Əziz Oxucu,
Dünya dəyişir.
Çox sürətlə dəyişir.
Sanma ki, dünənə qədər hər şey stabil və hərəkətsiz idi, indi kimsə dəyirmanı işə saldı, demək istəyirəm.
Yox.
Dünya ilk günündən bəri dəyişir. Amma insanlar dəyişiklikləri daha mürəkkəb hala gətirir.
Klişe cümlə eşitməyə hazırsan?
Varoluş sancısı çəkirəm.
Ürəyimi boşaltmaq, danışmaq, zəvzəklik eləmək ehtiyacı duyuram, ona görə də yaxana çökəcəm, əziz Oxucu.
Hər gün işə gəlirəm. Səhər saat 08:00-da ağ geyimimi geyinib kompüteri açıram və ekran başına otururam. Şöbədə yatan xəstələrimin son durumlarını bir-bir gözdən keçirirəm, kimliyimizin bir parçasına çevrilən N95 maskamı taxıb, altındakı xoşbəxt olmayan üzü gizlədirəm, pasientlərin otaqlarına girir, söhbət edir, problemlərini izah edib çözüm barədə danışıram. Gülümsəməyə, onları da güldürməyə, günlərinə bir az stressiz saniyə qatmağa çalışıram.
Çox vaxt uğurlu oluruq. Sağaldırıq və evə yola salırıq.
Bəzən uğursuz oluruq. Gecə saatlarında ailələrinə zəng edib ölüm xəbəri verirəm. Uğursuzluğun yükü olur səsimdə. Amma kədərimi ifadə eləmək üçün başqa bir dilə tərcümə etməli oluram.
"Leider muss ich Ihnen mitteilen, dass Ihr Vater vor fünfzehn Minuten verstorben ist. Meine Beileid."
"Təəssüf ki, sizinlə paylaşmalıyam ki, atanız on beş dəqiqə əvvəl öldü. Başınız sağ olsun".
Qrammatik doğruluq.
Leksik uyğunluq.
Söz sırası.
Doğru vurğu.
Emosional yük.
Doğru intonasiya.
Bir yığın texniki xırdalıqlar. Və insani olmağa davam cəhdi.
İşlə bağlı çətinliklər, iş yoldaşları ilə problemlər, söz-söhbət, dedi-qodu, enerji aparan intiriqalar.
Tükənirəm.
Amma kuliminasiyaya çatmamışıq hələ.
Varoluş sancım işlə bağlı səydərəmliklərdən ibarət deyil təkcə.
Etdiyim hər şeyi sorğulama içərisindəyəm.
Niyə pul qazanmağa çalışıram?
Niyə kitab oxuyuram?
Niyə hobbilərimə vaxt ayırıram?
Səyahətlər nəyə lazımdır?
Uzun bir müddət oxuduqlarım barədə şübhə içinə düşmüşdüm.
Bədii ədəbiyyat, subyektiv düşüncələr, ssenarilər, sujetlər, personajlar. Hamsı gözümə boş və gərəksiz göründü.
Sevdiyim komikslər, maraqlı filmlər, əyləncəli video-oyunlar.
Nəyə gərək idi ki?!
non-fiction kitablar almağa başladım. Jared Daimond külliyyatını alıb tökdüm evə.
Elmi kitablara yönəldim.
İnnovasiya yenilikləri ilə maraqlandım.
Ayaq uydurmağa çalışıram dünyaya.
Hər şey dəyişir.
10 gün öncə hər şeyin hədsiz sıxıcı, yorucu, bezdirici olması hüdudlarımı aşmağa başladı.
Xəstələrimlə bağlı xırdalıqlar gözümdən qaçdı əvvəl.
Məsum xırda səhvlər.
Bəzən problem yaradacaq qədər böyük səhvlər.
Otaqlarına girəndə büründüyüm şux kimlik yoxa çıxdı sonra. Söhbətləri qısa kəsib, tez bitirməyə çalışırdım dialoqlarımızı.
Evdə oxumağa köklənə bilmədən ötüb keçən saatlar.
Yorğun ayıldığım səhərlər.
Dünyada baş verənlər isə bir ayrı hekayə idi.
Siyasəti yaxından izləyirəm.
Amerika, Türkiyə, Almaniya, Azərbaycan. Baş verənlər o qədər qarışıq və anlaşılmazdı ki.
Nəyə inanmaq, nəyin tərəfində durmaq, nəyin qarşısında..
