Gecə növbəsindəyəm.
Saat 10-un yarsından səhər 9-un yarsına qədər növbədə qalmalıyam. Sonuncu dəfə çəkdiyim yuxusuzluqdan sonra ağzım yanıb, günorta başımı qoydum 3 saat yatdım. Nə yuxu gördüyüm xatırlamıram.
Keçən gün kitabxanamdan 21 kitab seçmişəm, spesifik olaraq 21 kitab seçməyin bir səbəbi yox idi, niyə 21-ə çatanda dayandım bilmirəm, 3 gündü ki, hansıyla başlayacağımı da bilmirəm. Ümumiyyətlə, başlamaqla bağlı problemim var.
Başlayandan sonra da bitirməklə problemim var.
Ayseldən xahiş elədim ki, sürətlə kitabları gözdən keçirib birini seçsin mənim üçün.
Dördüncü kitaba çatmamışdı ki, "Fang ailəsi" kitabını qoydu ovcuma, kitab haqqında heç nə xatırlamıram. tam olaraq niyə aldığımı bilmirəm, amma işə gəlməmişdən qabaq 35 səhifə oxudum, metod aktyorluğu edən ata-ananın iki övladından bəhs edir, ara səhnələrdə uşaqların ailəsi ilə birgə ictimai yerlərdə çıxardığı oyunlar təsvir olunur, sonra gələcəyə gedib uşaqların böyümüş hallarının cəmiyyətdə necə "cəbəlləşdiyini" təsvir edir, maraqlıdı, Kevin Wilson-dur müəllifin adı.
Bəlkə bu gün Martda Bakıya gəlmək üçün bilet aldım.
Keçmiş dostluqlarım üçün darıxıram.
Comments
Post a Comment