Skip to main content

Neil Gaiman və Sandman

əziz Oxucu,

daha əvvəl də bildirdiyim kimi, 6 - 7 il əvvəl Bakının kitab mağazalarından birində məsləhətçi idim. Özümü satıcı adlandırmırdım, çünki nə işçi kimi ordaydım, nə də kitab satırdım. İşim gələn alıcılara istədikləri mövzuya uyğun kitabları almağa inandırmaq idi. 

Komikslərlə ilk tanışlığım da tam olaraq o dövrlərə təsadüf edir. Dostum Fərid Hüseynli alıcını İtalo Calvino kitabları almağa razı salmaqla məşğul idi, mən təzəcə Kahraman Tazeoğlu üçün gələn xanıma Debbie Macomber satmışdım, alıcısız müddəti keçirmək üçün oxumağa kitab axtarırdım. Özümü elə də çox alıcısı olmayan Komiks rəfinin önündə tapdım. Neil Gaiman ilə yenicə tanış olmuşdum, "1602" başlıqlı qalın bir komiksi əlimə alıb vərəqləməyə başladım. 

Çayımı da götürüb keçib oturdum bir küncdə, şəkillərin ardıcıllığını, baloncuqlar içindəki dialoqlarla şəkillər arasındakı əlaqəni anlamaqla əlləşirdim ki, Fərid başımın üstündə bitdi. Aldı komiksi əlimdən, dedi ki, - məzələnmək üçün oxuyacaqsansa, oxuma. Ciddiyə alacaqsansa, sistemi başa salım. Dedim, - səni ciddiyə almağı bacarmışamsa, hərhalda buna köklənmək də o qədər çətin olmaz.

Çayımı götürüb içdi, komiksi açıb qrafik mahiyyətini, komikslərin tarixini, necə oxunmalı olduğunu danışdı. 

Gaiman'ı roman müəllifi kimi yeni tanıyırdım, amma komikslərdəki ustalığından xəbərsiz idim. 
Beləcə macəram başladı. Tamamilə yeni bir dünyaya açılan qapıdan içəri keçmişdim və buna hərhansı müəlliflə başlamamışdım, sonrakı 7 il boyunca ən çox əsərini oxuyacağım usta bir qələmlə başlamışdım. 

Oxuduğum şeylərdə təcrübəsiz olduğum vaxtlar Fərid doğru gözləntini məndə yaratmağı bacarmışdı. Həmin dövr, - bir az başını qarışdır, hazır olanda "Sandman"ları oxuyarsan. "Sandman"lar adi komiks deyil, intelektuallar üçün ədəbi xəzinədi, - demişdi. 
Bu cümləni çox ciddiyə almışdım. Yaxşı ki, almışdım. 

Bu qədər prequel boşboğazlığı, məncə. nə qədər həssas və önəmli mövzudan danışmağa başlamaq üçün çərənlədiyimi sənə ifadə edə bildi, əziz Oxucu. Çünki "Sandman" xüsusidir. 


Sonsuzlardan Sandman, ya da Morpheus, ya da Dream yuxuların, xəyalların Tanrısıdır. Əslində yox. Sandman Tanrı deyil, Tanrılar onlara inanıldığı müddətcə mövcuddurlar, amma yuxular, xülyalar hər zaman var və Sandman xülyaların özüdür. 
Özü kimi Sonsuzlardan olan bacı və qardaşları, - Destiny(Taleh), Death(Ölüm), Desire(Arzu), Despair(Kədər), Delirium(Həzəyan) və Destruction(Məhv) - hekayənin baş qəhrəmanlarıdı. 



Roderick Burgess Ölümə qalib gəlmək üçün onu məhv etmək, canlı bir şeydirsə, öldürmək, ən  pis halda həbs etmək istəyir. Ölümü çağırıb onu cadulamağa çalışır, amma qələbə xəyalları onu Ölümə yox, Morpheus'a aparır, ya da Morpheus'u ona gətirir və dünyanı Ölümdən xilas etmək əvəzinə onu xülyalarsız qoyur. 70 il boyunca həbsdə qalan Morpheus oradan xilas olmağın yolunu tapandan sonra yerlə yeksan olmuş Xəyallar Sarayına geri qayıdır, Cəhənnəm iblislərinin əlinə keçmiş silahlarını geri qazanıb, yenidən hər şeyi yoluna qoymağa çalışır. Amma 70 il dünyanı xülyalarsız qoyub dəyişdirdiyi kimi Morpheus'u da keçmişinə dair şübhələrlə baş-başa qoyacaq qədər uzun bir müddətdir və Morpheus keçmiş səhvlərini bir-bir yadına salıb düzəltməyə çalışır. 

