Skip to main content

Ursula Le Guin - doxsan doqquz həftə




Biri varmış, biri yoxmuş.
Arvadı, qızı və balaca oğluyla birlikdə meşənin kənarında yaşayan odunçu varmış. Kişi çox işləyər və işini də sevərək görərmiş. Amma meşənin böyük hissəsi varlı oqrelərə(adam əti yeməyi sevən əfsanəvi varlıqlar t.q) aid imiş. Odun elə bahalıymış ki, adi ailələr evlərini kömürlə isidirlərmiş. Odunçu qapı-qapı gəzir, odun satmağa çalışırmış, amma hamı qapını üzünə bağlayırmış. Arvadı topal imiş, ona görə də uzaq yola çıxa bilmirmiş. Yenə də mətbəxin, baxçanın işlərini çəkib-çevirməyi bacarırmış. Qızı və oğlu qəsəbədəki məktəbə gedirmişlər. Janet hər axşamüstü məktəbdən sonra qəsəbə merinin uşaqlaeına baxıcılıq edirmiş. Bob isə xırda-xuruş işlər görər, qəpik-quruş qazanmaqla yetinərmiş. İki uşağın qazandığı pul bu böyük ailənin yeganə qazanc mənbələriymiş. Üstəlik uşaqların qazandığı pul da yaşadıqları evin sahibi olan oqrelərə gedirmiş. Nə təzə paltarları, nə də təzə ayaqqabıları varmış. Ancaq bağçalarında yetişdirdiklərinin ümidinə qalıblarmış. Yaşayış çətinləşirmiş və qarşıda da qış varmış. 

"Bəlkə kömür mədənlərində iş taparsan?" demiş odunçunun arvadı. 

Odunçu kömür mədənlərinə qədər 10 mil yol gedib iş istəmiş, amma qorxduğu başına gəlmiş, "burda işləməkçün çox yaşlısan" deyib onu evinə yollamışlar. 

Nikbin ruhlu adam olsa da, evinə yorğun-arğın, əhval-ruhiyyəsiz qayıdıb odunçu. Hava qaralıb, axşam yaxınlaşmaqdaymış. Kölgələr yolunun üstünü tutmaqdaymış, arasında uzun boylu gözəl bir qadın dayanıbmış. "Odunçu", demiş qadın. "Kefin yerinə gəlsin! Mən sənin hədiyyə pərinəm, sənə və ailənə yaşaya biləcək qədər pul verəcəm. Yeməyiniz olacaq, oğluna, qızına təzə ayaqqabılar alacaqsan."

"Köməksevər xanım", demiş odunçu, "mərhəmətiniz bol olsun! Bu hədiyyəni haqq eləmək üçün nə etməliyəm?"

"Daha işləməməlisən, odunçu. İşləməməli və hər gün iş axtarmalısan", demiş qadın. "Gündə 4 dəfə iş axtarmalısan. Tapılacaq iş olmasa belə, dayanmamalısan. Gözüm üstündə olacaq. Əgər dayansan, ya da cəsarətin çatmasa, xəbərim olacaq. Əgər 1 ay iş axtarmasan, hədiyyəm yox olub gecəcək". 

"Xanımım", demiş odunçu, "bundansa öz işimin olmağının tərəfdarıyam, əgər gündə 4 dəfə iş soruşsam hamıdan, dön-dolaş eyni adamlardan iş istəmiş olaram, bura balaca qəsəbədir, camaat bezəcək məndən". 

"O mənim problemim deyil", demiş qadın. 

"Gəlin siz mənə pul əvəzinə bir iş verin, nə olsa eləyərəm", demiş odunçu. "Təzə sənət öyrənmək üçün elə də qocalmamışam. Nə olsa eləyərəm". 

"O mənin sahəm deyil", demiş qadın. " İş pəriləri bu afalar işləmirlər, sənə tək edə biləcəyim təklif budur". 

"Qəbul", deyə razılaşmış odunçu. "Mən də, ailəm də sizə minnətdardı". 

"Əla", deyib qaranlığın içinə qarışmış uzun boylu qadın. 

Odunçu evinə getmiş. Evə girən kimi əlini cibinə atmış, bir şey hiss etmiş. Cibindən çıxarıb baxmış, pərvərdigara, gümüş pul imiş bu! Bir həftləlik xərclərinə çatarmış. Arvadı və uşaqları ətrafına yığılıb həyəcanla soruşmuşlar, "Mədənlərdə iş tapdın?"

