..Həyatınızı dəyişən, ya da qərarlarınızı dəyişən hadisələrin varlığı bizi adını "gerçək" qoyduğumuz , lakin əslində qanımızı içən vampircəsinə düzəndən uzaqlaşdıran hadisələrdir. Hər kəsin bir xəyal, bir istəyi var. kimisi otağına çəkilib gizli gizliyorğanını başına çəkib fənər işığında jurnallardakı alpinist şəkillərinə baxar, amma səhər açılanda masabaşı işinə yolanar, kimisi işindən yemək fasiləsində tezcə qaçıb sahilə tamaşa edib balıq üçün tilov atmış balıqçılara əlində bir fincan kofe ilə baxar, iç ötürər. Bəziləri sevdiyini başqasının əlini tutaraq izlər, kimisi izləməkdən belə qorxar, kimisi mübarizəsiz təslim olar. İstisnasız hər insanın gizlidə saxladığı istəkləri var. Amma bunun ən pis yanı GİZLƏDİLMİŞ olmalarıdı.
Mənim işimdə istəyimə, gizlədilmiş istəyimi sandığa qoyub bərk bərk bağlayıb heç yoxmuş kimi davranmaq gərəkir. əslində burda Gizli istəyim təkcə mənim yazar olmaq istəyimə qarşılıq özəl bir xəstəxananın adi təcili yardım sürücüsü olmağım deyil, gizlidə saxladığım çox istək var, amma təbii ki mənim də bir Şəhzadəm var. İstəməyə qıymadığım, amma sevməyə doymadığım Şəhzadəm. Sevgi həm şirin, həm də qəddar bir hissdir. Sizi əsarətinə alar, ilkin simptom olaraq, dünyanın mövcud olduğundan daha artıq rəngli görünməsi, ardıyca hədsiz xoşbəxtlik. Simanıza daim düşüncəsiylə hakim olan axmaqcasına mənasını özünüz belə anlamadığınız gülüş hakim olar. Sevilirsiniz mi, düşüncəsi hələ sizə qonaq gəlmədiyi üçün bu xoşbəxtlik həmişə qalacaqmış kimi hiss etdirər. Amma.. Xoşbəxtlik dadına doyulmaz bir şey olduğu üçün ani gələr və gəldiyi kimi də gedər, Sizə qalan Yalnız xoş xatirələr olar. Sonra sevirmi, düşünürmü, mən baxanda ən az mənim qədər həyəcəanlanır mı, bəlkə heç vecsiz biriyəm onun Gözlərində deyə axmaqcasına düşüncələr beyninizi və ürəyinizi yorar. Bəli, bəli axmaqcasına. Sevgidə uğursuz günlər və əzab dolu saniyələr keçirməyinizin səbəbi başınızı gərəksiz düşüncələrlə yormağınızdı. Çünki sevgi öz anlamıyla müthiş bir duyğudu sevməsini bilənlər üçün. Və belə əllamə danışmağıma baxmayaraq, mən də sizlərin sırasına daxiləm.
Təxirə salmaq.. Bir xəstəlik kimi qəlbimizi çürüdən, boş ümidlərlə günü günə itirmək. həyatımın ən gözəl illərini təxirə salaraq keçirdim. Məktəbdə oxuyarkən aşiqi olduğum gözləri vardı.. Hər gün evdən tez çıxardım ki, sırf yerişini, milyonlar üçün adi, sıradan, mənim üçün ən müqəddəs hesab olunan ədalarını izləyə bilim.Hər rastlaşdığımda nəfəsimi içimə çəkər, metrlərlə məsafədən ürəyimin döyüntüsünü eşidəcəyindən qorxar və səsimi çıxarsam müthiş sehrli auranı dağıdacağımdan uşaqtək qorxardım.
