Mənim çox çox hörmət etdiyim, hər söhbətimizdə Şəxsiyyətindən nəsə öyrəndiyim Rüfət Müəllimimin əvvəlki P.S. Mən Səni Sevirəm əsəri haqda olan blogumda başlıq olaraq yazdığım "gözlərimdən yaş çıxardı" cümləsinə özünə məxsus fikirləri var. Çox bəyəndim və istədim bu fikirləri ayrıca blog kimi paylaşım..) Rüfət Müəllim rus dilindən daha çox istifadə etdiyi üçün yazıda da bu hiss olunur. Cümlələrdə dəyişiklik aparmadım, çünki bu dəyərli yazını korlamaq günah olardı olduğu kimi daha zəngindi. Təşəkkürlər Rüfət Müəllim.
Maraqlıdır, bəyəm meyar "gözlərin göz yaşı ilə dolub dolmamasıdır" idi?...))) Mən "yazı" əsərlərini ən əvvəl müəllifin "monoloqu" kimi dərk edirəm... Yazı əsər – onun, elə bil öz təcrübəsi, dəyərləri, düşüncələri, baxışları ilə bölüşməsin bir vasitəsidir... Əgər mənim "maraq dairəmə" düşürsə, oxucu kimi başlayıram əsəri oxumağa və bu monoloq çevrilir ikimizin arasında "dialoquna"... Mən oxuduqca, lakin düşünmədən, başlayıram öz təcrübəm ilə müqaisəyə; təcrübəm olmasa, onda özümü təklif olunan vəziyyətlərə, obrazlara uyğunlaşdırıram, yaşamağa...düşünməyə...dərk etməyə ... başlayıram… Elə bil əsər həyatımın bir “parçası olur… Əgər daxilimə uyğun deyilsə onda ilkin səhifələrdən əsərdən uzaqlaşacam... əgər i əsəri axıra qədər oxuyuramsa,.. deməli məzmunu yaşayıram ... Bu halda düşüncələrlə yanaşı dərketməm də yetişəcək...
Əslində “yazı” əsərlər Həyatın nümunələridir .. - imkan verirlər ki, ya yaşadığımız təcrübəni araşdıraq, dərk edək; ya da gələcəkdə hər hansı oxşar vəziyyətlə “rastlaşanda” seçimimizi etməyə “hazır” olaq ... Düşünürəm müəllif məqsəd qoymamışdır ki, oxucu "göz yaşlarını tökdürsün" və dəyəri həmin "suyun" həcmiylə ölçsün...))) Görünür onu "narahat" edən "məhəbbət, sevgi"dir - həm dəyər, həm "vəziyyət", həm " hal\əhvalı " kimi... "Maddi" həyatda bir insan da tapılmaz ki, bu hislərdən, bu hal\əhvaldan, bu dəyərdən kənar qalsın?!.. seçim qarşısında durmasın?!.. Çox vaxtlar bu dəyərin qarşısında çoxsu "aciz", “hazırlıqsız” vəziyyətdə qalır... Bu hiss, "tələb", "qüvvə" … ayrı-ayrı planetlərdən gələn ancaq iki nəfərin arasında hər birində ayrılıqda "oyanır" (“doğulur”)... Oynanda bu qüvvə ya birləşdirir,, ya iksindən birini, ya da hər ikisini “məhv” edir … Nədən bu aslıdır, kimdən bu seçim aslıdır?... Düşünürəm əsərlə müəllif araşdırmaq istəyir "məhəbbət, sevgi" hissində, “hal\əhvalında” bünövrədə (kökündə) nə baş verməlidir, nə durmalıdır ki, iki nəfərdən hər hansının “özünə tabe etmə istəyi”, ya “qarşılıqlı paylaşması”, ya da “verməsi(“özünü həsr etmək” kimi) seçim baş versin… Bu seçim nəyin naminə baş tutmalıdır?! (sadə təbii tələb, ehtiyacı qoyaq kənara – bu hal “canlı, heyvan aləminə aiddir, insan fərqlidir…) - "Yaşatdırmaq" üçün?!.."Ucaltmaq üçün"?!.. "Qidalanmaq" üçün?!.. Bu seçim nədən aslıdır?! Nəyə görə baş verir?..
Maraqlandım, oxudum, düşündüm…dözmədim, "girişdim", bölüşdüm... ))) Yazdıqlarımı ancaq və sadəcə düşünmələrim kimi qəbul edin...
“Məhəbbət, sevgi” hal\əhvalı o dəyərdir ki, onun qiymətini, gözəlliyi, tələbatını dərk edənə qədər, ona qarşı açıq üzlə, üz bə üz dayanana qədər insan deyə bilər "mən yaşayıram", "mən diriyəm, mən canlıyam"...)))
Comments
Post a Comment