Skip to main content

Ədəbi tənqid və ya birinin ağzı necə cırılmalıdır

Bu o qədər fenomenal bir məqalədir ki, tərcümə etməsəm, hayıf olar dedim. Məşhur amerikalı tənqidçi və ədəbiyyatçı Harold Bloom 2003-cü ildə Stephen King'in "Ömürboyu Uğur"(Lifetime Achievement Award) kimi çox mühim mükafatı qazanmasına üsyan edirdi. 




 "Milli Kitab Vəqfi"nin Stephen King'ə "Ömürboyu Uğur" mükafatını vermək qərarı fövqaladə bir şeydir, mədəni həyatımızdakı axmaqlaşdırma kimi bir şokedici prosesdəki ən dərin nöqtədir.

King'i əvvəllər 1 qəpiklik ucuz yazıçı adlandırmışdım, bəlkə bu da yumşaq idi onu ifadə etmək üçün. Edgar Allan Poe ilə heç bir ortaq nöqtəsi yoxdur. O, hər cümlədə, paraqrafda, kitabda yetərsizlik göstərən yazıçıdır.

Nəşriyyat industriyası əvvəllər Sam Bellow, Philip Roth və teatr yazıçısı Arthur Miller kimi şəxslərə verilmiş bu mükafatı King'ə verməklə özünü alçaltdı. King'i mükafatlandırmaqla onlar onun kitablarının kommersial uğurunu dəyərləndirməkdən başqa bir şey etmirlər, o milyonlar ki həmin nəşriyyatları yaşamağa davam etdirir. Əgər gələcəyin kriteriyaları bu olacaqsa, bəlkə gələn il də Danielle Steel'ə eyni mükafatı verməlidirlər və Nobel Ədəbiyyat Mükafatını da "Harry Potter"li J.K.Rowling'ə.

Bu baş verənlər bir neçə il əvvəl J.K.Rowling haqqında yazdığım şərhlə bağlı fenomenin bir parçasıdır. Yale kitab mağazasındaydım və "Harry Potter və Fəlsəfə Daşı" kitabını aldım və oxudum. Bunu deyim: əsl əzab idi mənim üçün. Yazı qorxunc idi. Kitab bərbad idi. Oxuyanda fərqinə vardım ki, müəllif bir personajının hər dəfə yürüyüşə çıxdığını demək istəyəndə "ayaqlarını irəli uzatdı" deyə yazır. Rowling'in beyni o qədər ölü metaforlar və klişelərlə doludur ki, öz stili də yoxdur.

Amma bunu bir qəzetdə yazdığıma görə günahlandırıldım. Uşaqların indilərdə ancaq J.K.Rowling oxuduğunu dedilər. Özlüyümdə fikirləşdim ki, görəsən, heç bir şey oxumamaq bundan daha pis ola bilərmi? Rowling onları əllərinə kitab almağa itələyirsə, yaxşı şeydir bu, elə deyil?

Elə deyil. "Harry Potter" uşaqlarımızı Kipling'in "sadəcə hekayələr", ya da "Tarzan"ı kimi irəli aparmayacaq. Onları Thurber'in "On üç saat", ya da Kenneth Grahame'ın "Söyüdlərdəki rüzgar", ya da Lewis Carroll'un "Alice"i kimi inkişaf etdirməyəcək.

Daha sonra eyni Stephen King'in Harry Potter kitabları haqqında yazdığı çox sevgi dolu və comərt incələməsini oxudum. Yazdığı şeyin mahiyyəti bu idi ki, Bu uşaqlar 12 yaşlarında Potter oxuyurlarsa, böyüyəndə də Stephen King'i oxuyacaqlar və haqlı idi. İronik də deyildi heç. HP oxuyursunuzsa, SK oxumaq üçün yetişdirilirsiniz əslində.

Cəmiyyətimiz, ədəbiyyatımız və mədəniyyətimiz bəsitləşdirilir və səbəbləri çox qəlizdir. 73 yaşım var. İngiliscə öyrətməklə keçən ömrüm boyunca ədəbi işlərin necə alçaldığını gördüm. Çox az sayda həqiqi araşdırmalar var ki, insani elmləri xırdalasın. Asisstentim qatıldığı bir seminarda lektorun 2 saatını Walter Whitman'ın irqçi olduğunu deyərək keçirdiyindən danışmışdı. Bu heç düzəməlli sərsəmləmə də deyil, dözülməz şeylərdi bunlar.

Şagird kimi romantik şairləri oxumaqla başlamışam. 1950-lərdə və 60-ların əvvəlində Percy Bysshe Shelley, William Wordsworth, Lord Byron, John Keats, Willism Blake, Samuel Taylor Coleridge kimi adamlar ingilis romantik şairlərinə başçılıq edirdilər. Amma bu gün onların yerini Felicia Hemans, Charlotte Smith, Mry Tighe, Laetitia Landon və digər yazmaqdan qanmayanlar tutub. Dördüncü dərəcəli Aprha Behn kimi biri Şekspir yerinə məktəb dərsliklərinə salınır. 

Bir müddət əvvəl köhnə dostum və önəmli akademik Thomas M. Green'in məzarı başında çıxış edirdim və dedim ki, "Çox dəyərli bir şeyin birdəfəlik bitməsindən qorxuram".

Bu gün hələ də iş başında olan və təriflərimizə layiq olan 4 amerikalı yazıçı var. Thomas Pynchon hələ də yazır. Stephen King ilə bir yerdə bu xüsusi mükafatı paylaşmalı olan Philip Roth möhtəşəm bir komediandır və bu mövzuda da deyiləsi bir zarafat tapacaq. "Qanlı Meridian" adlı romanı ilə dövrünün Herman Melvielle'i adlandırılan Cormac McCarthy və "Yeraltı dünya" romanıyla Don Delillo da fəaliyyətdədir.

Amma mükafat Stephen King'ə gedir. Bu, dəhşətli bir səhvdir. 

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...