Çox çox illər,
min illiklər əvvəl. İnsanların və onların məhəbbətinin hələ mövcud olmadığı bir dövr vardı. Kainat sonsuz böyük
idi. Kainatın ucsuz bucaqsız genişliyində mövcud olan dünya. Bir Ulduz. Və Hələ
insanlar yoxkən yaranmış, sonralar insanlara yoluxmuş xəstəliyin banisi. Sevgi
üçbucağının son halqası. Öz parıltısında bihuşedici gözəllik daşıyan Ay. O Ay
ki, Dünyanın ətrafında daim dövr edən amma ulduzun zəif parıltısını görə bilməyən…
-
Ay…
deyə pıçıldadı ulduz..,- qəlbimdə sənə bəslədiyim məhəbbəti heç bilmədin. Hiss
etsən də, görməzlikdən getdin.. Sənə qəzəbləndim. Məni hiss edəsən deyə daha
çox parlamağa çalışıram. Amma sən hər görünüşdə bütün iradəmi alırsan. Bütün
gücümü sərf etsəm də sənə qarşı gələ bilmirəm ki heç.. Sən necə bir məlhəmsən
ki, bütün dərdlərimin, ağrılarımın həm tək çarəsi, həm də tək baiskarısan..
Hiss et məni.. Sevmə.. ama hiss et.. Hər parlağlığınla öyünüb keçəndə bir ətrafına
bax.. ya da hara istəsən bax.. Mən zatən
sən baxan yerdə peyda olaram.. Ey mənim ən təmiz hislərimin sahibi.. Sənin üçün
var olaram ancaq mən..
Ulduz parlaqdı. Amma o qədər aciz görürdü ki
özünü...
Ay bütün ömrünü özündən razı Dünya ətrafında dönməyə
həsr etməkdə qərarlıydı.. Ulduzun yalvarışını eşitdi amma .. Gec idi artıq...
Dünya nın üzərini bulud aldı. Elə bir ildırım çaxdı ki, Səsindən ulduz belə öz
dərin hislərində ayrıldı. Nə oldu deyə ətrafına baxdı... Və gördü ki...
Və birdən... Ayın parlaq “düşüncəsi” bir qərar
alır..
Ulduz bu mənzərədən baş açmır. Amma heç gözləmədiyi
anda... Ay Ulduza yaxınlaşır.. -Sən-, deyir..- Mənə kömək edir balaca parlaq
şey.
Ulduz yalnız indi fərqində olur ki, Böyük parlaq Ay
onun adını belə bilmir.. Nitqi quruyur.. Gözlərindən həzin damlalar axır.. –
Əmr et-, deyir...
-
Dünya kor olub. Buludlar ona işıq verməyimi istəmir..
Kömək et.. ora en.
Ulduz yalnız indi anlayır. Bütün kainatı tuta bilecək
bir məhəbbət bəslədiyi Ay ondan özünü qurban verməsini istəyirdi.. Aya son dəfə
baxır. – Heç anlamadın, düzdü?...
Sürətlə buludlara yaxınlaşır. Son kəs çevrilib Ayın
necə gözəl olduğuna baxır və....
Dünya üzərinə enib onu qismən bütün məhəbbətindən
güc alıb işıqlandırır...
Artıq Ay yoxdu.. Bəs mən nəyə varam axı.. onu görə
bilmirəm. Hər gün güc aldığım tək Məhəbbətim.. Səndən başqa mənə güc verəcək nə
var axı... Sənə görə edə biləcəyim tək işi görə bilərəm... Və sənin üçün də
burda – Yer üzərindəyəm... Bu buludlar çəkilib gedənə kimi burda olacam.. sonra yenə səni görəcəm...
Və bu an.. Ətrafda elə bir parlaqlıq yaranır ki , Həm
dünya , həm ulduz, Həm də bihuşedici Ay təəccübdən donub qalır... Ay Dünyasını
görəcək ümidi ilə, Ulduz isə Ayını...Dünya isə Gözləri yenə Kainata qovuşacaq
deyə sevinir.. Elə bir Parlaq işıq peyda olur ki... Buludlar dağılır. Və Ay öz
parıltısını göstərmək istəyəndə...
Günəşəm Mən dedi O... Ulduz üsyan etdi. Azalt parlaqlığını
Mən Ayımı görə bilmirəım. Get yalvarıram sənə
Yox Ulduz. Gedə bilmərəm. Mən burdayam. Burda
olmalıyam. Çünki belə olmalıdı. Hatifdən(qeybdən) bir səs eşitdim. Get dedi. Ulduzu tap.
Onun qəlbi o qədər böyük amma o qədər sıxıntılıdı ki, Sən yardım etməlisən ona. Get və onun qəlbinin
soyuqluğunu öz isti şüalarınla doldur... bu sənin qədərindi.
Ulduz səmaya qalxdı. Günəşdən əsrlər boyu qaçdı..
qaçdı.. qaçdı.. Amma Həyat sən planlar qurarkən başına gələnlərdir..
Hər yerdə isti, parlaq və qəlbin bütün yaralarını sağaldacaq
bir işıq şüası vardı...
İsti
və sağaldan...


He evveli DA VINCI wifresine oxwadi :-) Amma mohtewem alinib. O Ulduza da de, hec de Gunewden qacmaga caliwmasin.Gunew onu isitmeyi kafaya koymuw bir kere. Ulduz esrlerle qacsa ne yazar. Evveller Ay nece hara baxsa Ulduzu gorurduse de, indi Ulduz hara baxsa Gunesi gorecek. Cunki Gunew onun qederi. Qederden qacilmaz. Bu qeder. Heyati alt-ust oldu deye qorxmasin. Ne bilir heyatinin altinin ustunden daha xowbext olmayacagini?!
ReplyDeletevay vay Doctor. :) Bunu əla yazmısan gərək hekayəyə əlavə edəm :D
ReplyDeleteThis comment has been removed by the author.
DeleteGor neynirsen daa, Doctor Hamid ;-)
ReplyDelete:D gözüm üstə
ReplyDeleteHekayəyə əlavə etmək istədiyiniz başka hissələr olsa köməklik göstərə bilərəm məmnuniyyətlə :)
ReplyDeleteƏlavələr 2014ün sonlarında və irəlidəki uzun ömür boyu yazılacaq hekayələrdədi)
ReplyDelete