Amma bütün bu illər ərzində nə ona yaxınlaşa, nə də uzaqdan onu izləməkdən özümü saxlaya bilirdim. susqunluğumun içinə qapılıb daha sonra edərəm düşünürdüm. düşünürdüm. düşünərkən həyatın məni gözləməyi özünə lüzum bilmədən ötüb getdiyini hiss etmirdim.
Amma həyatımı dəyişmək üçün ilk qığılcımı da, son qığılcımı da mənə heç gözləmədiyim bir şey verdi. Ölüm..
Xəstəxananın foesində oturub sakitcə ötüb gedən insanları izləyirdim. Bir az əvvəl gətirdiyim yaralını cərrahiyyə şöbəsinə təlaşla qaldıran tibb işçiləri, ardıyca qaçan, ilk əməliyyatının həyəcanını yaşayan gənc cərrah, qapıda dizləri bükülüb göz yaşları içində boğulub qalan, saçları dərddən ağarmış yaşlı Ana, soyuqqanlı tibb bacıları.. bütün bu insan qarmaşası içində insanların düşüncələrində tamamən başqa dünyası var. başqa istəkləri var. Bəlkə də Ana övladının bu gün bıçaqlanmasına yox, buna səbəb olan şeyə, bəlkə də belə övlada sərf etdiyi vaxta, bəlkə də ötüb keçən illərinə ağlayırdı , bilmək olmaz.. məndən bir az aralı sakitcə oturan biri vardı. yorğun gözləri vardı. yanında oturan başqa bir kişi onunla qızğın söhbət edirdi. "Narahat olma, buranın həkimləri əladı, o birilərə ağlın getməsin, zalım oğulları qanımızı içsələr doymurlar, eybi yox nə qədər pul lazım olsa həll olunar, təki sən sağal. Xemoterapiyanı hamsı eləyir elə, görək bu neyniyəcək".
Bir az aralıda dayanan həkim gözümə çarpdı. yaxınlaşmaq barədə tərəddüd etdiyi göz önündəydi. bayaqdan cümlələri üyüdüb tökən kişi həkimi görən kimi yanına getdi. söhbətlərinə olan marağımdan ətraflarında bir yerdə dayanıb həkimin dediklərini dinlədim.. " Bilirsiz, sizə yenə müalicə təyin edə bilərəm. Xemoterapiya da oluna bilər.. amma bunun elə bir xeyri olmayacaq. Xərçəng artıq metostaz verib. qarın boşluğuna yayılıb. Onun üçün edə biləcəyiniz.. Ömrünün son aylarını istədikləriylə, etmək istədiyi şeylərlə keçməsinə şərait yaradın. Qoyun indiyə qədər nə arzulayıbsa etsin. gəzsin, əylənsin. Ona istədiklərini verin.. Təəssüf ki, ona sağlamlığını verəcək gücümüz yoxdu. Bağışlayın..".
Həkimin sözləri köksündən tezcə töküb buradan uzaqlaşmağa çalışdığını hiss etdim. Kişi donub qalmışdı. Nə deyəcəyini, ya da nə edəcəyini biilmədiyi hiss olunurdu. Qəribəydi. Ölümün bir addımlığında olan bir insana istəklərinə qovuş məsləhətini verirdilər. Məgər ölümün hər an gələcəyi həqiqəti məlum deyildi mi? Ölüm təhlükəsi hər yerdədi. Hər an hər şey ola bilər, amma biz yox bu gün ölüm menyusunda bizim adımız çıxmayacağına çox qəribə bir əminliklə yaçşayırıq. Bu dünyaya gəlirik, yaşayırıq və bir gün heç var olmamışıq kimi uçub gedirik. Amma özümüzlə nəyi aparıb, özümüzdən sonra nəyi qoyuruq bəs?! Gündəlik standard bir həyat yaşayıb. başqalarının qərarlarıyla müəyyən olunmuş bir həyatı yaşayan insana "sənin həyatın Sənin düşüncələrinlə var olmalıdı,xəyallarını qoru" desək,mənası olar mı? Mütləq qapımızı xərçəng mi, QİÇS mi, ya da başqabir ölümcül bir şey döyməlidi? Zatən hər an ölüm təhlükəsi yoxmuydu?
