat çiyin yox, mənə çıxış yolları təqdim edən vasitədi. Ədəbiyyat məni yetişkin edən, yaşıma yaş qatan vasitədi və Tom Robbins həmin ədəbiyyatı yazan ən xüsusi yazıçılardan biridi.
Ədəbiyyatın zidd oğlanının indi fərqinə vardım ki, artıq 88 yaşı var. Mən onu tanıyanda 5 il əvvəl idi. "Parfümün rəqsi" deyə bir kitabında ölümsüzlük uğrunda taleyinə qarşı avar çəkən Alobar adlı bir keçmiş kralın minillər çəkən axtarışından, unudulmuş bir Tanrıdan və dinozavrların qoxu yarışında qalib gəlmədilər deyə çiçəklərə uduzub məhv olduqlarından danışan hər səhifəsi dolu bir romanını oxuyurdum.
Aşağıdasa yazıçılığa dair özünəməxsus mətnini qoyuram, işdi, ümidsizlik içinə düşsəniz, mayakınız olsun. Aşağıdakı musiqi yuxarıda vurğuladığım kitabı oxuyanda hər səhifədə qulağımda öz özünə səslənirdi, ikisi arasında izah edə bilmədiyim bir bənzərlik var, bəlkə səbəbi ikisində də yaşamı ifadə edən bir ritmin varlığıdı, ya da mənim sayıqlamamdı.
Nuş olsun.
"Bir roman yazmaq üçün masa arxasına keçib oturanda ehtiyacınız olan ilk şey çiyinlərinizə iri bir ovuc napalm tozu səpməkdi! Sizə öyrədilmiş hər şeyi bütünüylə unutmaq üçün. Belə baxanda müəllimlərinizin kabusları qulağınızın dibində sizə yenə nələrsə diktə edəcəklər. "Cümlə quranda zərf istifadə eləmə". "Romanın belə olsun..". "Yox, yox. Elə yox, belə olsun.."
Bu cür tövsiyyələr bitib tükənməz. Bəsdi! Hey, Siz, ordakı ədəbiyyat bürokratları, itilin o yana!
İnsan, "ancaq bildiyin şeyləri yaz" və ya "Danışmaq yerinə göstər" kimi daha xoş niyyətli tövsiyyələrdən də bir az qıvraq olsa, yayına bilər, əlbəttə, yetərincə çevikdisə.. əslində roman yazmağın tək bir qaydası var, işə yarayan şeylər işə yarayar.
Yaxşı, bəs bir şeyin işə yaradığını necə bilək? Məsələ budu ki, həmişə bilmək olmur. Məsələn, mən ilk romanımı 12 dəfə yandırmışam, amma 35 il sonra bu gün də dünyanın hər yerində nəşr üstünə nəşr olunur. Dediyim kimi, fikrinizin işə yarayacağını biləmməzsiniz, amma hiss edə bilər, ona etibar edə bilərsiniz. Haqqında danışdığım şey tamamilə intuisiyanın ümidinə qalan bir şeydi və ,məncə, intuisiya tanrıların bizə verdiyi çox böyük bir hədiyyədi. Açığı, çox insana başqalarından daha xüsusi bir hədiyyə bağışlanıb və bir bəni - adəm də o paketi açmamış içindəkinin nə olduğunu tam öyrənə bilməz.
Möhtəşəm Nelson Algren'in dediyi kimi, "Gördüyü işdən tamamilə əmin olan yazıçının elə də böyük bir şey elədiyini düşünmək olmaz". Bir çox yaxşı roman çətinliklərlə, hardasa özü özünü itələyə-itələyə dünyaya gəlib. Məğzində şüursuz bir növ məsumiyyət var. Ona görə də, başlamamışdan əvvvəl finalda nə olacağını planlamaq filan heç vacib deyil. Hətta ikinci səhifədə nə olacağını da bilməsəniz olar. Hər şeyi bilmək istəsəniz, romanınızı hələ doğulmamış öldürmüş olmazsınız? Ona nəfəs alacağı şərait yaradın və istiqamət dəyişdirib sizi mat qoymasına icazə verin. Roman yazmaq bir gəmi, ya da qatar səyahəti kimi bəlli marşrut tələb edən fəaliyyət deyil, tamamilə sərbəst yaşanacaq macəradı.
Əlinizdə bir ana mövzu olsa, yaxşı olar, təbii ki. Bir mövzu, yaratmaq istədiyiniz təsirə dair ümumi bir yol.. Bundan əlavə etməli olduğunuz tək şey xəyal gücünüzü yumor hissinizlə qarışdırmaq, bir - iki personaj yaratmaq və kiçik şəxsi baxış bucağınızı da qatıb bu geniş qaranlıq çaya buraxmaq.. axış sizi hara aparır aparsın.
Bir sonrakı döngədə rastlaşacağınız təhlükəli girdabın səsini eşitsəniz, hey, dik durun, zehninizi aydınladın və fasiləsiz avar çəkməyə davam edin. Beləcə, həqiqətən də, yazmağa başladınız, zövq alın. Çünki işin ən maraqlı hissəsi indi başlayır.
Hə, roman yazmaq idarəni əldən buraxmağa bənzəyir və eyni anda bir an da olsa, boş dayanmamağı tələb edir. Ağlınızı qarışdırdım? Eh, onsuz da, əvvəldən ağılqarışdıran bir şeydən dəm vurmuruq? Yoxlayın. Bəlkə də havalanacaqsınız. Yenə də bu işi çox sevəcəksiniz."

This comment has been removed by a blog administrator.
ReplyDelete