Skip to main content

Həyat "tutulması"..


... Günəş yeni parlamağa başlamışdı. Ömürlərə işıq saçar kimi. Çoxlarının yuxuda olduğu vaxtda öz gözəlliyini göstərmişdi o gün. Hər gün olduğu kimi. Amma hər günün öz möcüzəliliyini anlayanlar üçün  hər yeni günün başlanğıcı bir gözəllikdi əlbəttə.

                O saatda oyaq olanlar şanslılar idi bəlkə də. Yada seçilmişlər. Her şeyin bir başlanğıcı , bir də sonu yadda qalan olur həmişə. Xoşbəxt o insan ki , hadisələrin hər saniyəsini unutmadan yaşaya bilsin.

                O saniyələri birə - bir ötürmədən yaşayanlardan idi bu balaca oğlan. Iri, qara gözlərini bir an belə parlaqlıqdan ayırmırdı. Hər gün səhər burda, bu ağacın hündür budağı üstündə oturub gözlərini çəkməzdi Ayı görünməz edən bu parlaqlıqdan. Buludlu havalarda isə gözlərini yumardı. Heç baxmazdı sübh çağı səmaya. Çünki nə Ayı görər, nə də Günəşi izləyə bilərdi.

                Hər gün eyni şeyləri yeni bir şeymiş kimi təkrar təkrar edərdi. Şəhərin marşurtlarından birinə minər, gün boyu birindən digərinə keçər, insanların arasında özünə yer axtarardı. Amma tapa bilməzdi. Ya insanlar onu qəbul etməz, ya da o insanlardan çəkinərdi.

                Amma bu gün xüsusi idi. Bu gün Günəş tutulması olacaqdı. Bir müddətlik Günəş Ayın gözəlliyi ilə özünün parlaqlığından məhrum olacaqdı. Oğlan tələsirdi. Avtobusa oturub  tezliklə həmişəki məkanına çatmaq istəyirdi. Sürücülər artıq bu balacanı tanıyırdılar. Evsiz məkansız olan bu balacanın pulu olmadığını da, eləcə ayaq üstə durub tutacağa söykənməsinə göz yumurdular.

                Iri gözlərini ətrafda yorğun yorğun gəzdirirdi. İnsanları, onların qəribə və süni görünən gülüşlərini qavramağa çalışırdı. Sürücülərin əsəbi sözlərini, bəzi sərnişinlərin susqun və ciddi baxışlarını, Bəzilərinin ona baxan ikrah dolu baxışlarını, bəzilərinin zavallı baxışlarını, bəzilərinin mərhəmət dolu baxışlarını anlamağa çalışırdı. Amma anlamırdı. Bu qədər baxış içində ilk dəfə fərqli bir baxış gördü oğlan.. Anasının əlindən bərkə bərk yapışmış bir qız vardı o gün onun qismətində. Qarşısında durmuş, təəccüblü baxışlarını oğlandan çəkmirdi. İki uşağın maraq dolu baxışı idi bu baxış. Amma yetişkinlərinkindən daha isti, daha səmimi və daha canayaxın. Oğlan ilk dəfə idi ki, ona zillənmiş baxışda nə mərhəmət, nə ikrah, nə də alçaldıcı təəccüb görmürdü. Bu cür baxışların necə adlandığını bilməsə də, necə hiss etdirdiklərini bilirdi. Amma bu gün qarşısındakı bu balaca, qəhvəyi gözlü qızın gözlərindəki parlaqlıqda bu hisləri hiss edə bilmirdi.

                O qədər aludə oldu ki, bu baxışlara ağacın yanından ötüb keçdiyini hiss eləmədi. Təkcə bu dayanacaq yox, başqa dayanacaqları da ötürəcəkdi ömrü boyu. Amma anın möhtəşəmliyinə qapılmışdı. Bu uşaqcasına idi, çox adi idi, amma dərin bir hiss idi. Daha saf idi. Bu hissin nə olduğunu da bilmədi heç vaxt. O sözləri önəmsəmədi ömrü boyu. O hislərin adını yox, necə olduqlarını hiss edə biliridi ancaq. O balaca qızın çöhrəsindəki ifadəni unutmadı.

                Gözlərini bu qədər müddət ərzində qırpmadan qaldı. Və həmin an Günəşin qarşısında Ay durdu. Günəş tutuldu. İkisi də başlarını çevirib Günəşin Qarşısına keçən Ayı izlədi. GÜnəşin  gün boyu pozulmaz parıltısını bircə anlıq üz – üzə gəldiyi Ay ilə necə tutulduğunu izlədi. Bu izləyişi heç vaxt unutmadı. Heç vaxt bitməyəcəyini düşündü. Amma bir müddət sonra Ayrıldılar yenə bir birindən. Oğlan parıltılı gözlərlə başını yenə balaca qıza çevirdi. Amma yox idi. artıq o da öz yolu ilə gedirdi. 

                                                   Digərləri kimi..

                 





Comments

  1. Bundan daha təsirli və gözəllərini yazmısan və yazacağına da əminəm :) Əziyyət çəkmisən yenə də əllərinə sağlıq :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...