Həmin xəstənin simasına çökmüş o ifadə o gedəndən sonra gözlərimin önündən heç çəkilmədi. artıq istəklərinin üstündən xətt çəkən, ölüm tarixini əminliklə bilən bir insanın istəkləri haqqında düşünmək ağlına gəlməz artıq. iradəsiylə istəklərinə doğru addım atmayan biri, ölüm qorxusunun reallığıyla istəklərinə necə çatar?
Maşına nə vaxt əyləşdiyimi və yüksək sürətlə hara getdiyimi bilmirdim. Vaxtımın nə vaxt bitəcəyini bilmirəmsə, bu günü sonmuş kimi yaşamaqdan niyə məhrum edirəm özümü? Ona gedirdim. bütün gəncliyimi, uşaqlığımı və vaxtsız gələn ruhi qocalığımın tək Şəhazadəsinə doğru gedirdim. Sevdiyimə gedirdim. başqasının ölüm qığılcımı məni təxirə saldığıma doğru aparırdı. Əslində nəyə doğru getdiyimi bilmirdim, amma getməliydim, bu qədər gecikdirfdiklərimi etmək üçün gedirdim.. əyləci sərt basışım düçüncələrdən ayırdı məni. Əyləcin sərt səsi bir ölüm fiti kimi idi.. ürəyimin döyüntüsü qulaqlarımı batırırdı az qala. ölüm bu gün məni ikinci kəs xəbərdar edirdi. az qala vuracağım balaca it zingildəyə zingildəyə səkidə gözdən itmişdi artıq.. Ölüm.. bu qığılcımla qətiyyətimi tamamən topladım və yoluma təmkinlə davam etdim.. gedirdim.. itsəyimə, xəyalıma doğru gedirdim..
Gec olmadan gecikdiklərim üçün gedirdim..
Mənim işimdə istəyimə, gizlədilmiş istəyimi sandığa qoyub bərk bərk bağlayıb heç yoxmuş kimi davranmaq gərəkir. əslində burda Gizli istəyim təkcə mənim yazar olmaq istəyimə qarşılıq özəl bir xəstəxananın adi təcili yardım sürücüsü olmağım deyil, gizlidə saxladığım çox istək var, amma təbii ki mənim də bir Şəhzadəm var. İstəməyə qıymadığım, amma sevməyə doymadığım Şəhzadəm. Sevgi həm şirin, həm də qəddar bir hissdir. Sizi əsarətinə alar, ilkin simptom olaraq, dünyanın mövcud olduğundan daha artıq rəngli görünməsi, ardıyca hədsiz xoşbəxtlik. Simanıza daim düşüncəsiylə hakim olan axmaqcasına mənasını özünüz belə anlamadığınız gülüş hakim olar. Sevilirsiniz mi, düşüncəsi hələ sizə qonaq gəlmədiyi üçün bu xoşbəxtlik həmişə qalacaqmış kimi hiss etdirər. Amma.. Xoşbəxtlik dadına doyulmaz bir şey olduğu üçün ani gələr və gəldiyi kimi də gedər, Sizə qalan Yalnız xoş xatirələr olar. Sonra sevirmi, düşünürmü, mən baxanda ən az mənim qədər həyəcəanlanır mı, bəlkə heç vecsiz biriyəm onun Gözlərində deyə axmaqcasına düşüncələr beyninizi və ürəyinizi yorar. Bəli, bəli axmaqcasına. Sevgidə uğursuz günlər və əzab dolu saniyələr keçirməyinizin səbəbi başınızı gərəksiz düşüncələrlə yormağınızdı. Çünki sevgi öz anlamıyla müthiş bir duyğudu sevməsini bilənlər üçün. Və belə əllamə danışmağıma baxmayaraq, mən də sizlərin sırasına daxiləm.
