Skip to main content

paul kalanithi - nəfəs havaya çevriləndə(when breath becomes air)

"15 il əvvəl yay tətilində uşaq baxıcısı kimi işlədiyim günlərdə, Cənubi Kaliforniyadakı bir göl sahilində oturduğumu və coşğulu uşaqların qaçdı-tutdu oynayan vaxt məni necə pauza nöqtəsi kimi istifadə etdiklərini xatırladım. "Ölüm və Fəlsəfə" başlıqlı bir kitabı oxumağa çalışırdım. İroniyaya bax: iyirmili yaşlarında bir oğlan göldən, ağaclardan, dağlardan, cəh-cəh vuran quşlardan və dördyaşlı xoşbəxt uşaqların qışqırıqlarından ibarət səhnənin ortasında burnunu ölüm haqqındakı bir kitabın arasına soxub."


Həkim kimi karyeramın yeni başladığı aylarda ağır bir xəstəmiz vardı. Mədəltı vəzi xərçəngi
ətraf orqanlara metastaz vermişdi, aldığı xemoterapiyalar, qaraciyər metastazı qaraciyərin funksiyasını kəskin azaltmışdı. Kuratorum olan həkimlə birgə qaraciyərin bundan sonrakı fəaliyyətini yoxlamaqçün xüsusi testlər etdik. Pasient təkərli oturacağında səbrli, şux oturub bizim cavabımızı gözləyirdi. Ya terapiyaya davam edə biləcəkdi, ya da bədəni bacarmayacağı nöqtəyə çatmışdı. Kurator mənlə danışmağa başladı, apardığımız testin mahiyyətini, mexanizmini filan başa salırdı. Xəstə yüngülcə öskürdü, dedi ki, - cavan oğlan, mənimçün hər şey necə davam edəcək?
               
              Tibbin içində olduğum bu illərdə, tələbə kimi işlədiyim, həkim kimi işlədiyim vaxtlarda ölüm həmişə qapımızın kandarında olub. Çətin anlarım yavaş-yavaş balansımda toplanır, amma bu həmin anların başında gələnlərdən idi. Kurator pasientə tərəf döndü, çox sakit tonla, - qaraciyəriniz tükənib, xemoterapiyaya davam etmək olmaz. Ailənizlə danışın, sevdiklərinizlə bir yerdə olun, sənəd işlərini tamamlayın, notariusa gedə biləcək haldaykən əmlak mövzusuna aydınlıq gətirin ehtiyac varsa. Elə də çox vaxtınız qalmayıb, - dedi. 1 həftə sonra ölüm kağızını doldururdum.
                
              Paul Kalanithi’nin kitabı.. qəlbqırıcı kitablardandı. Biz həkimlərin sağalda bildiyimiz xəstələrdən sonra duyduğumuz eyforiya duyğusunu sizə təsvir edə bilməyəcəm, amma qapının arxasında gözləyən Ölüm Ayın qaranlıq tərəfidi. Çox vaxt nikbin qalmağa çalışıb, inkarına meylli olduğumuz ciddi bir reallıqdı. Ölüm ciddi bir prosesdi. Hə, həkimlər ölümün gedişatını anlayırlar, amma Paul bu kitabla bizim hamımız, həkim ya da pasient olmağımızdan asılı olmayaraq, başqa bir həqiqəti ortaya çıxarıb: çoxumuz ölümün necə hiss etdirdiyini onu yaşayana qədər bilmirik.
              

             Kitabı bir əsər nümunəsi kimi təhlil etmək istəmirəm. Kitab artıq dünyada olmayan müəllifin özündən sonra qoyub getdiyi əvəzsiz bir xəzinədi. Çox tez, 36 yaşında ağır ağciyər xərçəngi aşkarlanan neyrocərrah müəllif həyatının qısa özətini keçir bizim üçün. Sümük metastazlı ağır xərçəngə qarşı apardığı mübarizəyə dair ağır anları bizə danışmamışdan əvvəl gənclik illərinə qayıdır. Gənclik illərindən bəri ölümü anlamaq, həyatda edilməli olanı kəşf eləmək uğruna çıxdığı yolçuluğun qısa hekayəsini danışır. Ədəbiyyata, fəlsəfəyə və tibbə olan dərin bağlılığı.. Öz apardığı əməliyyatlar, pasientləri ilə arasında keçən dialoqdan gətirdiyi misallar.. Paul sadəcə bir həkim olmaqdan daha artığını bacaran nadir kolleqalarımdan olub. İnsanları önəmsəyən, həkim olmağın rutin bir iş olmaqdan daha artıq olduğunu anlayan həqiqi gözəl insan olub.

“Yaxşı xəbər budu ki Bronte bacılarının hər ikisindən, Stehan Crane’dən daha çox yaşamışam. Pis xəbər odu ki, hələ yazmamışam.”
                
              Ölüm fiziki bir prosesdi. Onu heybətli edən əvvəlcədən gəlişini mütləq şəkildə bilmək/hiss etmək və ölümdən sonra geridə qalanların duyduqları, düşdükləri boşluqdu. Paulun ölümünə qədər öz danışdıqları içimi didim-didim edib təzə bitirmişdi ki, son söz olaraq həkim olan həyat yoldaşının yazdıqları başladı. Bu kitaba həyatımın müxtəlif dövrlərində yenə müraciət edəcəm. Və oxumamaq kimi bir qəflətə düşməyin, ilk imkanda oxuyun.
                


“Ağciyər xərçəngi ekzotik xəstəlik deyil. Hamının təsəvvür edəcəyi qədər tragedik xəstəlikdi. Düşünürəm ki, mənim də niyətim budu. Ölüm haqqında sensasiyalı bir kitsb yazmaq istəmirəm, heç “Carpe diem” çağırışı da eləmək keçmir ağlımdan. Sadəcə demək istədiyim budu: insanın önündə duran budu, üfüqün sonundakı budu.”


Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...