Michael Moorcock tanıdığım ən qəribə yazıçılardan biridi. Oxuduğum kitablardakı dərinliyi, yanaşması rastlaşdıqlarım kimi deyil, ayrı aləmdi. Sevdiyim bir çox yazıçının, müasir britan ədəbiyyatındakı bir çox elmi-fantastın ilham mənbəyi olub. Aşağıda roman, ya da hekayə yazılmasında əhəmiyyətli saydığı 10 praktik məsləhətləri yer alır. Bir çox yazıçı məsələnin motivasiya tərəfinə köklənir, amma Mike əmi elə adamlardan deyil, sərt üslubu olan, sözünü açıq-açıq deyənlərdəndi, burda da özünü ədəbiyyat müəllimindən çox riyaziyyat müəllimi kimi aparıb.
Əlqərəz, getdik:
- Ilk qaydanı mənə T.H. White (The Sword in the Stone kitabının müəllifi) öyrədib: Oxu. Əlinə aldığın hər şeyi oxu. Həmişə fentezi, ya da elmi fantastika, ya da romantika yazmaq istəyən gənclərə bu janrdakı kitabları kənara atmalarını, John Bunyan'dan(XVII əsr britan yazıçı və rahibi) A. S. Byatt'a qədər("Booker" kimi bir çox mükafatı qazanmış britan qadın yazıçı) hər şeyi oxumağa başlamağı tövsiyyə edirəm.
- Heyran ola biləcəyin yazıçı tap(mənimki Joseph Conrad idi) və necəki şagird ustanın etdiklərini təqlid edib çəkməyi, ya da rəngləməyi öyrənirsə, sən də hekayəni danışmaq üçün onun süjetlərindən, personajlarından yararlan.
- Romanın ilk üçdə birində mövzunu və personajı oxucuyla tanış et.
- Əgər yazdığın süjetin ön planda olduğu kitabdırsa, çalış əsas mövzu, süjetin başlıca elementləri ilk üçdə bir hissədə yetərincə açıqlansın.
- Ikinci üçdə birində isə mövzu və personajları inkişaf etdir.
- Sonuncu üçdə birində mövzunu, ya da gizli qalan sirləri açıqla.
- Yaxşı bir melodrama yazısıyçün internetdə asanlıqla tapa biləcəyin “Lester Dent’in pulp-fiction düsturu”unu(daha geniş məlumat üçün buraya) istifadə edə bilərsən. Pulp-fiction janrında qısa hekayənin necə yazılacağını izah etsə də, uzunluğundan, ya da janrından asılı olmadan başqa ideyalar üçün də istifadə edilə bilər.
- Mümkün olsa, fəlsəfi fikirlər ortaya ata bilən personajların olsun. Bu hekayədə dramatik gərginliyin saxlanılmasına kömək edir.
- “Carrot and stick” mexanizmi – baş qəhrəmanın izində olduğu missiya, ya da mənfi obraz yaradıb, onun özünün də izlənildiyi, başqa sözlə prosesə maneə törədən ideya, obyekt, şəxs ya da bir sir ortalığa qoy.
- Sənə təklif edilən bütün qaydalara vec qoyma, nə demək istədiyinə dair öz qaydalarını yarat. Başqa sözlə, sənin 5 dəqiqəni xərcləyib dediyim hər şeyi bir kənara at.

Comments
Post a Comment