Skip to main content

2 Yanvar, 2023.

Yenə işdəyəm. 

Səhər yuxudan ayılanda Dilbər(pişiyimizin adıdı)qolumun üstünə uzanmışdı. Keçən il necə başladı bilmirəm, amma gecələr yatmamışdan öncə videolar izləməyə başladım. Əlimdən telefonu onsuz da az düşürürəm, amma bu başqaydı, yatmamışdan qabaq marağımı çəkə biləcək nəsə tapırdım, videonu qoşub telefnun ekranını bağlayırdım və o səsin müşayiəti ilə yatırdım.

Eynisini musiqiylə etməyə çalışdım. Alınmadı. Proqramlar yüklədim telefona, meşə səsi, ocaq səsi, yağış, külək, sahil, dalğalar, quş cəhcəhəsi. Bəzi proqramlarda kominasiya da etmək mümkün idi, yağış yağanda yanan odun çırtıldısı, pəəh. 

Yata bilmədim. Beynim informasiya istəyirdi, qoyunları saymaq kimi idi, amma hər gecə fərqli proses. Kimsə nəsə danışdıqca beynim rahatlayırdı, yuxu daha asan görünürdü. 

Son bir neçə gündü ki eynisi edə bilmirəm. Dilbər yatağa uzanan kimi dırmaşır yanıma, əvvəl burnunu burnuma dirəyir, qoxlayır, sürtünür, vurnuxur. Kürəyiüstə çox qala bilmirəm, yuxulamaq üçün həm də sinəsiüstə uzanmalıyam, tələbə vaxtı balışı sinəm üstə qoyub qucaqlayardım hətta kürəyiüstə uzanmırdımsa. Məcbur yataqda çevrilirəm, ağzıüstə uzanıram və Dilbər gəlir, telefonu tutan əlimin üstünə qoyur başını, rahatlıq tapmır, telefonu itələyir, bütün bədəniylə qolumun üstünə uzanır. Yuxuya gedənə qədər göz-gözə baxırıq. bir neçə dəfə gecə yarısı ayılmışam, ya qalxıb gedimiş olur, ya da qolumdan aralıda büzüşüb yatır. Amma səhər ayılanda yenə necəsə qolumun üstünə dırmaşmağı bacarır. 

Dilbərin mənə olan düşkünlüyü ilə çox öyünürəm, keçən günlərin birində Aysel(həyat yoldaşım) bir məqalə yollamışdı, pişiklər enerjisində əskiklik olan şəxsi hiss edib ona tərəf gedirlər və o əskikliyi doldurmağa çalışırmışlar, işləri bitəndən sonra da gəldikləri kimi gedirmişlər. "Bax, enerjin əskik imiş, sevgi məsələsi deyilmiş" - deyib acıq çıxırdı. 

Bu səhər ayılanda Dilbər yenə qolum üstəydi, gözləri yarıaçıq, mənə dikilmiş. Bəlkə də haqlıdı Aysel. Dilbər yuxu deliriumumu müalicə etməyə çalışır. Alınır da. Bu gecəni nəyəsə qulaq asmadan yatmağı bacarmışam. 

İşdəyəm, 10-a yaxın xəstəni yola salmışam artıq. Daha birinə baş çəkməliyəm bir azdan. 

Dilbər mən gəlməmiş yatar, görəsən?

Ata olmaq istəyirəm.

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...