Skip to main content

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz.

Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim..


Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ömrümüzə, bunun ağırlığı altında əzilib məhv olarıq. Bu mənim ölümdən qorxumun tək səbəbidi. Mən yaşamaq yox, əzizlərimlə yaşamaq istəyirəm. Onların həqiqətən əzizim olduqlarını bilmələrini istəyərək yaşamalarını istəyirəm.

Bəzən uzun məqalələr yazıram " hiddətlənin, özünüzü dəyişin" filan deyə. Amma hər Sizlərə ünvanladığım kəlməm özümə demək istədiklərimdi. Buna görə də ilk əvvəl öz həyatımı dəyişməliyəm. Öz dediyimə özüm riayərt etməliyəm ilk öncə..

Uzun sözün qısası)) "təşəkkür etmək" Erich Fromm demişkən " müəyyən mənada sevdiklərinə özündən bir şeylər bəxş etmək, qarşılığını biznes kimi istəmədən bəxş etməkdir". Və məncə həyatımdakı hər insan sonsuz təşəkkürə layiqdi..




  • İlk və Ən əsası Uca Rəbbimə təşəkkür edirəm. Məni ən vacibi var etdiyi və bu möhtəşəm İNSANLIQ ilə tanış olma xoşbəxtliyinə yetirdiyi üçün.
  • Anama Təşəkkür edirəm. Şəxsiyyətimin hər parçasının təməl daşlarını atmağımda əvəzsiz yardımı və ,sözsüz ki, qarşılığını ummadan bəxş etdiyi sevgisi, qayğısı üçün. Amma ən vacibi var olduğu üçün.
  • Atama təşəkür edirəm. zəngin təcrübəmin ilk örnəkləri valideynlərim olub. Və atamın burda əvəzsiz rolu var. Bir insan kimi formalaşmamda Onlardan qazandıqlarımın qiyməti heç nəyə sığmaz. 
  • Bacılarıma təşəkkür edirəm. Üçü də bir - birindən dəyərli və vacibdi mənə. Hər birini ayrı ifadə etmək çoxlu sətir istər. Amma istər anlayışlı, istərsə də Anlayışsız hər anlarını mənlə bölüşdükləri üçün təşəkkürlər.
  • Yaxın, uzaq bütün qohumlar) hər birinizə təşəkkürlər. Mənfi ya müsbət fərq etməz. Öyrəndiklərim üçün sizlərə təşəkkürlər.
  • BİLLİS. Mənə iki il ərzində unudulmaz, heç vaxt silinməyəcək xoş xatirələrlə dolu anlar bəxş etdiyi üçün məzunu olduğum MÜBARİZ İBRAHİMOV ADINA BİLƏSUVAR LİSEYİ - nin ən azı hər gün bircə salam verib, salam aldığım hər üzvü. Təşəkkürlər sizə. SAYsız xoş anlarımın unudulmaz səhifəsini yazmısınız.
  • ANAR MƏMMƏDOV -a təşəkkürlər) Tanıdığım ən dəyişik, ən cəsur, eyni vaxtda qorxularından qaçan(mənim düşüncəmə görə) yeganə insansınız. Şəxsiyyət olaraq, sizi tanımaq mənim üçün çox xoş oldu. Sizdən öyrəndiklərim çox şey oldu. Çox çox şey)
  • Rüfət Əliyev-ə təşəkkürlər) Özünü tapdığını demişdi bir dəfə bizə) Niyə var olduğunu nəhayət ki başa düşdüyünü) öyrətdiyiniz Hər ŞEy üçün Sizə Sonsuz Təşəkkürlər)
  • BİLLİSdəki müəllimlərim) hər birinizə iradlarınız, təqdirləriniz, ümumən hər cümləniz və ən vacibi mənim kimi adi şagird şagird kimi yox, şəxsiyyət kimi yanaşdığınız üçün təşəkkürlər) aranızda ömrüm boyu xatırlayacağım və "O mənim müəllimim olub" deyə fəxrlə xatırlayacağım insanlar var.
  • Amma BİLLİSin bir müəlliməsi var ki, mənə digərlərindən daha başqa və daha fərqli münasibət göstərib) Elnurə Abbasova. Həqiqətən sizi tanımağım möhtəşəm bir şeydi. özümü yaşıdlarımda deyil də, Sizdə tapmağım mənim ən xoş anım oldu bəlkə də BİLLİSdə. Hər ziyarətimdə saatlarla məni dinlədiyiniz üçün sonsuz təşəkkürlər)
  • Və əlbəttə ki, Mənim sinif yoldaşlarım) 23lüyümüz. Hər birinizlə ayrı münasibətim oldu) Hər bitinizlə ayrı xatirələrim oldu. Və sağlıq olsa, hansılarınızla uzun illər bir qalacam bilmirəm. Amma pis, ya yaxşı hər anımız üçün Sizə təşəkkürlər.
  • Rüfət Əsədzadə. Unudulmaz dostum və qardaşımsan mənim) Sadiqliyin üçün çox sağ ol qardaşım. İnan bundan ötəsi yoxdu mənə)
