Skip to main content

Göylərə qalxan arzularım..


            “... Belə tez bitə bilməz. Axı hələ 24 yaşım var. Ola bilməz. Bitə bilməz. Mən yaşamaq istəyirəm. İki ay əvvəl nişanlanmışam. Mənim xəyallarım, arzularım var bitməməlidi. Bu gün bura bunlarçün gəlməmişdim axı. Anam zəng elədi. “Toya az qalır a bala, get bəylik geyimini seç” dedi. Sevincliydim. Artıq mənim də bir ailəm olacaqdı. Hər gün məni evdə gözləyən birisi olacaqdı. Ata olacaqdım. Qızım olacaqdı. Axı xoşbəxt olmağı hələ indi dadmağa başlamışdım.

            Bu gün bura bunlarçün gəlmədim axı. Soyuqluq içimə işləyir. Ürəyimə çatanda bitəcək hər şey. Axı o ürəkdə küt soyuqluğa qurban verilməyəcək qədər çoxlu arzular, xəyallar , böyük bir sevgi var. Necə bitə bilər belə asanlıqla?!

            Mağazaya gəldim. Kostyumlara baxırdım. Sevincliydim. Baxırdım amma görmürdüm. Düşünürdüm . Sanki qarşıdakı xoşbəxt günlərimi indidən yaşayırdım. Onu düşünürdüm. Toy günümüzü. Onunla qol qola Saraya girişimizi. Səslənən alqışları. Çox çox sonra qucağımızdakı qızımızı. Övladımızı. Bizim bir parçamız olan varlığı. Satıcının tərifləyə tərifləyə bitirə bilmədiyi paltarlara baxa-baxa gözlərimlə yaşıyacağım günləri görürdüm əslində. Ürəyim arzuların ağuşundaydı. Bəlkə də xəyallarımda ilişib qaldığım üçün eşitmədim satıcının təəccüb və qorxu dolu səsləyişini. Sanki uzaqlardan gəlirdi. Çox uzaqlardan. Özümü  sahildən uzaq  dalğaların ağuşunda hiss edirdim. Amma zaman zaman bir vıyıltı , sərt küləyin səsinə bənzər bir şeylər məni silkələdi. Satıcıya baxdım. Pəncərəyə zilləmişdi gözlərini. Gözlərindən dəhşət oxunurdu. Çevrildim mən də , bütün xəyal dalğaları bir anda məndən uzaqlaşdı quru qum üstünə düşdüm sanki.

            Küçədə bir kişi vardı. Üzü qorxunc idi. kirli saqqalı onu daha vahiməli göstərirdi. Başına köhnə bir papağı basmışdı. Alnından tər damcılar süzülürdü. Necə həyəcanlı olduğu titrəyən dizlərindən bilinirdi. əlini önə tutub nəsə hədələyirdi. ətrafında insanlar məsafə saxlayıb tamaşa edirdilər. Bir anda hiss etdim ki, artıq mən də izdihamın içərisindəyəm. “yaxın gəlməyin,mənim itirəəcək bir şeyim qalmadı ! gəlməyin ! özümü də sizi də məhv edərəm !”

            Əlində ovucunda bərk bərk sıxıb saxladığı nəsə vardı. Diqqətlə baxdım. əsgərdə olanda bunlardan çox görmüşdüm. Bir qumbara idi...

            Elə anlar olur ki, qərar cəld və cəsarətlə verilməlidi. Bir anda üstünə atıldım. Yumruğumu düyünləyib düz burnuna ilişdirdim. Bütün duyğu orqanlarım elə dəqiq işləyirdi ki. O ankı cəsarət  damarlarımda sonsuz bir gücə çevrilib qanıma qatışmışdı. əlini burub qumbara nı aldım, yaxasından tutub itələdim aralı. Kişinin üzünə baxdım. Bayaxkı həyəcan dolu ifadə dəyişmişdi. Dəhşət və təəccüb dolu baxışlarla baxırdı mənə. Əlimə baxdım..

            Qumbara.. Tıxacı çəkilmişdi. Kişidən bir az aralı yerə düşmüşdü. Bir anda baş verdi hər şey. Anladım ki artıq gecdi. Qumbaranı qarnıma sıxıb yerə uzanıb büküldüm. Eşitmirdim. Görmürdüm. Hiss etmirdim..


            Hərşey belə tez bitməməliydi.. axı mənim hələ xəyallarım var. Soyuğu hər tərəfdə hiss edirəm. Içimdə də. Yerdə ətrafa səpələnmiş bu cansız bədən parçaları bir vaxtlar mənim olmuşdu. Bədənimdəki güc indi küçəyə yayılmış qıpqırmızı qanımdan ətrafa yayılırdı...

            Mənim xəyallarım vardı. Arzularım vardı. İndi yalnız parça – parça olmuş ət parçası var.. Göylərə yüksələcəm bir azdan. Xəyallarımda yaşada biləcəyim sevgilim və qızım ilə birlikdə...”

Comments

  1. Əla! Mükəmməl! İnan ki, heç vaxt belə təssüf hissi keçirməmişdim.

    Davam elə, Həmid.Səndə əla alınır. Bayağı və yanlış ifadə yoxdur.

    ReplyDelete
  2. Xəyallarımda yaşada biləcəyim sevgilim və qızım ilə birlikdə...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...