Ümid edirəm ki, hamınız "Organize İşler" filminə baxmısınız.
Mafia lideri köməkçisi baş qəhrəmanlarımızı sıraya düzür, lideri söydüklərinə dair kadrları ekranda göstərir və deyir ki:
"Teknoloji ne kadar güzel bir şey, değil mi?"
Bu kitabı ifadə eləmək üçün ağlıma gələn ən güzəl ifadədi bu. 😅
Malcolm Gladwell çox önəmli bir iş görüb bu kitabla:
Uğuru
individual bir xüsus kimi qələmə verməyib, uğur barədə bütün
hipotezlərin üstündən xətt çəkib və bizə çox önəmli informasiya ötürüb,
Uğur individual deyil, sistem nəticəsidir.
Müəllif bizə əvvəl tək-tək şəxslərin hekayəsini danışır. Çoxunu da tanıyırıq. Bill Gates. Bethooven. Steve Jobs.
Amma onların necə zəhmət çəkdiklərindən dəm vurmur, məsələyə başqa yöndən baxır:
Şəxs
olaraq çox istedadlı olan bu adamların ətrafında nə baş verirdi? Hansı
şərtlər altında çalışırdılar? Ətraf mühitin, şəraitin bu uğurlarda nə
qədər rolu var idi?
Məsələn, Kanadada xokkey oyunçuları arasında ən uğurlular yanvar-fevral ayında doğulanlardı.
Musiqi
sahəsində ən az 10 000 saat məşq etmiş olanlar professional musiqiçilər
olurlar, daha azında olanlarsa adi məktəbdə musiqi müəllimi.
Yay tətili az olan ölkələrdə riyaziyyat fənnində şagirdlər daha uğurludular.
Yay
tətili uzun olanlardasa kimlər ki kasıb ailələrdən gəlirlər, yəni yay
tətilini işləyərək, veyllənərək, tədris ilini gözləyərək keçirirlər,
növbəti tədris ilində imkanlı ailələrdən keyfiyyətcə daha geridə
olurlar. O geriliyi yenidən tədris müddətində azaldırlar, amma qarşı
tərəf yay tətilini də adətən əlavə tədrislə, kitablarla, kitabxanalarla
keçirir deyə həmişə irəlidə qalırlar.
Kitabın ifadə eləmək istədiyi budur:
Uğur sistemlə bağlı bir şeydirsə? İstedadlı olmaqla yox, uyğun şərtlər alrında inkişafla bağlıdırsa.
Bill
Gates uğurlu idi, çünki kompüterlərlə həmyaşıdlarına nəzərən daha çox
vaxt keçirirdi, bunun səbəbisə universitetin kompüter sistemində boşluq
tapması və həftəlik qoyulan ödənişsiz istifadə limitini uzada
bilməsiydi. Daha çox kompüterlə vaxt keçirirdi, daha çox inkişaf
edirdi.
Bethooven 3
yaşından etibarən aralıqsız musiqiylə vaxt keçirə bilirdi. 10 000 saat.
Həmyaşıdlarısa həftəlik 4 saatlıq istifadədən o yana keçmirdilər.
Asiya
ölkələrində tədris ili 240 günə qədərdi, qərb ölkələrində 180 günün
altında. Olimpiyadalarda Tayvan, Sinqapur, Çin, Hindistan kimi ölkələr
başı çəkirlər.
Niyə?
Necə?
Malcolm bizə boş-boş motivasiya dərsi keçmir, Malcolm hər şeyin bəzən bizdən asılı olmadığını deyir.
Məsələn, valideynlərimizdən asılıdı.
Kriptovalyutaların inkişafda olduğu vaxtda valideyn övladının müəllim olaraq daha çox hörmət görəcəyini sanır.
Üzüm
qabığını belə 1000 km məsafədən idarə olunaraq soyacaq əməliyyat
alətləri yoxlanılır Yaponiyada, biz əczaçılıq fakultəsini bitirən
tələbəyə kənddə bir aptek açdırırıq.