"Yox, götürmədilər məni", demiş adam. "Amma sehirli bir qadınla tanış oldum və mənə bunu verdi", deyib gümüş pulu havaya atıb tərs çevirmiş. Hamsı pulu əldən-ələ keçirib baxanda sehirli qadının hər həftə bu cür pul verəcəyini, amma bununçün hər həftə mümkün hər yerə gedib iş olub-plmadığını soruşmalı olduğunu da danışmış onlara. 

"Bob", demiş odunçu, "get bu pulu pivəçidə xırdala. Onun həmişə xırda pulu olur. Gələndə də yekə, dolu qədəh pivə al, qeyd edək bunu. Janet, sən də get qəssabdan 4 iri qiyməlik ət al. Və sən də, əziz arvadım, uşaqlar gələnə kimi qəşəng bir öpüş ver mənə". 

Və o gecə şənlik etmişlər. 

Ertəsi gün odunçu qəsəbəyə gedib hər qspını döymüş, iş istəmiş. Bunu hər gün inancını itirmədən etmiş. Ta ki qəsəbəlilər bir-birlərinə hər gün 'yox' cavabı alsa da, yenə gələn John Woodcutter'in axmaq olduğunu deməyə başlayana qədər. Həm də ki hər yer işsiz adamlarla dolu olan vaxt bu axmaq necə iş tapmağa ümid edirmiş ki? 

Pivəçinin arvadı ona bir iş təklif etmiş. Daha inəklərə özü baxmadığına görə axırı təmizləməyi təklif etmiş. Amma iki ya üç günlük bir işmiş: bununçün 1 gümüş, hətta yarım gümüş də verə bilməzmiş. Ona görə də odunçu qəbul etməmiş. Bu hadisədən sonra pivəxanada müştərilərinə içki gətirəndə John'un həmişə iş axtardığını, kimsə kş təklif edəndə də təmbəllikdən qəbul etmədiyini deməyə başlamış qadın. Bəziləri ağıllı-ağıllı başlarını yelləyib, "heç nə eləmədən verilən pulu qəbul edən adamdan başqa nə gözləyəsən ki?", demişlər. Digərləri də, " pərilər işəyaramaz səfillərə pul paylamaqla heç yaxşı iş görmürlər", demişlər. 
Qəsəbənin meri də, pərilərin pulu haram puldur. Qəbul edəni də yoldan çıxarır", demiş. "Bu sözümü bir kənara yazın, gec ya tez John'u ipəkdən paltar geyinən arvadıyla bir yerdə at arabazında görəcəyik". Hamısı fikirli-fikirli başlarını yelləmişlər. Qəsəbənin yoldüzəltmə idarəsində işini təzəcə itirib kədərini pivəylə soyutmağa çalışan adamdan başqa. Adam pivəsini başına çəkib John'un pərini gördüyünü dediyi yerə tərəf getmiş. Uzun boylu, gözəl qadın ordaymış. Adama öz təklifini deyib, adam da qəbul edibmiş. 

John öz qəsəbəsində, qonşu qəsəbədə iş axtarmağa davam edirmiş. Dürüstlüyü ilə çörək pulu qazanmaq istəyirmiş, amma pərinin verdiyindən də az pul qazandıran iş qəbul edə bilməzmiş. "İşi-gücü olan adam" olduğu günlər uzaq keçmişə aid imiş daha. Arvadı Mary'nin revmatizmi get-gedə daha da pisləşirmiş, iş görəbilməz haldaymış, evin işini qızı Janet və odunçu özü görürmüş. Oğlu Bob məktəbi atıb dülgərin yanında şagirdlik edirmiş. Onunla qürur duyurlarmış, amma dülgərə bununçün yarım gümüş ödəyirlərmiş, Bob da evə öul gətirə bilmirmiş. 1 il ötüb keçibmiş, John kömür mədənindən geri qayıdandakı qədər pis hiss edirmiş özünü. Həmin axşamüstü yolda gedəndə uzun boylu və gözəl qadının qabağlnda durduğunu görmüş. 

"Xanımım", demiş odunçu, " iş axtarıram, sorub soruşdururam. Amma yoxdu. Həm camaat da məndən, hər gün iş soruşmağımdan, təklif elədiklərini də qəbul etməməyimdən beziblər". 

