Skip to main content

Andy Weir - Yumurta




Sizə mənə görə möhtəşəm olan bir hekayəni təqdim etmək istəyirəm. Ümid edirəm ki, ön yarğılı olub hekayəni kiçiltməyəcəkiniz anlam cəhətdən. Amma məncə möhtəşəmdir. Bütün müəllif hüquqları Andy Weir-a məxsusdur və əlimdən gəldikcə tərcümə etməyə çalışdım. Xoş mütaliələr. 




Sən öləndə maşınınla evinə gedirdin.

Maşın qəzası idi: fərqli qəza deyildi, amma nəticə ölümcül oldu. Arxanda həyat yoldaşını və iki uşağını qoydun. Ağrısız ölüm idi. Təcili Yardımdakılar səni xilas etmək üçün əllərindən gələni etdilər, ama yararı olmadı. Vücudun çox zərər görmüşdü və yaxşı ki, ölmüsən deyə bilərəm.

Bax orda qarşılaşdıq.

“Mənə nə oldu?” deyə soruşdun. “Hardayam?”

“Öldün” deyə ciddi cavab verdim. Sözü uzatmağın mənası yox idi.

“Bir.. bir yük maşını vardı və yoldan çıxmışdı..”

“Hə”.

“Yəni… yəni öldüm?”

“Hə. Amma kədərlənmə, hər kəs ölür necəsə.”

Ətrafına baxdın. Tam bir heçlik. Sadəcə sən və mən. “Bura haradı?” deyə soruşdun. “Bura ölümdən sonrasıdır?”

“Elə də demək olar.”

“Həyat yoldaşım… Uşaqlarım…”

“Niyə dedin bunu?”

“Yaxşı olacaqlar?”

“Bax bu, eşitməyi xoşladığım bir şeydi. Ölürsən, amma tək maraqlandığın ailəndi. Bu, yaxşı baxış bucağıdır.”

Heyranlıqla mənə baxdın. Sənin gözündə Tanrıya bənzəmirdim, hər hansı biri kimi qəbul edirdin məni. Ya da qadın. Tanrıdan daha çox dil müəllimi.

“Narahat olma”, dedim. “Yaxşı olacaqlar. Uşaqların səni həmişə xoş təəssüratlarla xatırlayacaq. Sənə mənfi hislər duymağa zamanları olmadı. Həyat yoldaşın isə.. Xaricdən matəmdə olacaq, amma gizlidən gizliyə rahatlayacaq. Düzünü desəm, evliliyin məhv olmağa başlamışdı. Səni məmnun edəcəksə, rahatladığı üçün peşmanlıq duyacaq.”

“Ha..” dedin. “Yaxşı, bəs indi nə olacaq? Cənnətə ya da cəhənnəmə gedirəm?”

“Heç biri.” dedim. “Yenidən doğulacaqsan.”

“Ha, demək hindlilər haqlı çıxdı.”

“Bütün dinlər, özlərincə haqlıdılar.” dedim. “Gəl mənimlə gəzişək.”

Boşluqda yeriməyə başlayanda yanımca məni təqib etməyə başladın. 

“Hara gedirik?”

“Xüsusi bir yerə getmirik.”, dedim. “Gəzişəndə söhbət etmək daha maraqlı olur.”

“Onda nə anlamı var?” deyə soruşdun. “ Təkrar doğulacamsa, ağappaq bir səhifə kimi olacaq, hə? Körpə kimi. Yəni bütün təcrübələrim və bu həyatımda etdiklərimin heç biri anlam daşımır daha.”

“Heç elə deyil!” deyə iradımı gördün. “Bütün geçmiş həyatlarının və təcrübələrinin məlumatlarını daşıyırsan. Bunları xatırlamırsan sadəcə.”
Gəzişərkən dayanıb səni çiyinlərindən tutdum. “Ruhun inana biləcəyindən çox daha möhtəşəm, gözəl və böyükdü. İnsan zehni, əslində malik olduğunun çox kiçik bir qismini daşıya bilir. Bu, isti ya da soyuq olduğunu bilmək üçün barmağını bir stəkan suya salmaq kimidi. Özündən kiçik bir qisimlə suyu təcrübədən keçirib barmağını geri çəkəndə o təcrübənin bütününə sahib olursan.

