Bu gün doğum günümdü.
27 il tamamlandı. son 10 ildə hər doğum günümdə özümə arzuladıqlarımı təkrarən arzuladım. Eyni arzular üçün gələn il, 28 yaşımı bir də gözləyəcəm.
Çevrəm daralır. İllər əvvəl doğum günlərim daha sıx keçərdi. Yada salan, yazan, axtaran çox idi. Bir nöqtədə bəzilərindən mən uzaqlaşdım, bəziləri məndən uzaqlaşdı.
Az adamla qalmışam və çox az səmimiyyət hiss edirəm.
Evdən çox uzaqdayam.
Çox çalışdım, amma bu günkü növbəni heç kimlə dəyişə bilmədim. Hazırda işdəyəm, bir az əvvəl tam da bu gün doğulan 20 yaşlı bir qız gəldi xəstə kimi. Bir-birimizə baxdıq güldük. O, doöum günündə xəstə olmaq, mənsə həkim olmaq məcburiyyətindəyəm.
Darıxıram. Bu günlər çox darıxıram.
Comments
Post a Comment