Uzun və incə bir yol.. Bütün çətinliklərin,
törələrin, müharibələrin , oğul , ata, ana , övlad itkisinin verdiyi ağrıdan
daha ağır bir yol. Hara getdiyini bilmədiyin , ama tək istəyinin getmək
olduğunu düşündüyün yol.. Axrının nə olduğu, hardan gəlib, hara getdiyini bilmədiyim
bir yol...
Artıq
vacib deyil bu yola necə düşdüm.. Yoldayam artıq. Dostların, yol yoldaşının
olmadığı bir yoldayam. Bu yol nə yoludur belə? Harda başlayıb, harda bitdiyini
belə bilmədən Gedirəm bu yolu...
İçimdən
birdaş asılıb. Bu daşı daşımaq zorundamıyam? Bunu daşımağa məcburmuyam? Bilmirəm.
Həyatımı boşuna verdiyim gün yadımdaydı. Yorğun idim. Sanki bu günə kimi
yaşayıb yaşamadığımı bilmirdim. Otağıma keçdim. Divarda asılan bütün fəxri fərmanlara,
beynəlxalq sertifikatlara, diplomlara, uşaqlıq, gənclik və peşəkarlıq illərimin
uğurlarına baxdım. Mənasız , fəxrsiz, sanki hər birini qazanmaq üçün gecəni
gündüzə qatan, lazım olanda qonşu gündən də “borc” alan mən deyildim. Mənasını itirmiş və yorğun baxışlarla...
Bezdim bu saxtakar tablolardan.. Gəncliyimi çoxdan itirdiyim yadıma gəldi.
Kinayə ilə gülümsündüm. Dostlarıma yaxınlaşdım.. Pəncərənin bayır tərəfində
aramsız yağış yağırdı. Hər su damcısı aramsız
pəncərəni döyəcləyirdi. Külək şiddətlə məni, dünyamı, dostlarımı hədələyirdi.
Hətta buludlar da əksimə qalxmışdı. Təbiət varlığıma gücünü hədəsini
ildırımıyla,gurultusuyla, Vıyıltısiyla ürəyi dəlib keçən küləyilə göstərirdi.
Amma qorxmurdum. Dostlarım yanımdaydı. Qarşımdaydı. Rahatlamışdım azca. Onlara
tamaşa etmək, barmaqlarımı xəfifcə hər birinə toxundurmağa çalışırdım. Divar
boyunca yerləşmiş rəfləri dolduran
sehrli dünyam.. Kitablarım.. Ama çatışmayan, Məni bütün bu sehrli aləmin
varlığından ayıran, bütün ahəngi pozan nəsə vardı. Çatışmayan nəsə.. Rəflərdən
uzaqlaşdım. Uzaqdan izlədim onları. Anladım. Hansısa hissəm idi çatışmayan. Bir
kitab.. Adını, müəllifini, məğzini bilmədiyim bir kitab. Qəlbimlə görürdüm o
kitabı. Harda olduğunu bilirdim sanki. Bu kəşkəşanlı havaya baxmayaraq tərk
etdim evi.. Yağışın , çovğunun müşaiyəti ilə getdim Kitab dükanına tərəf xırda,
amma əmin addımlarla. Çatışmayanımı tapmaq ümidi ilə.
Satıcı
mat-məəttəl idi hərəkətlərimə. İçəri daxil olub sanki öz əlimlə qoymuş kimi
yaxınlaşdım rəflərdən birinə. Bir baxışla görmüşdüm “öz parçamı”.. Əlimə alıb xəfifcə
toxunuşla onu Hiss etdim.. Satıcı yaxınlaşıb mənə: “Gələcəyinizi demişdi. Bir
gün sizin kimi dükana daxil olub onu bu yerdə yerləşdirdi. ÜZündə yorğun və
solğun ifadə vardı. Sahibi bir gün gələcək. Tərəddüd etmədən onu tapacaq. Xahiş
edirəm doğru insan gəlməyənə kimi onu heç kimə verməyin..” Anladım onda bura gəlişimin
, o altıncı hissin təsadüf olmadığını. Deyəsən “ruh əkizim” məndən qabaq
olmuşdu burda...
Öz
otağımda hazırlaşıb böyük həyəcanla kitabı açdım.. Müəllifi bilinməyən təsirsiz
cümlələrdən ibarət bir kitab idi. Ümidimi itirdiyim anda kitabın 27ci səhifəsində
tapdım çatışmayanı. Altı xəfif amma düz olmayan bir şəkildə cızılmışdı
karandaşla.. “ Unutmaq istədiyini tap. Eşqindənmi qaçırsan? Qaçdığının nə
olduğunu xatırla. Qaça bilmədiyin həqiqətləri tap”
Başa
düşmüşdüm. Neçə illərdi sanki dünən olmuş kimi qaçdığım həqiqəti. Kimdən ya nədən
qaçırdım? Bütün bu şan-şöhrət nəyin gizləntisiydi? Bilmirdim. Ya da bilmək istəmirdim.