Son 48 ilini bir insanın bədənində keçirdin. Özünü inkişaf etdirib o sonsuz şüurunu hələki qavraya bilməmisən. Orada yetərincə qala biləndə hər şeyi xatırlamağa başlayardın. Amma həyatlar arasında keçid edəndə bunu etməyin bir anlamı yoxdu.

“Yaxşı neçə dəfə təkrar-təkrar həyata gəlmişəm?”

“Çox.. inan mənə yetərincə çox. Və hər biri o birindən çox fərqli olan həyatlar. Bu dəfə Çində, miladdan sonra 540-cı ildə doğulan kəndli bir qız olacaqsan.”

“Bir saniyə, nə?!” deyə çox təəccübləndin. “Məni zamanda  geri göndərirsən?!”

“Deyəsən, elə çıxır, hə. Zaman, bildiyin kimi, sadəcə sənin kainatında var. Mənim gəldiyim yerdə işlər fərqlidi.“

“Sənin gəldiyin yer?“ soruşdun.

“Əlbəttə“, dedim. “Mən də bir yerdən gəlirəm. Başqa bir yerdən. Və mənim kimi başqaları da  var. Oranın necə olduğunu bilmək istəyəcəksən, bilirəm, amma açığı danışsam da anlamazsan.“

“Ha,“ dedin, bir az da xəyal qırıqlığına düşərək. “Bir saniyə. Əgər zaman içində başqa başqa yerlərdə reankarnasiya oluramsa, bir nöqtədə özüm-özümlə rastlaşa bilərəm.“

“Əlbəttə. tez-tez olur bu. Amma iki həyat da sadəcə öz ömürlərindən xəbərdar olduqları üçün fərqinə varmırsan.“

“Onda bütün bunlara nə gərək var?“

“Ciddən?“ deyə soruşdum.“Ciddən? Məndən həyatın mənasını soruşursan? Bu bir az bəysayağı sual olmadı ki?”

“Məncə ağla yatan sualdı.”

Gözlərinin içinə baxdım. “Həyatın anlamı, bu kainatı yaratmağımın tək səbəbi, sənin yetkinləşməndı.”

“İnsanlığı nəzərdə tutursan? Yetkinləşməyimizi istəyirsən?”

“Yox, ancaq sən. Bütün kainatı sənin üçün yaratdım. Hər həyatla bərabər böyüyür, yetkinləşir və daha böyük bir zəka olursan.“

“Ancaq mən? Bəs digərləri?”

“Başqa heç kim yoxdu. “, dedim. “Bu kainatda sadəcə sən və mən varıq.”

Mənə boş baxışlarla baxdın. “Amma dünyadakı milyardlarla insan...”

“Hamsı sənsən. Başqa bədənlərdəki sən.”

“Dayan. Hər kəs mənəm?”

Kürəyinə bir təbrik vuruşu ilə, “Bax indi daşlar yerinə oturur”, dedim.

“Bütün zamanlarda yaşamış insanların hamsı mənəm?”

“Və yaşayacaq olanlar, hə.”

“Abraham Lincoln mənəm?”

“Onu öldürən  John Wilkes Booth da sənsən”, deyə əlavə etdim.

Dəhşət içində, “Hitlerəm?” dedin.

“Və öldürdüyü milyonlarsan.”

“İsayam?”

“Və onu təqib edən hər kəs.”

Səssizliyə büründün.

“Nə  vaxt birisinə haqsızlıq etsən”, dedim, ”özünə etmiş olursan. Etdiyin bütün yaxşılıqları da özünə edirsən. Yaşanmış və yaşanacaq bütün xoşbəxt və bədbəxt anlar sənin tərəfindən yaşanacaq.”

Düşüncələrə daldın.

“Niyə?” deyə soruşdun. “Bunları niyə edəsən ki?”

“Çünki bir gün sən də mənim kimi olacaqsan. Çünki bu sənsən. Sən mənimkimilərdənsən. Sən mənim körpəmsən.”

İnanmayaraq, “Nə?!” dedin. “mənim bir Tanrı olduğumu deyirsən?”

“Yox. Hələki yox. Sən çağasan. Hələ böyüyürsən. Bütün zamanlardakı insanların hamsının həyatını yaşayandan sonra Tanrı olaraq doğulacaq qədər böyümüş olacaqsan.”

“Yəni.. Bütün kainat,” dedin. “sadəcə...”

“Yumurta,” deyə tamamladım. “Yeni həyatına başlamanın vaxtı gəldi."

Və səni yoluna göndərdim.


Comments

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...