Skip to main content

Fərid Hüseynli - vızıldayan suflyor




Teatrda hər kəs özünə məxsus vəzifə daşıyır.

Dekorasiya, işıqlar, qrim ustaları, əlbəttə ki, ssenaristlər, aktyorlar və rejissor. Üstəlik, təmizlikçilər və digərləri. Bəs mən necə?

Mən adı titrlarda getməyən bədbəxtəm. Mən Suflyoram, üstəlik tanıdığınız bütün suflyorların ən bədbəxti, ən zəifi və ən cılızı. Heç kəs suflyor olmağı ilə öyünməz, məncə. Mən isə əksinə nə qədər fəxr elədiyimi desəm, azdır.
Düzdür, məni heç kəs saymır. Heç kəs mənə hörmət etmir. Tamaşadan kənar vaxtlarda belə üzümə baxan yoxdur. Hər kəsin yanında dolanıram, ancaq məni qovmaqdan başqa bir şey etmirlər. Bu teatr heyətinin hər kəs tərəfindən bir mənalı olaraq əzilən üzvü olmaq yaxşı hiss deyil, amma mən fəxr edirəm.

         Bizim nəsildə incəsənət o qədər də önəmli yer tutmur. Ümumiyyətlə, əcdadlarımdan bu yana biz günəmuzd yaşayan tiplərdən olmuşuq. Bugün var: ye, həzz al, sağ qalmağa çalış, hər saniyədən ləzzət al. Mən qohumlarıma özümə incəsənətdə görürəm deyəndə məsxərəyə qoydular. Hamsı mənə güldü, dirəşsəm, 2 gün teatrda qalacaq qabiliyyətim olduğunu dedilər. Bizim nəsildən incəsənət aləminə addım atacaq ilk təmsilçinin incə cinsdən olması məsələnin digər əcaib tərəfi idi. Ona görə də heç biri istəklərimi ciddi qəbul etmədi.

Amma onların haqsız olduğunu sübut etdim. Artıq 2 həftəyə yaxındır kollektivin görünməz, amma dəyərli üzvlərindənəm. Ən azından özüm teatra verdiyim faydadan xəbərdaram. Mən gələndən tamaşalarımızın keyfiyyəti kifayət qədər artıb. Artıq daha yaxşı, daha realistik çıxışlar edirik. Bircə adımı da öyrənsələr, lap yerinə düşər. Bu arada deyim ki, mənim adıma film də var. Qorxu filmi. Remeyk də olunub. Yox.. Əlbəttə, yox. “Carrie”ni demirəm. Düzdür, Stiven Kinqi də, əsəri də, birinci filmi də çox sevirəm, amma mənim adıma olan film, xüsusən də, kanadalı dahinin çəkdiyi remeyki çox daha yaxşıdır. Hə adımın həm də ümumi isim olduğunu deməliyəm. Nə isə, tamaşaya az qaldı. Yenə mövzudan mövzuya keçirik, amma bugün sonuncu tamaşamız ola bilər.

         Vəziyyət belədir: teatrda Greysonla (ikinci dərəcəli rolların ifaçılarından) Susieta (Greysonun sevgilisi – rejissorumuz Uorrenin məşuqəsi) valideyn olmağa hazırlaşırlar. Greyson bilmir ki, əslində uşağın atası o deyil. Hə, heç Uorren də uşağın atası deyil, çünki Susieta həmçinin teatrmızın daimi qonaqlarından biri ilə də xoş münasibət saxlayır. Ona görə də uşağın həqiqi atasının bu üç nəfərdən biri olması ehtimalı ən yaxşı halda 33 faizdir. Onun hamilə olduğunu isə yalnız mən bilirəm. Mən, ümumiyyətlə, artıq teatrımızın bütün sirlərini öyrənmişəm.

Demək, Susieta əsas rolların ifaçısı olmaq istəyir, Uorren isə bunun üçün vasitədir, Uorreni isə bugünkü tamaşadan sonra heyətdən kənarlaşdırırlar. Bunu da heyətdən öyrənməyi bacaran yenə mənəm. Uorren artıq bir aydan çoxdur ki, gedəcəyini bilir. Rejissor postuna bir neçə dəfəlik Nil adlı bir gənc gəlməlidir. O, çılğın gəncə vurulmuşam. Hətta bu gün teatr rəhbəri ilə danışanda ona toxundum, deyəsən, aşiq oluram. Bu adam o qədər fərqlidir ki... Yalnız bir neçə tamaşaya rəhbərlik edib gedəcək. Onu bura Sten adlı yaşlı adam gətirib. Sten rəhbərimizin əmisidir. O, inanır ki, Nilin təcrübəsi olmamasına baxmayaraq ortaya qoyacağı iş misilsiz olacaq.  Mən də artıq bu Nilə inanıram. İşin ironik tərəfi isə Nilin Greysonun ssenarisini bəyənməsidir. Greyson isə baş rolu məhz Susieta üçün yazıb. Çox qarışıqdır, düzdür? Mən bunu da bilirəm. Greysonu yaxşı gələcək gözləyir, Susieta isə artıq qara günlərini qarşılamağa hazırlaşmalıdır.

