Ray Bradbury çoxumuz üçün sadəcə "faranheyt 451" kitabının müəllifidi, amma həm də saysız hekayələrin müəllifidi. Bir çoxlarının ilhamagəlmə səbəbi, motivasiyasıydı.
Hazır söhbəti açılmışkən, ustaddan gənc yazıçılar üçün 12 məsləhəti qoyum bura, hekayələrinə əli çatmayanlar məsləhətlərini dadsınlar. 2001-ci ildə Point Loma Nazarene Universitetindəki yazıçılar simpoziumundakı çıxışından bir bölüm.
Beləliklə:
- İşə roman yazmaqla başlamayın: roman yazmaq çox vaxt aparır. Yazmağa həftədə birini bitirə biləcəyiniz çoxlu qısa hekayələr yazmaqla başlayın. Buna 1 il davam edin, 52-si də bərbad hekayə ola bilməz, əvvəl-axır uğurlusu çıxacaq.
- Onları sevə bilərsən, amma onlar kimi ola bilməzsən: şüurlu, ya da şüursuz şəkildə sevimli yazıçılarını təqlid etməklə başlayacaqsan, bunda problem yoxdur.
- Keyfiyyətli qısa hekayələri araşdırın! (Roald Dahl, Guy de Maupassant ve daha az bilinen Nigel Kneale ve John Collier Bradbury'nin misal çəkdiyi hekayətçilər idi).
- Beyninizi doldurun: (Bradbury gənc yazarlardan yatmamışdan əvvəl bir hekayə, bir şeir (modern zirzibildən yox, Pope’dan, Shakespeare’dən ya da Frost’dan) ve bir məqalə oxumalarını məsləhət bilir. Oxunacaq məqalələrin arxeoloji, bioloji, zooloji, fəlsəfə, siyasət ve ədəbiyyat kimi bir çox sahədən olmasını üstün tutur).
- Sizə inanmayan insanlarla dostluğunuzu kəsin: Yazmaq arzunuzu məsxərəyə qoyurlar? Elədisə, vaxtınızı itirməyin elə adamlarla.
- Kitabxanalarda yatıb-qalxın: zəhrimara qalmış kompüterlərinizdən əl çəkin!(Bradbury universitet oxumayıb, özünü "kitabxanalardan məzun olmuş" biri hesab edirdi).
- Filmlərə vurulun: xüsusilə də, köhnə olanlara.
- Zövqlə yazın: (Bradbury “yazarlıq ciddi iş deyil” deyə vurğulayır. Bradbury "əgər hekayə yazmağa iş gözüylə baxsanız, hədəfinizə çata bilməzsiniz" deyib “mənim arzumu qısqanmağınızı istəyirəm” deyə əlavə edir).
- Pul qazanmaqla bağlı planlar qurmayın: (Bradbury ilk maşınını alanda 37 yaşı təzə tamam olmuşdu).
- Sevdiyiniz ve nifrət etdiyiniz 10 şeyin siyahısını tutun: Sevdiklərinizi yazın, nifrət etdiklərinizi məhv edin! (əlbəttə, onlar haqqında da yaza bilərsiniz)
- Ağlınıza gələn hər şeyi yazın: Kəlimə çoxluğu yaradıcılıqda meydana gələ biləcək tıxanmanı dağıdar, ona görə də hər sözü istifadə etməyi yoxlayın, yoxlamamış nəyisə öyrənə bilməzsiniz.
- Yazdıqlarınızla əldə etmək istədiyiniz şeyin bir oxucunun yanınıza gəlib "yazdıqlarınıza görə sizi çox sevirəm" deməsi olduğunu unutmayın: Ya da uğursuzluğa düçar olanda axtardığınız şeyin kiminsə yanınıza gəlib "hamının dediyi qədər axmaq adam deyilsiniz" deməsi olduğunu da unutmayın.

Comments
Post a Comment