"Axtarmağı dayandıra bilərsən", demiş qadın. "Ürəyin nə vaxt istəsə". 

"Onda razılaşmamız pozular axı". 

"Hə. İş axtarmaqla ümiddolu adam olduğunu, yaxşı insanların elə də, belə də pul tapacaqlarına inandığını sübut etmiş olursan. Axtarmağı dayandırmağınsa bu inancından da vaz keçdiyini və cəsarətinin qırıldığını göstərir. Hədiyyə pəriləri cəsarətsiz insanları görmürlər. Mənim üçün də görünməz olacaqsan və hədiyyəm də solub gedəcək". 

"Aydındı, deməli ümidimizi itirməməliyik sadəcə", demiş adam. 

Beləcə aylar ötmüş, odunçu yorğun-arğın yollar arşınlamış, Mary'nin xəstəliyinə görə təzəsini ala bilmədiyi ayaqqabıları daha da köhnəlibmiş. Bob'un iştahı yerindəymiş. Janetuşaq baxıcılığı işindən qovulubmuş, çünki qəsəbə merinin arvadı qızın paltarladının çoc köhnə olduğunu deyibmiş. Qızının əyninə qəşəng paltar ala bilmədikləri üçün Mary'nin gözünün suyu sel olubmuş az qala. John olan-qalan puluyla bir top parça almış və arvadı da o parçadan qızına qəşəng paltar tikmiş. 

"Pışt pışt. Bu odunçunun qızına bax. İpək paltar içində sülənir ortalıqda. Atası da bir işin qulpundan yapışmır, pulu da pərilərdən alır..."

Həftələr ötürmüş və hər həftə John cibində sehrli gümüş pul tapmağa davam edirmiş. Həftə boyunca həyəcanla gəlişini gözlədiyi gümüş pulu.. əlini cibinə atanda tapa bilməmiş. 

Bir az gözləyib bir də yoxlamış, amma yox imiş. 

Gedib kartof tarlasına toxumları əkib geri gəlmiş, təkrar cibini yoxlamış. Yox imiş. O biri ciblərini də yoxlamış, birdən yerə düşürüb eləyər deyə evin ətrafına da baxmış. Yox imiş.

Axşam düşəndə uzun boylu, gözəl qadınla rastlaşdığı yerə getmiş. Qadın ordaymış. "Xanımım", demiş, "hədiyyəniz bu həftə gəlmədi. Mary'nin vəziyyəti ağırlaşır, çox ehtiyacımız var".

Hədiyyə pərisi ona səssizcə baxmış, "sən John Woodcutter'sən, hə? Səni güc-bəla görə bilirəm. Doxsan doqquz həftən bitib". 

"Nə doxsan doqquz həftə?"

Qadının səsi sanki çox uzaqlardan gəlirmiş. Baxışları sanki John'a yox, arxasındakı başqa nəyəsə yönəlibmiş. "İş tapmaq üçün doxsan doqquz həftən var idi. Heç nə tapmadın. Bu andan etibarən rəsmi olaraq ümidini itirdin". 

"Amma, xanımım, hardasa iki il olub, hər gün eyni həvəslə iş axtarıram- ümidimi filan itirməmişəm. Hələ də ümidim var!"

"Rəsmi olaraq itirmisən. Rəsmi olaraq iş axtarmağı dayandırmısan və rəsmi olaraq hədiyyə pəriləri üçün görünməzsən".

"Xanımım..", deyə ağlamağa başlamış odunçu. "Nə vaxta qədər?"

"Ömürlük", demiş qadın incə və soyuq səslə. 

Və bundan sonra John nə qədər ağlayıb sızlasa da, nə bir cavab ala bilir, nə də qadının onu görüb eşitdiyinə aid bir işarət. 

Axırda çar-naçar evinə qayıtmış. Qaranlıq düşən vaxtı yol üstündə evinin sahibi olan varlı orqe önünə çıxmış. "Sən", demiş orqe, qara atından aşağıya baxıb, "sən meşənin kənarındakı daxmada yaşayan baş bəlasısan. Aylardı ki kirayəni ödəməmisən. Bir həftədən gec olmamış, boşalt evi". 