Təxirə salmaq.. Bir xəstəlik kimi qəlbimizi çürüdən, boş ümidlərlə günü günə itirmək. həyatımın ən gözəl illərini təxirə salaraq keçirdim. Məktəbdə oxuyarkən aşiqi olduğum gözləri vardı.. Hər gün evdən tez çıxardım ki, sırf yerişini, milyonlar üçün adi, sıradan, mənim üçün ən müqəddəs hesab olunan ədalarını izləyə bilim.Hər rastlaşdığımda nəfəsimi içimə çəkər, metrlərlə məsafədən ürəyimin döyüntüsünü eşidəcəyindən qorxar və səsimi çıxarsam müthiş sehrli auranı dağıdacağımdan uşaqtək qorxardım.
Amma bütün bu illər ərzində nə ona yaxınlaşa, nə də uzaqdan onu izləməkdən özümü saxlaya bilirdim. susqunluğumun içinə qapılıb daha sonra edərəm düşünürdüm. düşünürdüm. düşünərkən həyatın məni gözləməyi özünə lüzum bilmədən ötüb getdiyini hiss etmirdim.
Amma həyatımı dəyişmək üçün ilk qığılcımı da, son qığılcımı da mənə heç gözləmədiyim bir şey verdi. Ölüm..
Xəstəxananın foesində oturub sakitcə ötüb gedən insanları izləyirdim. Bir az əvvəl gətirdiyim yaralını cərrahiyyə şöbəsinə təlaşla qaldıran tibb işçiləri, ardıyca qaçan, ilk əməliyyatının həyəcanını yaşayan gənc cərrah, qapıda dizləri bükülüb göz yaşları içində boğulub qalan, saçları dərddən ağarmış yaşlı Ana, soyuqqanlı tibb bacıları.. bütün bu insan qarmaşası içində insanların düşüncələrində tamamən başqa dünyası var. başqa istəkləri var. Bəlkə də Ana övladının bu gün bıçaqlanmasına yox, buna səbəb olan şeyə, bəlkə də belə övlada sərf etdiyi vaxta, bəlkə də ötüb keçən illərinə ağlayırdı , bilmək olmaz.. məndən bir az aralı sakitcə oturan biri vardı. yorğun gözləri vardı. yanında oturan başqa bir kişi onunla qızğın söhbət edirdi. "Narahat olma, buranın həkimləri əladı, o birilərə ağlın getməsin, zalım oğulları qanımızı içsələr doymurlar, eybi yox nə qədər pul lazım olsa həll olunar, təki sən sağal. Xemoterapiyanı hamsı eləyir elə, görək bu neyniyəcək".
Bir az aralıda dayanan həkim gözümə çarpdı. yaxınlaşmaq barədə tərəddüd etdiyi göz önündəydi. bayaqdan cümlələri üyüdüb tökən kişi həkimi görən kimi yanına getdi. söhbətlərinə olan marağımdan ətraflarında bir yerdə dayanıb həkimin dediklərini dinlədim.. " Bilirsiz, sizə yenə müalicə təyin edə bilərəm. Xemoterapiya da oluna bilər.. amma bunun elə bir xeyri olmayacaq. Xərçəng artıq metostaz verib. qarın boşluğuna yayılıb. Onun üçün edə biləcəyiniz.. Ömrünün son aylarını istədikləriylə, etmək istədiyi şeylərlə keçməsinə şərait yaradın. Qoyun indiyə qədər nə arzulayıbsa etsin. gəzsin, əylənsin. Ona istədiklərini verin.. Təəssüf ki, ona sağlamlığını verəcək gücümüz yoxdu. Bağışlayın..".
Həmin xəstənin simasına çökmüş o ifadə o gedəndən sonra gözlərimin önündən heç çəkilmədi. artıq istəklərinin üstündən xətt çəkən, ölüm tarixini əminliklə bilən bir insanın istəkləri haqqında düşünmək ağlına gəlməz artıq. iradəsiylə istəklərinə doğru addım atmayan biri, ölüm qorxusunun reallığıyla istəklərinə necə çatar?