Taliban, əfqan uşaqlar, yanan meşələr, kəsilən ağaclar, satılan siyasilər, Qarabağ.
Çox idi.
Klostrofobikləşirəm.
Cəmiyyət çox darısqal, çox səs-küylü olmağa başladı.
Amma iki şey baş verdi:
Tibbin qızıl qaydasını tətbiq etdim:
Müalicəyə tabe olmayan problem kökündən qazınmalıdır.
Ərizəmi yazıb işdən çıxdım.
Kağızı təhvil verəndən sonrakı rahatlamanı təsvir edə bilmərəm. Bu gərgin iş rejiminin, "shity" kolleqaların olmadığı yeni bir dövrün real varlığı içimi rahatladır. Oktyabrdan etibarən azadam.
Əlimə işdən uzaqlaşıb 1 həftəlik dincəlmək şansı keçdi.
Dostlarıma sığındım, evdən, yaşadığım şəhərdən uzaqlaşdım.
Nazımı çəkdilər. Tənbəl-tənbəl divanlarına çöküb qalmağıma səslərini çıxarmadılar.
Toparlandım, yuxu rejimim düzəldi, işlə bağlı gərginlikdən uzaq qaldım.
Amma bu əsnada da bir şey baş verdi.
Divanda tənbəlliklə məşğul olduğum(ya da məşğul olmağa tənbəl olduğum) vaxtda kitab rəfində dostumun bir kitabı gözümə sataşdı.
Gələcək üçün ən az əhəmiyyətli, heç bir gələcək vədi olmayan, əyləncə kitabıydı.
Amma tələbə dönəmimdə həvəslə izlədiyim seriala aid kitab idi.
Douglas Adams'ın yayımlamadığı kitabının qalıntılarından Gareth Roberts'in yazdığı "Doctor Who: Shada".
Oxumağa başladım.
Çox əyləndim. Güldüm. Təəccübləndim. Kədərləndim. Hekayə içində itdim.
Dünən yenə öz evimizə qayıtmışıq.
Enerjim təzələnib.
Gücüm artıb.
Varoluş sancısından qurtulmuşammış kimi bir hiss var içimdə, həqiqiliyindən əmin deyiləm.
Amma aydınlığa çıxan bəzi şeylər var ağlımda.
Mən sosial obyektivlik üçün doğulmuş biri deyiləm. Olmağa da çalışmayacam.
"Star Wars" hekayələrini sevən, "Doctor Who" bölümlərini təkrar-təkrar izləməkdən zövq alan, sırf yararlı ola bilərlər deyə elmi kitablar yox, əyləndirirlər, tətmin duyğusuna boğurlar deyə bədii ədəbiyyat oxumaqdan zövq alan bəsit oğlanam. Rəflərimi Stephen King, Neil Gaiman, Michael Chabon kitablarıyla doldurmaqdan zövq alıram.
Millətlərin problemi, siyasilərin xisləti barədə çoxbilmişlik etmək istəmirəm.
Həftədə 2 dəfə yaşıl meydanlarda "Chelsea" oyunlarını izləməkdən, personajların motivasiyaları, ədəbiyyatçıların yazı qabiliyyəti, sujetlərin boşluqları haqqında danışmağı, subyekt olmağı və subyektiv danışmağı sevən sadə insanam.
Gözəgörünməz qalmağı, bəsit olmağı və zövq almağı sevirəm.
Belə qalmaq istəyirəm.
Stressiz qocalmaq, saçlarımı başımda görmək, ala-bula olmayan pişiyə sahib olmaq və qız övladı böyütmək istəyirəm.
Bir gün həkim olmağa davam etməyəcək qədər maddi rahatlığa sahib olmaq, keçmişə baxandasa peşəmi gözəl yerinə yetirmiş olma duyğusuyla qürurlanmaq istəyirəm.
Çox deyil ki?
Məncə, deyil. Gözəgörünməzlik çoxumuzun alın yazısıdır. Xoşbəxt şəkildə gözəgörünməmək daha məqbul variant kimi gəlir mənə.

Aramıza xoş gəldin :D ümidvaram, hər şey ürəyincə olar👍
ReplyDeleteİşsizlər topluluğu, ya məmnunlar? :D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteSuper, doktor!!!
ReplyDeleteDiləyirəm,seçdiyiniz həyatınız sağlıq, hüzur bəxş edər sizlərə 💫
Bax bu, əla idi..
ReplyDelete