Skip to main content

Gecikənlər Klubu..

 ..Həyatınızı dəyişən, ya da qərarlarınızı dəyişən hadisələrin varlığı bizi adını "gerçək" qoyduğumuz , lakin əslində qanımızı içən vampircəsinə düzəndən uzaqlaşdıran  hadisələrdir. Hər kəsin bir xəyal, bir istəyi var. kimisi otağına çəkilib gizli gizliyorğanını başına çəkib fənər işığında jurnallardakı alpinist şəkillərinə baxar, amma səhər açılanda masabaşı işinə yolanar, kimisi işindən yemək fasiləsində tezcə qaçıb sahilə tamaşa edib balıq üçün tilov atmış balıqçılara əlində bir fincan kofe ilə baxar, iç ötürər. Bəziləri sevdiyini başqasının əlini tutaraq izlər, kimisi izləməkdən belə qorxar, kimisi mübarizəsiz təslim olar. İstisnasız hər insanın gizlidə saxladığı istəkləri var. Amma bunun ən pis yanı GİZLƏDİLMİŞ olmalarıdı.

 Mənim işimdə istəyimə, gizlədilmiş istəyimi sandığa qoyub bərk bərk bağlayıb heç yoxmuş kimi davranmaq gərəkir. əslində burda Gizli istəyim təkcə mənim yazar olmaq istəyimə qarşılıq özəl bir xəstəxananın adi təcili yardım sürücüsü olmağım deyil, gizlidə saxladığım çox istək var, amma təbii ki mənim də bir Şəhzadəm var. İstəməyə qıymadığım, amma sevməyə doymadığım Şəhzadəm. Sevgi həm şirin, həm də qəddar bir hissdir. Sizi əsarətinə alar, ilkin simptom olaraq, dünyanın mövcud olduğundan daha artıq rəngli görünməsi, ardıyca hədsiz xoşbəxtlik. Simanıza daim düşüncəsiylə hakim olan axmaqcasına mənasını özünüz belə anlamadığınız gülüş hakim olar. Sevilirsiniz mi, düşüncəsi hələ sizə qonaq gəlmədiyi üçün bu xoşbəxtlik həmişə qalacaqmış kimi hiss etdirər. Amma.. Xoşbəxtlik dadına doyulmaz bir şey olduğu üçün ani gələr və gəldiyi kimi də gedər, Sizə qalan Yalnız xoş xatirələr olar. Sonra sevirmi, düşünürmü, mən baxanda ən az mənim qədər həyəcəanlanır mı, bəlkə heç vecsiz biriyəm onun Gözlərində deyə axmaqcasına düşüncələr beyninizi və ürəyinizi yorar. Bəli, bəli axmaqcasına. Sevgidə uğursuz günlər və əzab dolu saniyələr keçirməyinizin səbəbi başınızı gərəksiz düşüncələrlə yormağınızdı. Çünki sevgi öz anlamıyla müthiş bir duyğudu sevməsini bilənlər üçün. Və belə əllamə danışmağıma baxmayaraq, mən də sizlərin sırasına daxiləm. 

Təxirə salmaq.. Bir xəstəlik kimi qəlbimizi çürüdən, boş ümidlərlə günü günə itirmək. həyatımın ən gözəl illərini təxirə salaraq keçirdim. Məktəbdə oxuyarkən aşiqi olduğum gözləri vardı.. Hər gün evdən tez çıxardım ki, sırf yerişini, milyonlar üçün adi, sıradan, mənim üçün ən müqəddəs hesab olunan ədalarını izləyə bilim.Hər rastlaşdığımda nəfəsimi içimə çəkər, metrlərlə məsafədən ürəyimin döyüntüsünü eşidəcəyindən qorxar və səsimi çıxarsam müthiş sehrli auranı dağıdacağımdan uşaqtək qorxardım. 

Amma bütün bu illər ərzində nə ona yaxınlaşa, nə də uzaqdan onu izləməkdən özümü saxlaya bilirdim. susqunluğumun içinə qapılıb daha sonra edərəm düşünürdüm. düşünürdüm. düşünərkən həyatın məni gözləməyi özünə lüzum bilmədən ötüb getdiyini hiss etmirdim.

