...
Günəş yeni parlamağa başlamışdı. Ömürlərə işıq saçar kimi. Çoxlarının yuxuda
olduğu vaxtda öz gözəlliyini göstərmişdi o gün. Hər gün olduğu kimi. Amma hər
günün öz möcüzəliliyini anlayanlar üçün
hər yeni günün başlanğıcı bir gözəllikdi əlbəttə.
O saatda oyaq olanlar şanslılar
idi bəlkə də. Yada seçilmişlər. Her şeyin bir başlanğıcı , bir də sonu yadda
qalan olur həmişə. Xoşbəxt o insan ki , hadisələrin hər saniyəsini unutmadan
yaşaya bilsin.
Hər gün eyni şeyləri yeni bir
şeymiş kimi təkrar təkrar edərdi. Şəhərin marşurtlarından birinə minər, gün
boyu birindən digərinə keçər, insanların arasında özünə yer axtarardı. Amma
tapa bilməzdi. Ya insanlar onu qəbul etməz, ya da o insanlardan çəkinərdi.
Amma bu gün xüsusi idi. Bu gün
Günəş tutulması olacaqdı. Bir müddətlik Günəş Ayın gözəlliyi ilə özünün
parlaqlığından məhrum olacaqdı. Oğlan tələsirdi. Avtobusa oturub tezliklə həmişəki məkanına çatmaq istəyirdi.
Sürücülər artıq bu balacanı tanıyırdılar. Evsiz məkansız olan bu balacanın pulu
olmadığını da, eləcə ayaq üstə durub tutacağa söykənməsinə göz yumurdular.
Iri gözlərini ətrafda yorğun
yorğun gəzdirirdi. İnsanları, onların qəribə və süni görünən gülüşlərini
qavramağa çalışırdı. Sürücülərin əsəbi sözlərini, bəzi sərnişinlərin susqun və
ciddi baxışlarını, Bəzilərinin ona baxan ikrah dolu baxışlarını, bəzilərinin
zavallı baxışlarını, bəzilərinin mərhəmət dolu baxışlarını anlamağa çalışırdı. Amma
anlamırdı. Bu qədər baxış içində ilk dəfə fərqli bir baxış gördü oğlan..
Anasının əlindən bərkə bərk yapışmış bir qız vardı o gün onun qismətində.
Qarşısında durmuş, təəccüblü baxışlarını oğlandan çəkmirdi. İki uşağın maraq
dolu baxışı idi bu baxış. Amma yetişkinlərinkindən daha isti, daha səmimi və
daha canayaxın. Oğlan ilk dəfə idi ki, ona zillənmiş baxışda nə mərhəmət, nə
ikrah, nə də alçaldıcı təəccüb görmürdü. Bu cür baxışların necə adlandığını
bilməsə də, necə hiss etdirdiklərini bilirdi. Amma bu gün qarşısındakı bu
balaca, qəhvəyi gözlü qızın gözlərindəki parlaqlıqda bu hisləri hiss edə
bilmirdi.
O qədər aludə oldu ki, bu
baxışlara ağacın yanından ötüb keçdiyini hiss eləmədi. Təkcə bu dayanacaq yox,
başqa dayanacaqları da ötürəcəkdi ömrü boyu. Amma anın möhtəşəmliyinə
qapılmışdı. Bu uşaqcasına idi, çox adi idi, amma dərin bir hiss idi. Daha saf
idi. Bu hissin nə olduğunu da bilmədi heç vaxt. O sözləri önəmsəmədi ömrü boyu.
O hislərin adını yox, necə olduqlarını hiss edə biliridi ancaq. O balaca qızın
çöhrəsindəki ifadəni unutmadı.
Gözlərini bu qədər müddət ərzində
qırpmadan qaldı. Və həmin an Günəşin qarşısında Ay durdu. Günəş tutuldu. İkisi
də başlarını çevirib Günəşin Qarşısına keçən Ayı izlədi. GÜnəşin gün boyu pozulmaz parıltısını bircə anlıq üz –
üzə gəldiyi Ay ilə necə tutulduğunu izlədi. Bu izləyişi heç vaxt unutmadı. Heç vaxt
bitməyəcəyini düşündü. Amma bir müddət sonra Ayrıldılar yenə bir birindən.
Oğlan parıltılı gözlərlə başını yenə balaca qıza çevirdi. Amma yox idi. artıq o
da öz yolu ilə gedirdi.
Digərləri kimi..
chox tesiredicidi heqiqeten :)
ReplyDeleteTəşəkkürlər Hamfendi :D
DeleteBundan daha təsirli və gözəllərini yazmısan və yazacağına da əminəm :) Əziyyət çəkmisən yenə də əllərinə sağlıq :)
ReplyDelete:D :D :D :D İnşallah)
ReplyDelete