Qaçdım. Bəli. Qaçdım.
O gün
ordaca uşaqlığımdan ta ki, yetişkin bir insan
olduğumu anladığım günə qədər içimdə xüsusi bir özənlə gizlətdiyim hisləri
səsləndirmişdim. Onamı deyirdim yoxsa özümdən belə gizlətdiyim hisləri özümə
açıqlayırdım. Bilmirəm. Həmişəki çarəsiz baxışlarla ən incə şəkildə ifadə elədiyim
kəlmə.
Bilmirəm.. Bəs nəyi bilirəm mən? Deyəsən qaçmağı.
O
vaxt necə sevgimdən, eşqimdən qaçdımsa, illərlə bunu içimdə özümün də yaddaşa
salmayacağı şəkildə gizlətdim. Və bu gün
burdaca, illər sonra heç vaxt görmədiyim,
adını bilmədiyim bir insan içimdəki dünyanı ehtiva edən bu kitablar
arasında çatışmayanın nə olduğunu bilirmiş kimi bu cümləni mənə ötürür..
unutmaq istədiyimi tapmağımı istəyir..
Və
artıq bu yoldayam.. Başlanğıcı və sonu bilinməyən yol. Gözümü açdım. Və bu cümləni tapmamışdan əvvəl də bu
yolda olduğumu xatırladım. Sən demə burdaymışam.. amma oturmuşdum. O qədər
yorulmuşdum ki, çökmüşdüm. Ruhum çökmüşdü... yoldaydım. Amma irəliləmirdim.
Amma oyandım. Oyandırdı məni. İtmiş eşqimin ardıyca yollandım. .
Ən son eşqimin olduğu yerə getdim. Yolumun ilk
dayanacağı. İlk məkan.. Hər şeyin başladığı və bitdiyi məkan.. Amma buralar dəyişmişdi.
Nə mənim əbədi eşqimin nişanələri eyni
idi. Nə də eşqimin sahibi. Dünya dəyişmişdi. Dünyadakılar da. Bircə mən eyni
idim.. Dünyam bura deyildi.. Sadəcə bu..
Dünyamsa şəhzadəsiz qalmışdı. Tənha
Kral idim. Yaralı və yorğun kral..
Daha
da əzildim o an. əslində puç bir eşqin xəyalı ilə yaşadığımı anladım. Hiddətləndim.
Əsdim, Çoşdum. Amma fırtınadan sonra insanın sümüklərinə qədər işləyən sakitliyə
, narahatedici, üzücü, həyatda tənha yalquzaq olduğunu sənə hər saniyəsində
andıran sakitlik..
Eşqini
tap demişdi kitabda. Amma yoxdu o. Başqasının olanı necə tapım indi?...
Bəlkə
itirdiyim eşqim başqaydı? Bəlkə o kitabdakılar başqa məna kəsb edirdi...
İtirdiyim nə idi... bilmirdim.. ya da xatırlamırdım..
Boş
yoldayam.. uzun və incə bir yol.. Gecənin hakim kəsildiyi, ulduzların
sayrışdığı, Ayın şəfqət yaydığıgecədə. Yolun başlanğıcında. Itirdiyimi tapmalı
olduğum yolun. Və qərar fərqlilik iliyimi yerindən tərpətdi. İtirdiyim eşq sahibəmdi
sanmışdım. Taparam düşünmüşdüm. Tapdım. Ama yalnız sahibəni. Eşqi yox. Yoldan
vaz keçdim. Fərqimi ortaya qoydum...
Uzun
və incə bir yol.. amma artıq o yol boşdu.. Getməkdən vaz keçdiyim yol.. Başqa
bir yol kəşf elədim.. Gecənin hakim kəsildiyi, ulduzların sayrışdığı, Ayın şəfqət
yaydığı gecədə.. Ləpələrin sərt şəkildə qayaları döyəclədii gecədə.. Sonsuzluq
kimi görünən su ölkəsinin tənha şəhzadəsi.. Sehrlər dünyasının nə itirdiini
bilməyən yorğun və yalnız kralı.. azadlığıma qovuşmaq istəyinin yanğısı.. Uçmaq
arzusu.. Bir uşaq tək uçmaq arzusu..
Uzun
və incə bir yol.. amma artıq o yol boşdu.. Getməkdən vaz keçdiyim yol.. Başqa
bir yol kəşf elədim.. Gecənin hakim kəsildiyi, ulduzların sayrışdığı, Ayın şəfqət
yaydığı gecədə.. Ləpələrin sərt şəkildə qayaları döyəclədii gecədə.. havanı
yarıb Su ölkəsinə doğru irəliləyəndə.. tam bu anda anladım.. İtirdiyimin nə
olduğunu anladım.. itirmişdim...
Özümü
itirmişdim...


Ilk hekayendi ki, ya anlaya bilmedim, ya da anlamaq istemedim. Ya anlamaq gozlerimin dolmagina sebeb oldu, ya da anlamaq istememek hissi...
ReplyDelete