         Maliyyə baxımından da çətinlik çəkirik. Kolleqalarımın maaşları gecikir, mənə isə ümumiyyətlə pul verməyə yanaşan yoxdur, heç gözləmirəm də. Burada olmaq mənə bəs edir. İndilərdə tamaşamız başlayacaq. Aktyorlarımıza tamaşaçılar arasından maksimum kömək etməyə çalışacam ki, Uorrenin sonuncu çıxışı yaddaşlara həkk olunsun. Bir suflyor kimi bu tamaşanın unudulmaz olması üçün lazım gəlsə, canımdan da keçəcəm. Çox pafoslu səsləndi, amma inanın ki, buna hazıram.

Budur tamaşamız başladı. Digər suflyorla birgə ilk sıradayıq. Mənim oturmağa yerimdə yoxdur sadəcə çönbəlib tamaşaya baxıram. Hələ ki hər şey yaxşıdır. Susieta bu tamaşada da fahişə rolundadır. Rola girməsinə heç ehtiyac yoxdur. Greyson mafioz obrazın adamlarındandır. İndiki səhnədə onu güllələyirlər. Yerə çox gözəl çırpılır. Bu adamda əməlli başlı potensial var. Bu an məndən bir neçə sıra arxada oturan Nilə tərəf dönürəm. Baxır, o da Qreysondakı istedadı görür. Nilin eynəyi arxasında gizlənən bəbəklərində əziyyət görürəm. Yavaşça yerimi tərk edib tamaşaçılara maneə olmadan Nilə tərəf gedirəm. Artıq ona çox yaxınlaşmışam. Rəhbərimizlə danışığını xatırlayıram. Onu da bir neçə aya mənimkinə bənzər aqibət gözləyir. Mən çox insan siması görmüşəm, lakin bu fərqlidir. Buradakı ambisiyalar fərqlidir. Onun arzuları, xəyalları o qədər saf və təmizdir ki, həyatdan istədiyi şeylər əslində mənimki tək xırda, ancaq mənalıdır.

         Bir gün teatrdan çıxanda gizlicə onu izləmişdim. Evinə qədər arxasınca getdim. Gecə iki mərtəbəli evinin açıq pəncərəsindən içəri də baxa bildim. Tərpənmədən yatağında oturub musiqi dinləyir, yaşlı kişinin şəklinə baxırdı. Gülümsəyir, həm də ağlayırdı. Kişinin kim olduğunu yəqin etmək çətin olmamışdı. Otağa keçib ona təsəlli verməyi elə istəyirdim ki.. Ona toxunmağı, necə heyran olduğumu deməyi istədim, o anda məni gördü. Duruxub qaldım, mızıldanmamağa çalışdım, Nil mənə sadəcə baxdı, sonra isə qalxaraq yaxınlaşdı, pəncərəni bağladı. Pərdəni çəkib yerinə qayıtdı. Həmin an telefonunun ekranındakı çat boks-dakı son bir neçə mesajı oxuya bildim.

         Nil: Nyumanın mahnısındakı kimi, Səni bağışlayıram.

         Sid: ?????

         Sid: Elə bu? Bunun üçün yazmışdın???(((((

         Sid: Nil, xahiş edirəm, belə etmə.((( Nil mənə bir şans daha ver.

         Sid: Nil mən gedirəm iki günə. Qal desən, qalacağam. Nəsə yaz,                              yalvarıram.