Amma həyatımı dəyişmək üçün ilk qığılcımı da, son qığılcımı da mənə heç gözləmədiyim bir şey verdi. Ölüm..

Xəstəxananın foesində oturub sakitcə ötüb gedən insanları izləyirdim. Bir az əvvəl gətirdiyim yaralını cərrahiyyə şöbəsinə təlaşla qaldıran tibb işçiləri, ardıyca qaçan, ilk əməliyyatının həyəcanını yaşayan gənc cərrah, qapıda dizləri bükülüb göz yaşları içində boğulub qalan, saçları dərddən ağarmış yaşlı Ana, soyuqqanlı tibb bacıları.. bütün bu insan qarmaşası içində insanların düşüncələrində tamamən başqa dünyası var. başqa istəkləri var. Bəlkə də Ana övladının bu gün bıçaqlanmasına yox, buna səbəb olan şeyə, bəlkə də belə övlada sərf etdiyi vaxta, bəlkə də ötüb keçən illərinə ağlayırdı , bilmək olmaz.. məndən bir az aralı sakitcə oturan biri vardı. yorğun gözləri vardı. yanında oturan başqa bir kişi onunla qızğın söhbət edirdi. "Narahat olma, buranın həkimləri əladı, o birilərə ağlın getməsin, zalım oğulları qanımızı içsələr doymurlar, eybi yox nə qədər pul lazım olsa  həll olunar, təki sən sağal. Xemoterapiyanı hamsı eləyir elə, görək bu neyniyəcək".

Bir az aralıda dayanan həkim gözümə çarpdı. yaxınlaşmaq barədə tərəddüd etdiyi göz önündəydi. bayaqdan cümlələri üyüdüb tökən kişi həkimi görən kimi yanına getdi. söhbətlərinə olan marağımdan ətraflarında bir yerdə dayanıb həkimin dediklərini dinlədim.. " Bilirsiz, sizə yenə müalicə təyin edə bilərəm. Xemoterapiya da oluna bilər.. amma bunun elə bir xeyri olmayacaq. Xərçəng artıq metostaz verib. qarın boşluğuna yayılıb. Onun üçün edə biləcəyiniz.. Ömrünün son aylarını istədikləriylə, etmək istədiyi şeylərlə keçməsinə şərait yaradın. Qoyun indiyə qədər nə arzulayıbsa etsin. gəzsin, əylənsin. Ona istədiklərini verin.. Təəssüf ki, ona sağlamlığını verəcək gücümüz yoxdu. Bağışlayın..".


Həkimin sözləri köksündən tezcə töküb buradan uzaqlaşmağa çalışdığını hiss etdim. Kişi donub qalmışdı. Nə deyəcəyini, ya da nə edəcəyini biilmədiyi hiss olunurdu. Qəribəydi. Ölümün bir addımlığında olan bir insana istəklərinə qovuş məsləhətini verirdilər. Məgər ölümün hər an gələcəyi həqiqəti məlum deyildi mi? Ölüm təhlükəsi hər yerdədi. Hər an hər şey ola bilər, amma biz yox bu gün ölüm menyusunda bizim adımız çıxmayacağına çox qəribə bir əminliklə yaçşayırıq. Bu dünyaya gəlirik, yaşayırıq və bir gün heç var olmamışıq kimi uçub gedirik. Amma özümüzlə nəyi aparıb, özümüzdən sonra nəyi qoyuruq bəs?! Gündəlik standard bir həyat yaşayıb. başqalarının qərarlarıyla müəyyən olunmuş bir həyatı yaşayan insana "sənin həyatın Sənin düşüncələrinlə var olmalıdı,xəyallarını qoru" desək,mənası olar mı? Mütləq qapımızı xərçəng mi, QİÇS mi, ya da başqabir ölümcül bir şey döyməlidi? Zatən hər an ölüm təhlükəsi yoxmuydu?

