İki gündü ki, ağrı və qızdırma düşünməyə belə imkan vermirdi.
Bu gün, nəhayət, yenə işdəyəm. son 3 gündə qızdırmalı, ağrılı halda yataqdaydım və Dilbər məndən çox yatdı. Başımın dibindən çəkilməyib, arabir tualetə gedib, yemək yeyib, dərhal da yanıma qayıdıb.
Martda Bakıya gedəndə bu ikisini neyləyəcəm bilmirəm. Yad yanına qoymaq bir dərd, qoymamaq başqa dərd.
Düz-əməlli nəsə oxuya bilməmişəm. Xəstəhal Salli Runidən "Ey gözəl dünya, haradasa?" dinləmişəm sadəcə. Amma baş personajların qızdırması mənim xəstəlik qızdırmamdan daha çoxdu, hər abzasda sevişirlər.
Saat 00:00-da işdən çıxacam, yuxu güc gəlməsə, yeni videonun səsləndirməsini etməliyəm, ilk nəşrimiz "Miss Brodinin ömrünün baharı" haqqında özümə çox xoş gələn bir yazı yazmışam, səsləndir mə alınsa.. pəəh!
Günün tək pis xəbəri artıq tərcüməsinə başladığımız əsərin başqa nəşriyyat tərəfindən artıq çapa hazırlandığını öyrənmək oldu.. Planlar yerləyeksan.
Comments
Post a Comment