  • Liseydə həqiqətən mənim üçün çox önəm daşıyan insanlar olub. Bəziləri haqqında həyatmda ilk dəfə olaraq, yanılmışam, bəziləri haqqında yanılmamağa çalışmışam. Adını çəkmək istəmədiyim bir  şəxs var) O günlərin ən ağır çağlarında, qəmgin ya xoş anlarımda, həm də öz xoş anlarına məni ortaq etdiyi üçün təşəkkürlər. Sonsuz təşəkkürlər. Etimad, inamın üçün təşəkkürlər. 2 illik də olsa, bütün əvvəlki həyatımdan daha fərqli günlər yaşadım liseyin hər köşəsində) TƏŞƏKKÜRLƏR !Sizdən öyrəndiyimi heç kim öyrədə bilməz.
  • Və əlbəttə ki, Rayonun hər dedi qoducu, xoş söz söyləyən insanları. Sizdən öyrəndklərim daha çoxdu)) Təşəkkürlər)
  • Universitet. Universitetdə ən çox yaddaşıma həkk olunan Dilbər Müəllimə) Həqiqətən möhtəşəm insansınız) Sizə təşəkkürlər)
  • Digər müəllimlər, çəkdirdikləriniz üçün təşəkürlər)))
  • Qrup yoldaşlarım, sizə təşəkkürlər. Hər bir keçən günümüz üçün)
  • ATU DEBAT KLUBU. Məni çox çox xoşbəxtlik qazandıran anlarım var bu klubda. debat fəlsəfəsini öyrətdiyi üçün Toğrul, Yusif, Mehinbanu, Gültac, Aysellər və.s. Orda əsəbləşdirən insanlar) Məni xoşbəxxtliyə aparan vacibatlar) HAMINIZA TƏŞƏKKÜRLƏR.
  • Başqa universitetlərdəki debatçı tanışlar. Zəngin debat təcrübəsi üçün təşəkkürlər)
  • Facebok vasitəsilə tanıdıqlarım. mənlə paylaşdıqlarınız, bəzənsə səbrlə məni dinlədiyiniz üçün təşəkkürlər)
  • Yazar dostlarım. Köməklikləriniz üçün təşəkürlər. Fərid Hüseynli, Zaur Pənahov, Tural Əzimzadə, Sevinc və başqaları. Hər birinizə xoş söhbətləriniz üçün təşəkkürlər. Amma Fərd, dost, Xüsusən Sənə təşəkkürlər) Sənlə Söhbətlər həqiqətən xoşdu mənə)
  • Adını birbaşa demək istəmədiyim bir neçə insan var ki, onlardan biri. Cismiyyətinizi tanımadan öncə şəxsiyyətinizi xəyal etmişəm və Sizi tanımaq bir möhtəşəmlik hekayəsi oldu mənə. O hekayəni sona qədər yazacam, düşünəcəm və bacardıqca anlatacam) Məni anladığınız üçün TƏŞƏKKÜR EDİRƏM)
  • Aydan Əliyeva və Rasimə Əhmədova. Biriniz BİLLİSimdən Biriniz ATUdan mənim ən vacib tanışlarımdan, dostlarımdan və həyat hekayəmin baş rolunun iştirakçılarından sınız. Şıltaqlıqlarınıza, ciddiyyət belə olmasa qəlbimi qırışlarınıza və bu kimi başqa xüusiyyətiniz olsa belə, MƏNİ ÖZÜNÜZƏ ƏN YAXIN DOST BİLDİYİNİZ ÜÇÜN T Ə Ş Ə K K Ü R L Ə R!
  • Universitetdə yaxından uzaqdan tanıdıqlarım. Xoş söhbətləriniz üçün təşəkkürlər)
  • Hal - hazırda ATU yataqxanasında qalıram və burda çox gözəl insanlar tanımışam) Bunları yazarkən biri yanımda oturub) Günümün çox hissəsi sizinlə keçir, Hörmətiniz və xoş söhbətiniz üçün təşəkkürlər)
  • Mən mükəmməl biri deyiləm. Çoxlu səhvlərim olub bu günə qədər. Qəlbini qırdığım, hal - hazırda münasibətimizdən buzlar sallanan bir neçə insan var. Sizə yaşatdıqlarım üçün Bağışlayın məni. günlər ömrümdən silindikcə Sizə olan təşəkkür borcum çox artır. Hər birinizin xoş sözləri və söhbətləri üçün darıxdığımı bilin. Ən vacibi söhbətdəndə, özünüz üçün darıxıram, təşəkkürlər Sizə.
  • Adını yazmadığım, bəlkə də unutduqlarım. Uzaqlarda mənə ruh əkizi deyən bir insan, Mənə dəyər verən insan və insanlar, mənə nifrət edən, mənə qıcıq olan insan və insanlar toplusu. Hər birinizə təşəkkürlər. İnsanları tanıyıb, pyrənə bilməmdə sonsuz rolunuz var. TƏŞƏKKÜRLƏR.
  • Bilmirəm özümə təşəkkür düşür ya yox, amma Sizi tanıyıb dəyərləndirəcək qədər və bu kəlmələri bu qədər açıq şəkildə deyə bildiyim üçün özümə təşəkkürlər.
Dostlar, tanışlar, sevdiyim kəslər. Sevgi bir insana yönəlsə, bu eqoizmdi, buna əmin olun. Eqiozmə həyatımda yer vermirəm buna görə. Hər birinizi sevirəm və istədiklərimi versəniz də, verməsəniz də, qarşılığını gözləmədən Sizlərə özümdən bitib tükənənə kimi nələrisə verəcəm Sizlərə.. 