Həmin gün oradan teatra qayıtdım. O gündən bu yana Nili ilk görüşüm idi hazırda. Bu dəfə üzündəki kədəri silmək üçün qıcıqlandırmadan əlinə toxundum. Mənə baxarkən məni xatırladığını hiss etdim, gülümsünərək yenidən teatra fikrini cəmlədi. Uorrenin sevimli aktyoru mafiozun monoloqu gedirdi hazırda. Heç yaxşı ifa etmirdi. Bunu düzəltməliydim. Səhnəyə tərəf getdim. Arxadan sürətlə keçərək dekorasiyalar arxasından keçərək mafioza tərəf yaxınlaşdım, qulağına etməli olduğu şeyləri pıçıldadım. İşıq yalnız onun üzərinə düşür, mən qaranlıqda qalırdım. Elə bil sözlərim ancaq onun yanından vız deyə keçirdi. Axmaq! Başa düş, mən tamaşanı qoruyuram. Heç kimin görməyəcəyi tərzdə onun üzünə bir şillə ilişdirdim. Yerindən qalxdı qarşısındakı tərəf müqabili bu hərəkəti gözləmirdi. Roluna davam edə-edə sol əli ilə mənə babat qapaz ilişdirdi, arxaya getdim, yıxılıb döşəməyə çırpıldım. O isə roluna davam etdi, monoloqu bitərkən qarşısındakı digər mafia başçısına atəş açdı. Bundan sonra ssenariyə əsasən o öz beynini havaya uçurmalıydı. Mən isə tamaşaçının nə istədiyini bilirdim. Yerimdən qalxaraq şığıdım. Onun ənsəsinə bir zərbə endirdim, ssenarini pozdum, atəş havaya açıldı.

         “Axı niyə qoymursan, ölüm?” tamaşaçılar onun mənlə yox, Tanrı ilə danışdığını düşündülər. Məni hələ də görən olmamışdı. O, mənə tərəf bir neçə güllə atdı. Alqış səsləri gəlməyə başladı. O, dizləri üstə çökərək tapançanın arxası ilə başına zərbə endirdi. Bunların hamısı ssenaridən kənar idi, pərdələr dərhal bağlandı, ardınca isə bu teatrın tarixindəki ən heyranedici alqış səsləri gəldi. İnsanların həyəcanla ayağa qalxmağını eşidirdim. Kolleqamın zərbəsindən sonra hələ də ağrıyırdım. Uorren başda olmaqla hər kəs səhnəyə gəldi, bir sıra halında düzüldülər, ən sağdan özümü yer seçdim. Pərdə açıldı, hamımız baş əydik. Budur, “Toni mükafatı”na layiq sonluq oldu, hər kər razı qaldı. Mən bunu bacardım, mən bu tamaşanı unudulmaz etdim.

         Başımı qaldırıb Nilə tərəf baxıram, üzündə gülümsəmə var, başını yelləyərək ritmik əl çalır. Onun incəsənət sevgisi ilə mənimki arasında ən önəmli ortaq cəhət – sevgimizin sonsuz olmasıdır. On dəqiqəyə yaxın alqışlar gəlir, biz isə səhnədə dururuq. Uorren əlvida nitqini deyir, biz də tamaşaçılarla bərabər onu alqışlayırıq. Sonra isə hər birimiz səhnənin arxasına keçirik. Arxaya keçən kimi Mafioz obrazını canlandıran aktyor ənsəmdən çox sərt zərbə ilişdirir. Üzü üstə yerə çırpılıram, deyəsən, bu dəfə içalatım dağılır. Ayağını qaldırıb mənə bir zərbə daha ilişdirir. Mədəmdəkilər ağzıma gəlir, heç kəs mənə kömək etmir. Mafiozdan sonra Uorren də məni tapdalayır, Susieta, hətta dost saydığım Qreyson da, demək olar ki, heyətdəki hər kəs, hətta digər suflyor da məni əzir. Səsimi çıxarmaq istəyəndə vızıltım da havada yoxa çıxır. Qırıq-qırıq səslə kömək diləməyə çalışsam da, faydası yoxdur.

Artıq bilirəm, ölmüşəm. Ancaq bu qısa fəaliyyətimdə zirvələrə yüksəlmək üçün çaldığım qanadları görən qohumlarım, yəqin ki, mənlə fəxr edərdilər. Mən inqilab edə bildim. Artıq ailəmi görməyəcəm, amma bu an yaşadıqlarım mənə bir şey öyrətdi, kimliyindən asılı olmayaraq hər birimizin həmin o an dediyimiz məqamı ola bilər. Bunun üçün ən böyük addımları özümüz atmalıyıq. O anı yaşadıqdan sonra isə gerisi önəmli deyil.

         Cəsədim bir neçə saatdır ki, səhnənin üzərində qalıb. Axır ki, məni görən oldu. Xadiməçi məni oradan götürür. Məni toz-torpaq içinə qataraq bir müddət sonra aid olduğum yerə, zibil qutusuna atır.


Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...