Maşına nə vaxt əyləşdiyimi və yüksək sürətlə hara getdiyimi bilmirdim. Vaxtımın nə vaxt bitəcəyini bilmirəmsə, bu günü sonmuş kimi yaşamaqdan niyə məhrum edirəm özümü? Ona gedirdim. bütün gəncliyimi, uşaqlığımı və vaxtsız gələn ruhi qocalığımın tək Şəhazadəsinə doğru gedirdim. Sevdiyimə gedirdim. başqasının ölüm qığılcımı məni təxirə saldığıma doğru aparırdı. Əslində nəyə doğru getdiyimi bilmirdim, amma getməliydim, bu qədər gecikdirfdiklərimi etmək üçün gedirdim.. əyləci sərt basışım düçüncələrdən ayırdı məni. Əyləcin sərt səsi bir ölüm fiti kimi idi.. ürəyimin döyüntüsü qulaqlarımı batırırdı az qala. ölüm bu gün məni ikinci kəs xəbərdar edirdi. az qala vuracağım balaca it zingildəyə zingildəyə səkidə gözdən itmişdi artıq.. Ölüm.. bu qığılcımla qətiyyətimi tamamən topladım və yoluma təmkinlə davam etdim.. gedirdim.. itsəyimə, xəyalıma doğru gedirdim..
Gec olmadan gecikdiklərim üçün gedirdim..

İstəyinizə doğru gedərkən özünüzlə biraz cəsarət götürün. Şəhzadənizi yenə uzaqdan seyr edib qayıtmaq istəsəz, bəlkə ona ürəyinizdəkiləri açıb demək üçün köməyinizə çatdı :-)
ReplyDelete:) Bu dəyərli Məsləhəti əgər xərçəng, ya da ən sevimli ölüm şanslarımdan birini yaxalamadan əvvəl dəyərləndirəcəm. :)
ReplyDeleteÜmid edirəm ki, siz xərçəng xəstəliyinə tutulmanızı gözləyərkən başqa biri bu Cəsarət dediyimi əldə edib Şəhzadənizin ürəyini qazanmaz. Və qayıtdığınız yerdə onu tapa bilərsiz. Ümid edirəm...
ReplyDeleteŞəhzadəm həqiqətən mənimdisə, ürəyini heç kim, heç vaxt qazana bilməz.
ReplyDeleteQadın ona hansı kişi sahib çıxarsa, hansı nə olur olsun sonadək ona inanarsa, həmin kişiyə məxsus olar. Və anladığım qədəriylə hekayənizin qəhrəmanı sevdiyi qıza qaldı ki sahib çıxmaq , heç ona yaxın belə düşə bilməyib illərlə. Şərt deyil ki, onu ürəyində gəzdirsin. Qızın xəbəri yoxdursa nafile. Düşünürəm ki, sizin yaratdığınız obraz da şəhzadəsinin ona aid olub-olmadığından şübhəlidir. Əgər hekayənizin ardı olsaydı, yaratdığınız obrazın işi çox çətin olacaqdı. Yəqin ki, bundan çəkinib davam vermiyibsiz :-)
ReplyDelete:) Yox cekinmemisem, eslinde menim fikrim qehremani toldaca qezaya salib mehv etmek idi. Amma son bir wansini vermisem ona yasamaq ucun. Mesele hansisa qizi sevmek, elde etmek deyil. Mesele insanin ne istediyidi. Heyatdan ve en vacibi ozundennne istediyi. Yazanda demek istediyim bu idi.
ReplyDeleteLap yaxşı. Aydındı. "Hekayənizə" kifayət qədər qarışdığımı hiss edirəm. Bundan sonrakı yazıçılıq həyatınızda Uğurlar.
ReplyDeleteYazarı təkmilləşdirən oxucusudu :)
ReplyDelete:-)
ReplyDelete