Həmin xəstənin simasına çökmüş o ifadə o gedəndən sonra gözlərimin önündən heç çəkilmədi. artıq istəklərinin üstündən xətt çəkən, ölüm tarixini əminliklə bilən bir insanın istəkləri haqqında düşünmək ağlına gəlməz artıq. iradəsiylə istəklərinə doğru addım atmayan biri, ölüm qorxusunun reallığıyla istəklərinə necə çatar?

Maşına nə vaxt əyləşdiyimi və yüksək sürətlə hara getdiyimi bilmirdim. Vaxtımın nə vaxt bitəcəyini bilmirəmsə, bu günü sonmuş kimi yaşamaqdan niyə məhrum edirəm özümü? Ona gedirdim. bütün gəncliyimi, uşaqlığımı və vaxtsız gələn ruhi qocalığımın tək Şəhazadəsinə doğru gedirdim. Sevdiyimə gedirdim. başqasının ölüm qığılcımı məni təxirə saldığıma doğru aparırdı. Əslində nəyə doğru getdiyimi bilmirdim, amma getməliydim, bu qədər gecikdirfdiklərimi etmək üçün gedirdim.. əyləci sərt basışım düçüncələrdən ayırdı məni. Əyləcin sərt səsi bir ölüm fiti kimi idi.. ürəyimin döyüntüsü qulaqlarımı batırırdı az qala. ölüm bu gün məni ikinci kəs xəbərdar edirdi. az qala vuracağım balaca it zingildəyə zingildəyə səkidə gözdən itmişdi artıq.. Ölüm.. bu qığılcımla qətiyyətimi tamamən topladım və yoluma təmkinlə davam etdim.. gedirdim.. itsəyimə, xəyalıma doğru gedirdim.. 

                      Gec olmadan gecikdiklərim üçün gedirdim..







Comments

  1. İstəyinizə doğru gedərkən özünüzlə biraz cəsarət götürün. Şəhzadənizi yenə uzaqdan seyr edib qayıtmaq istəsəz, bəlkə ona ürəyinizdəkiləri açıb demək üçün köməyinizə çatdı :-)

    ReplyDelete
  2. :) Bu dəyərli Məsləhəti əgər xərçəng, ya da ən sevimli ölüm şanslarımdan birini yaxalamadan əvvəl dəyərləndirəcəm. :)

    ReplyDelete
  3. Ümid edirəm ki, siz xərçəng xəstəliyinə tutulmanızı gözləyərkən başqa biri bu Cəsarət dediyimi əldə edib Şəhzadənizin ürəyini qazanmaz. Və qayıtdığınız yerdə onu tapa bilərsiz. Ümid edirəm...

    ReplyDelete
  4. Şəhzadəm həqiqətən mənimdisə, ürəyini heç kim, heç vaxt qazana bilməz.

    ReplyDelete
  5. Qadın ona hansı kişi sahib çıxarsa, hansı nə olur olsun sonadək ona inanarsa, həmin kişiyə məxsus olar. Və anladığım qədəriylə hekayənizin qəhrəmanı sevdiyi qıza qaldı ki sahib çıxmaq , heç ona yaxın belə düşə bilməyib illərlə. Şərt deyil ki, onu ürəyində gəzdirsin. Qızın xəbəri yoxdursa nafile. Düşünürəm ki, sizin yaratdığınız obraz da şəhzadəsinin ona aid olub-olmadığından şübhəlidir. Əgər hekayənizin ardı olsaydı, yaratdığınız obrazın işi çox çətin olacaqdı. Yəqin ki, bundan çəkinib davam vermiyibsiz :-)

    ReplyDelete
  6. :) Yox cekinmemisem, eslinde menim fikrim qehremani toldaca qezaya salib mehv etmek idi. Amma son bir wansini vermisem ona yasamaq ucun. Mesele hansisa qizi sevmek, elde etmek deyil. Mesele insanin ne istediyidi. Heyatdan ve en vacibi ozundennne istediyi. Yazanda demek istediyim bu idi.

    ReplyDelete
  7. Lap yaxşı. Aydındı. "Hekayənizə" kifayət qədər qarışdığımı hiss edirəm. Bundan sonrakı yazıçılıq həyatınızda Uğurlar.

    ReplyDelete
  8. Yazarı təkmilləşdirən oxucusudu :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...