Bəlkə də hər şey sistemlə bağlıdır.
Bəlkə də doğru sistemlə çoxlu innovativ şirkətlər qurula bilər. Daha çox riyaziyyatçılar bəxş edilə bilər dünyaya.
"Teknoloji ne kadar güzel şey, değil mi?"
Statistika da elədir. Hər şeyi açıq şəkildə ekranda göstərə bilir.
Burcutmağa yerin qalmır. 👌
David and Goilath
Bundan əvvəl Malcolm əminin yuxarıdakı bir kitabı haqqında
danışmışdıq. Bu dəfəki kitabı isə şəxsi inkişafa yox, tamam başqa
məsələlərə köklənib.
Əvvəla
David və Goliath deyə bir yəhudi hekayəsi var. Nəhəng bir döyüşçünün
qabağına cılız bir oğlan çıxır və iki qoşun əvəzinə bu ikisi döyüşür və
Goliath ağlıyla döyüşü udur.
Yazıçı
bu əfsanədən yola çıxaraq önəmli mövzulara toxunur, fərqli sahələrdən
olan hadisələri danışır və bir sosial araşdırma edir.
Kitabın ana mövzusu istər individum, istərsə də hakim orqan olaraq problemlərə David tərzində yanaşa bilməkdi.
Goliath
uduzurdu, çünki gücünə çox arxayın idi, amma cüssəsi ona ağırlıq
edirdi. Müəllifin bir qədər də ana mesajı budu: sizə ağırlıq gətirən
şeylərdən də öz xeyrinizə istifadə edin, ya da bu ağırlıqlara rəğmən
alternativ yollar tapmağa çalışın.
Qələbənin sirri bundadır.
Kitab
disleksiya problemi olan, amma buna rəğmən uğur qazanan fərdlərlə
başlayır, ordan silsilə qətl hadisələrinə, İrlandiyadakı
protestan-katolik qarşıdurmasına və polisin reaksiyasına,
qaradərililərin, Martin Luther King fenomeninə, yəhudi qətliamına və. s.
kimi çox fərqli mövzulara toxunur və hadisələr içində bir qanunauyğunluq
axtarır.
Bu bir
sosioloji araşdırma kitabıdı. Ktabdakı faktlar nə qədər doğrudu
bilmirəm, amma yazıçı nələri necə danışacağını çox yaxşı bilir.
Amma
bu fəlsəfə mənə yadd deyildi. İntelektual qisim bu kitabları oxuyanda
biz də Star Wars izləyib/oxuyub Grandadmiral Thrawn'dan öyrənirdik. 😇
"Düşməni
məğlub etməyin yolu onun sənət və kültürünü öyrənməkdən keçir, çünki
bir xalqın/fərdin incəsənətini anlayırsansa, onun düşünmə şəklini də
anlayırsan". Sun Tzı babanın da yanaşmasına bir qədər yaxındı bu ideya.
Gladwell
də eynilə, rasizm, antisemitizm, silsilə qətillər, individual
xəstəliklər kimi bir birindən uzaq olan problemlərdən misal çəkir və
sizi inandırmağa çalışır.
Amma bir az çox çalışır.
Kitab o qədər çox şey danışır ki, bəzən inandırıcılığını itirir. Bir oxucunun Goodreads'da dediyi fikir çox doğru ifadə idi:
Nə vaxt ki inandırıcılığını itirir, onda provokativ, yəni təhrikedici olmağa başlayır.
Ki
bu da sadə oxucu üçün pis şey deyil, nəticədə sizi yanlış bir şeyə
dəvət etmir. Pedoqoji tərəfdən doğrudu mu.. mm, inanmıram. Çünki kimsə
müəllifin danışdığı hekayədə tutarsızlıq tapsa, onda təklif etdiyi
qanunauyğunluq da mötəbərliyini itirər.
Əlqərəz, oxuyun. Çox yaxşı kitabdı.
Comments
Post a Comment