"Cənab oqre", demiş John. "Əgər kirayənin hamsını ödəsəydik, hədiyyə pərisinin verdiyi puldan yemək üçün bir şey qalmazdı əlimizdə. İndi də deyir ki daha pul verməyəcək". 

"Hədiyyə pərisi?! Pərilərin hesabına yaşayırsan, dilin də var danışmağa! Ağlıma gəlməliydi elə. Xəbərin var ki, sənin o pərilərin uşaqları kafir edən məktəblərin və uzun müddətdir ki, kirayəni ödəmədiyin üçün səni zindana tullamalı olan polisin xərclərini ödəsinlər deyə məndən aldıqları vergini qaldırırlar?! MƏNİM vergilərimi! Pərilər! Onsuz bu ölkədə nə problem varsa, günahkarı pərilərdir! Cəld. Əlim-ayağım sənə toxunmamış rədd ol. Gözümə də görünmə!" deyə John'u qovmuş və atını mahmızlayıb gecənin qaranlığlnda gözdən itibmiş. 

Həftənin qalan hissəsini John iş axtarmaqla keçirmiş. Nə olsa qəbul edərmiş. Amma hara gedir getsin, həmişə ondan öncə də birinin gəldiyini deyirmişlər. 

Bob'un da şagirdlik xərcini ödəyə bilməyəcəklərini eşidən dülgər uşağı evə göndəribmiş. Bob'un bacısı da məktəbi təzəcə bitiribmiş. İki gənc bir yerdə plan qurublar.

Həftənin son gecəsi bacı-qardaş atalarının hədiyyə pərisiylə qarşılaşdığı yerə getmişlər. Ora çatanda uzun boylu, gözəl qadını görsələr də, qadın onlara baxmırmış. 

"Xanımım", demiş Bob, "iş axtarıram, amma tapmıram. İş tapana kimi mənə də gümüş pul verə bilərsiniz?"

Amma qadın Bob'a vec qoymayıb.

"Xanımım", demiş Janet, "məktəbi də bitirmişəm. Hardasa müəllimlik edə bilərəm. Uşaqlara baxa bilərəm, xəstələrə baxa bilərəm. Hətta bağbanlıq da edərəm, aşçılıq da. Amma anamın mənə ehtiyacı var və qəsəbədə iş tapa bilmirəm. Bəlkə iş tapana kimigümüş verəsiniz?"

Amma qadın ona da dönüb baxmayıb. 

Bob yalvarmış, Janet ağlamış, amma nə fayda. Gözəl qadın onlara bi dəfə də dönüb baxmamış. 

Kolluqdan balaca, qırmızı tülkü çıxmış və gülməyə başlamış. "Boşuna özünüzü yormayın, gənclər. O sizi görə bilməz. Görünməzsiniz". 

"Amma mən ümid doluyam", demiş Janet. Bob da, "Mən də ümidimi itirməmişəm!" deyə bəyan eləmiş. İkisi də bir ağızdan, "ikimiz də düz qabağında durmuşuq onun", demişlər. 

"Bəlkə də elədi", demiş tülkü. "Amma siz bundan öncəki işinixi itirməmisiniz axı".

Janet və Bob tülküyə baxmışlar. "Daha öncə bir işimiz olmayıb ki onu itirək də?!"

"Düz söhbətdi", demiş tülkü. "Amma daha öncə heç işləmədiyiniz üçün rəsmi olaraq işçi qüvvəsi hesab olunursunuz: buna görə də pərilərin gətirdiyi faydalar üçün uyğun deyilsiniz. Görünməzsiniz. Pərilərin düşünmə formalaeına heyranam, xüzusilə də nəyi görüb, nəyi görməmək barədə olanına. Mənə qalsa, son vaxtlar varlı oqrelərə lazımından artıq qulaq asırlar. Əgər yerdə qalan doxsan doqquz faizlik camaata daha çox qulaq assalar, daha yaxşı iş görərlər". 

Gənc Bob və Janet kürəkləri əyik, alt dodaqlaeını sallaq halda ağlamamaq üçün özlərini güclə saxlayıb ailələrinə evi boşaltmaq üçün çoxdan yola düzəlibmişlər.

Tülkü bacı-qardaşın gecənin qaranlığında gözdən itmələrini izləmiş, dar çiyinlərini çəkib başını iki yana yelləyib, "insanlar tülkülərə qulaq asmırlar ki heç vaxt", demiş.

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...