Skip to main content

Eşq axtarılmaz , Axtarar...



       Çox çox illər, min illiklər əvvəl. İnsanların və onların məhəbbətinin hələ mövcud  olmadığı bir dövr vardı. Kainat sonsuz böyük idi. Kainatın ucsuz bucaqsız  genişliyində  mövcud olan dünya. Bir Ulduz. Və Hələ insanlar yoxkən yaranmış, sonralar insanlara yoluxmuş xəstəliyin banisi. Sevgi üçbucağının son halqası. Öz parıltısında bihuşedici gözəllik daşıyan Ay. O Ay ki, Dünyanın ətrafında daim dövr edən amma ulduzun zəif parıltısını görə bilməyən…

-        
                       Ay… deyə pıçıldadı ulduz..,- qəlbimdə sənə bəslədiyim məhəbbəti heç bilmədin. Hiss etsən də, görməzlikdən getdin.. Sənə qəzəbləndim. Məni hiss edəsən deyə daha çox parlamağa çalışıram. Amma sən hər görünüşdə bütün iradəmi alırsan. Bütün gücümü sərf etsəm də sənə qarşı gələ bilmirəm ki heç.. Sən necə bir məlhəmsən ki, bütün dərdlərimin, ağrılarımın həm tək çarəsi, həm də tək baiskarısan.. Hiss et məni.. Sevmə.. ama hiss et.. Hər parlağlığınla öyünüb keçəndə bir ətrafına bax..  ya da hara istəsən bax.. Mən zatən sən baxan yerdə peyda olaram.. Ey mənim ən təmiz hislərimin sahibi.. Sənin üçün var olaram ancaq mən..

  
     Ulduz parlaqdı. Amma o qədər aciz görürdü ki özünü...


     Ay bütün ömrünü özündən razı Dünya ətrafında dönməyə həsr etməkdə qərarlıydı.. Ulduzun yalvarışını eşitdi amma .. Gec idi artıq... Dünya nın üzərini bulud aldı. Elə bir ildırım çaxdı ki, Səsindən ulduz belə öz dərin hislərində ayrıldı. Nə oldu deyə ətrafına baxdı... Və gördü ki...



    Dünya elə bir qara Tor içinə düşüb ki , Gözəl Kürənin bir nöqtəsi belə görünmür. Dünya hayqırır. Qaranlıqdan necə kor olduğunu hayqırır. Ay ətrafında dövr edib daha  çox parlıyır ki, öz məhəbbətinə yardım etsin. Amma bəs etmir bəs etmir bu. Yetərincə sevmir bəlkə də...


     Və birdən... Ayın parlaq “düşüncəsi” bir qərar alır..

Ulduz bu mənzərədən baş açmır. Amma heç gözləmədiyi anda... Ay Ulduza yaxınlaşır.. -Sən-, deyir..- Mənə kömək edir balaca parlaq şey.

Ulduz yalnız indi fərqində olur ki, Böyük parlaq Ay onun adını belə bilmir.. Nitqi quruyur.. Gözlərindən həzin damlalar axır.. – Əmr et-, deyir...

-          Dünya kor olub. Buludlar ona işıq verməyimi istəmir.. Kömək et.. ora en.


    Ulduz yalnız indi anlayır. Bütün kainatı tuta bilecək bir məhəbbət bəslədiyi Ay ondan özünü qurban verməsini istəyirdi.. Aya son dəfə baxır. – Heç anlamadın, düzdü?...

Sürətlə buludlara yaxınlaşır. Son kəs çevrilib Ayın necə gözəl olduğuna baxır və....


     Dünya üzərinə enib onu qismən bütün məhəbbətindən güc alıb işıqlandırır...

Artıq Ay yoxdu.. Bəs mən nəyə varam axı.. onu görə bilmirəm. Hər gün güc aldığım tək Məhəbbətim.. Səndən başqa mənə güc verəcək nə var axı... Sənə görə edə biləcəyim tək işi görə bilərəm... Və sənin üçün də burda – Yer üzərindəyəm... Bu buludlar çəkilib gedənə kimi  burda olacam.. sonra yenə səni görəcəm...


    Və bu an.. Ətrafda elə bir parlaqlıq yaranır ki , Həm dünya , həm ulduz, Həm də bihuşedici Ay təəccübdən donub qalır... Ay Dünyasını görəcək ümidi ilə, Ulduz isə Ayını...Dünya isə Gözləri yenə Kainata qovuşacaq deyə sevinir.. Elə bir Parlaq işıq peyda olur ki... Buludlar dağılır. Və Ay öz parıltısını göstərmək istəyəndə...



    O .. Ulduz təəccüb içində Ayı axtarır.. Hardasan axı mənim  Hər parçası çarəm olan Gözəl Ayım... Amma o görünmür. Bu elə bir parıltıdır ki, Ayı görünməz edir..

Günəşəm Mən dedi O... Ulduz üsyan etdi. Azalt parlaqlığını Mən Ayımı görə bilmirəım. Get yalvarıram sənə

     
     Yox Ulduz. Gedə bilmərəm. Mən burdayam. Burda olmalıyam. Çünki belə olmalıdı. Hatifdən(qeybdən) bir səs eşitdim. Get dedi. Ulduzu tap. Onun qəlbi o qədər böyük amma o qədər sıxıntılıdı ki, Sən  yardım etməlisən ona. Get və onun qəlbinin soyuqluğunu öz isti şüalarınla doldur... bu sənin qədərindi.


Ulduz səmaya qalxdı. Günəşdən əsrlər boyu qaçdı.. qaçdı.. qaçdı.. Amma Həyat sən planlar qurarkən başına gələnlərdir..

Hər yerdə isti, parlaq və qəlbin bütün yaralarını sağaldacaq bir işıq şüası vardı...

                                                                       İsti və sağaldan...

Comments

  1. He evveli DA VINCI wifresine oxwadi :-) Amma mohtewem alinib. O Ulduza da de, hec de Gunewden qacmaga caliwmasin.Gunew onu isitmeyi kafaya koymuw bir kere. Ulduz esrlerle qacsa ne yazar. Evveller Ay nece hara baxsa Ulduzu gorurduse de, indi Ulduz hara baxsa Gunesi gorecek. Cunki Gunew onun qederi. Qederden qacilmaz. Bu qeder. Heyati alt-ust oldu deye qorxmasin. Ne bilir heyatinin altinin ustunden daha xowbext olmayacagini?!

    ReplyDelete
  2. vay vay Doctor. :) Bunu əla yazmısan gərək hekayəyə əlavə edəm :D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  3. Gor neynirsen daa, Doctor Hamid ;-)

    ReplyDelete
  4. Hekayəyə əlavə etmək istədiyiniz başka hissələr olsa köməklik göstərə bilərəm məmnuniyyətlə :)

    ReplyDelete
  5. Əlavələr 2014ün sonlarında və irəlidəki uzun ömür boyu yazılacaq hekayələrdədi)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...