Yenə saat 12-ə qədər yata bildim.
Şəngülün cırmağıyla ayılmışam.
Saatın axşama qədər necə keçdiyini xatırlamıram, ümumiyyətlə. Ürəyimiz sıxıldı, yemək üçün bayıra getdik, bu gün ilk dəfə pişikləri maşında oturtmuşuq, paşa-paşa oturdular arxada, qayıdanda da öndəydilər, bir ara Şəngül üstümə çıxmağa çalışdı sürdüyüm vaxt.
O qədər evdə qalıblar ki, bayırda olmaq bir az yüngülcə stress yaratdı əvvəldə, amma sonra özlərinə gəldilər.
Könülüm fərahladan azsaylı şeylərdəndilər ikisi də, verdiyimiz ən doğru qərarlardandılar. Dilbər bu dəqiqə klaviaturanın üstünə çıxmağa çalışır.
Arada zarafatla deyirik Aysellə bir-birimizə, - elə bil özüm doğmuşam bu pişikləri.
Gecə növbədə səhərə qədər demək olar ki, xəstə gəlmədi, amma sübh çağı eyni vaxtda 7 nəfər. Yenə 98 yaşlı qadın, yenə dünənki RSV virusu. Qocalmaq da bir şey deyil.
Bu gün Zaur Pənahov("Qaranlıq Günəş" kitab seriyasının müəllifi) 9 il əvvəlki şəklimizi atmışdı, kitabın təqdimat günü. O qədər xatirə yada düşdü ki.. Ən yaxın dostumla tanış olduğum gündü həm də. Özümə baxdım, köks ötürdüm, 9 ildə o qədər şey olub ki.. Kaş hamsını rahatca, kodlamadan, gizlətmədən yaza biləydim..
Bakı üçün darıxıram.

Comments
Post a Comment