Bu blog da yazdıqlarım vaxt itkisi kimi görünə bilər sizə. Amma mən dünyada nələrisə dəyişmək, ən azından özümü dəyişmək üçün cəhd göstərirəm. Sizlər olmadan həyatım monotondu. Amma sizlərin dəyəri və varlığı ilə haqqınızda yazılanlar kimi rəngarəng bir həyata sahib oluram. Bütün qəlbimlə SİZLƏRƏ TƏŞƏKKÜR EDİRƏM.


HƏR ZAMAN XATİRƏLƏRİNİZDƏ AZ DA OLSA, YER TUTMAQ ARZUSUYLA..

Comments

  1. Sizi tanımıram, amma çox gözəl yazıdı. Təbriklər və Təşəkkürlər :)

    ReplyDelete
  2. Daha önce lesede çık başarılı olduğunu duymuşdum ama bu yeteneyine- sendeki bu felsefeyi hiç duymamışdımmmm....

    ReplyDelete
  3. Liseydə uğurlu olduğumu eşidən kimdi? :)

    ReplyDelete
  4. Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Niyə kitab oxuyuruq?

Niyə kitab oxuyuruq? Hər kəsin bir özünü ifadə biçimi var. Birisi yazı ilə, birisi hekayə ilə, birisi musiqi ilə, birisi səssizlik ilə. Amma bütün bunların toplandığı tək ortaq nöqtə var: İnsanın özünü ifadə etdiyi nöqtə.   Yazarlar, bəstəkarlar, musiqiçilər, rəssamlar və.s yaratdığı əsərlərlə düşüncələrindəki nizamsızlığa bir nizam verməyə çalışır. Yazdığın hekayələrlə bir növ içində toplanıb qalan o qarmaşıqlığa bir ad vermiş olursan. Necə ki sevdiyin insana sevgini açıqlamaqla buna bir ad vermiş olur. Çünki öz daxilində olan sevgi qarşılığını ya da ünvanını tapdıqda xoşbəxtliyə qovuşursan. Səbəb bunun artıq bir adı olmasıdır. Yazmaq da bu cürdür.  Və bütün bu yaradanlar cəbhəsinin önündə bir də yaradılanla tanış olub onu  mənimsəyənlər var. Bəhs etmək istədiyim tam olaraq, oxuyanlardı. Ətrafdakı kitab əlinə alıb oxumaq istəyənlər axı niyə oxuyur? və insanlar niyə oxumalıdır? Kitab oxuyucusu ilə zövqünü musiqidə, rəsm əsərində və.s tətmin edənlər arasında nə fərq var?

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarında ço