11 cild. yüzlərlə fərqli hekayə. Ağla gələ biləcək bütün mifologiyaların bir-birinə qarışdığı, müasir tarixlə, orta əsrin nümayəndələri ilə qarışdığı mürəkkəb və mükəmməl bir dastan. 

Nei Gaiman "Sandman" haqqında " Sonsuz gecələr" adlı 11-ci cilddə əsərini bu cür təsvir edir:
Dünən Torino'da qaldığım otelin foesində məndən "Sandman"ı ən çox 12 sözlə ifadə edə bilib-bilməyəcəyimi soruşdular, bir an üçün düşündüm:

"Xülyalar Lordu, insanın ya dəyişməli ya da ölməli olduğunu anlar və qərarını verər"


"Sandman"ın III cildi(Dream Country) 4 hekayədən ibarətdir. Bunlardan biri də Şekspirin A Midsummer Night's Dream(Bir Yaz gecəsi yuxusu) hekayəsinə həsr olunub. Gaiman bu hekayəyə görə "World Fantasy Award"(Dünya Fanastika mükafatı) ilə təltif olundu. 



Bu tənqidçiləri əsəbiləşdirmişdi. Gaiman'ın komiksləşdirilmiş hekayəsi o qədər gözəl idi ki, münsiflərin ağlını başından almışdı və yazılı əsərlər içində ilk dəfə belə mötəbər bir mükafatı qazanan ilk.. və sonuncu komiks oldu. Yarış sonrası komikslərin belə mükafatlar üçün namizəd ola bilməməsi üçün qərar verildi. 

Bu hadisəni Harlan Ellison belə təsvir edirdi:

"... Bu önsözün ana fikrini təkrarlamaqla və Neil Gaimanın Sandmanindakı kimi bir mükəmməlliyin bir çox insana dünyanın necə orta bir yer olduğunu hiss etdirəcək ağrı verdiyini deməklə yetinəcəm. Bunun belə olduğunu bilirəm, çünki 1991-də Tusconda keçirilən 13. dünya fentezi konqresində oturub Neilin bir komiks buraxılışı ilə çox dəyərli "Philips Lovecraft" ən yaxşı qısa hekayə mükafatını almasını şeytani bir zövqlə izlədim. Şeytani deyirəm, çünki söyüş qəlibli məzəli kitablar yazan bir adam böyük mükafatı qamarlamağa gedəndə orada toplanmış mükafatı standard çap edilmiş bir qısa hekayənin almasını gözləyən o antik-kuntik yazar, sənətçi və tənqidçilərin badamlı keksləri boğazlarında qaldı. çox mırıltı oldu. Çox incinən oldu. Çox əsəbi qan beyinə vurdu. Səsvermədə saxtalaşdırma olduğuna inananlar ortalığı qarışdırdı. İnanclılar mükəmməlliyi görməzdən gəlmələri üçün nə yoldan çıxarıla bilən, nə də qorxudula bilən xüsusi jürinin belə bir seçim etməsinə elə hirsləndilər ki, qaranlıq pərdələrin arxasından Fentezi Konqresini idarə edən Ağsaçlı yekəpərlər qaydaları komiks yazarlarının bir də namizəd olmayacaqları, o ciddi sənətçilərinin arxalarından təpik vura bilməyəcəyi şəkildə yenidən yazdılar.
Neil Gaimanın gördüyü işin mükəmməl olduğunu hardan bilirik? Tənqidçi Susan Sontagın yazdığı bir şeydən bilirik: " Əsl Sənət əsəb pozmağı bilir." Əsəb pozmaq?! Mükafatlandırma mərasimində orda olmalı idiniz. O zibillər necə də şişib qaldılar! Mövzu bu idi: Gaimanın işi kəlimələrə sığmayacaq qədər mükəmməl deyil mi?."


7 il əvvəl başlayan komiks macəramın ən pik nöqtəsindəyəm. Gaiman ədəbiyyatının ən pik nöqtəsindəyəm. Və XI cildlik bu əfsanəvi əsərin sonuna çatmışam. yerdə qalan sonradan yazılan xırda-para hekayələri və XI cildi yenidən və yenidən oxumaqdır. 

İkinci dəfə oxumağa orijinalından başlayacam. bir neçə il sonra. Mənə yaşatdığı duyğular, ağlımda hər gün fırlanan frazalar emosiya dolu xülyalar olmaqdan çıxıb xatirələrə çevriləndən sonra. Həmin anda başlayacam oxumağa və yenidən Sandman 70 illik əsarətindən qurtulub Xülyalar Sarayına geri qayıdacaq, Cəhənnəmə çıxan səyahətinə başlayacaq, İblislərlə üzləşib keçmişinə dair hər şeyi bir daha gözdən keçirəcək. 


Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...