Skip to main content

7 Yanvar, 2023.

Səhər işə gecikmişəm. 

Dünən hardasa ilyarım sonra ilk dəfə oğlanlar məclisində olmuşam. Əslində bir az düşünürəm, bu keçən il martdakı Bakı səfərimizdən sonra fərqli insanlarla olan ilk toplanışım idi. 

2022 çox yalnız il idi. 

Dedik, güldük, dağılışdıq və evə vəhşi diş ağrısı ilə qayıtdım. Bilmirəm, zehnimin yeniliyə olan üsyanı idi, ya, həqiqətən, diş ağrısı idi, amma heç öyrəşmədiyim ağrı idi. Əslində indi də ağrıyır, amma dünənkinə nəzərən indi daha aydın düşünə bilirəm, həm də düşünmək məcburiyyətindəyəm, çünki işdəyəm. 

Uşaqlıqdan dişlərlə bağlı problemlərim var, ağrıya öyrəşiyəm, amma bu ağrının xarakteri başqa cürdü: yeriyən ağrıdı. Üst, sol çənəmdə yeriyən ağrı var, dairələr cızır, hərəkət edir, dişlərin də üzərindədi, ona görə, tam olaraq sdiş ağrısı adlandıra bilmirəm. Bir neçə dəqiqə davam edir, elə bil sahildə dalğalardı, bəzi dalğalar hündürdü, dişlərimə çırpıldıqca ağrı ətrafa sıçrayır, bəzilərisə kiçikdi, ciddiyə alınmadan geri çəkilir. 

Gecə yuxuya getmək çətin idi, o yüngül dalğalara tuş gələn bir neçə qısa dəqiqə ərzində yuxuya getməliydim, beləcə çox gec yuxuya gedə bildim və işə gecikdim. 

Dünən ilin ilk kitabını bitirdim. Ailə, uşaqlıq travmaları və kimlik axtarışı barədəydi. 

Kitabda dərin bir şey yox idi, ssenari çox da təəccübləndirən cinsdən deyildi, personajlar və təhkiyə fəlsəfi deyildi, estetik mətn də yox idi, tipik amerikan ədəbiyyatı.

Qısqandım. 

Həyatda ən çox maraq göstərdiyim məsələ ədəbiyyatdı, ən çox zövq aldığım məşğuliyyət uydurmaqdı, özümdə istedad gördüyüm şey də yazmaqdı. 

Amma 10 il olacaq ki, bu dediklərimi sayaraq yazmamağa davam edirəm. Niyəsini özüm də bilmirəm, tez nəticə əldə etmək istəyindədi bəlkə də. Yerindəcə effekt almaq istəyirəm. 

Bəlkə də sandığım qədər səbirli adam deyiləm. 

Ağrı dalğası gəlir yenə. 

 

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...