Sizə mənə görə möhtəşəm olan bir hekayəni təqdim etmək istəyirəm. Ümid edirəm ki, ön yarğılı olub hekayəni kiçiltməyəcəkiniz anlam cəhətdən. Amma məncə möhtəşəmdir. Bütün müəllif hüquqları Andy Weir-a məxsusdur və əlimdən gəldikcə tərcümə etməyə çalışdım. Xoş mütaliələr.
Sən öləndə maşınınla
evinə gedirdin.
Maşın qəzası idi: fərqli
qəza deyildi, amma nəticə ölümcül oldu. Arxanda həyat yoldaşını və iki uşağını
qoydun. Ağrısız ölüm idi. Təcili Yardımdakılar səni xilas etmək üçün əllərindən
gələni etdilər, ama yararı olmadı. Vücudun çox zərər görmüşdü və yaxşı
ki, ölmüsən deyə bilərəm.
Bax orda qarşılaşdıq.
“Mənə nə oldu?” deyə
soruşdun. “Hardayam?”
“Öldün” deyə ciddi cavab verdim. Sözü uzatmağın mənası
yox idi.
“Bir.. bir yük maşını
vardı və yoldan çıxmışdı..”
“Hə”.
“Yəni… yəni öldüm?”
“Hə. Amma kədərlənmə,
hər kəs ölür necəsə.”
Ətrafına baxdın. Tam
bir heçlik. Sadəcə sən və mən. “Bura haradı?” deyə soruşdun. “Bura ölümdən
sonrasıdır?”
“Elə də demək
olar.”
“Həyat yoldaşım…
Uşaqlarım…”
“Niyə dedin bunu?”
“Yaxşı olacaqlar?”
“Bax bu, eşitməyi xoşladığım bir şeydi. Ölürsən, amma tək maraqlandığın ailəndi.
Bu, yaxşı baxış bucağıdır.”
Heyranlıqla mənə baxdın. Sənin gözündə Tanrıya bənzəmirdim, hər hansı biri
kimi qəbul edirdin məni. Ya da qadın. Tanrıdan daha çox dil müəllimi.
“Narahat olma”, dedim. “Yaxşı olacaqlar. Uşaqların səni
həmişə xoş təəssüratlarla xatırlayacaq. Sənə mənfi hislər duymağa zamanları
olmadı. Həyat yoldaşın isə.. Xaricdən matəmdə olacaq, amma gizlidən gizliyə
rahatlayacaq. Düzünü desəm, evliliyin məhv olmağa başlamışdı. Səni məmnun edəcəksə,
rahatladığı üçün peşmanlıq duyacaq.”
“Ha..” dedin. “Yaxşı, bəs indi nə olacaq? Cənnətə ya da cəhənnəmə gedirəm?”
“Heç biri.” dedim. “Yenidən doğulacaqsan.”
“Ha, demək hindlilər haqlı çıxdı.”
“Bütün dinlər, özlərincə haqlıdılar.” dedim. “Gəl mənimlə
gəzişək.”
Boşluqda yeriməyə başlayanda yanımca məni təqib etməyə başladın.
“Hara gedirik?”
“Xüsusi bir yerə getmirik.”, dedim. “Gəzişəndə söhbət
etmək daha maraqlı olur.”
“Onda nə anlamı var?” deyə soruşdun. “ Təkrar doğulacamsa, ağappaq bir səhifə
kimi olacaq, hə? Körpə kimi. Yəni bütün təcrübələrim və bu həyatımda etdiklərimin
heç biri anlam daşımır daha.”
“Heç elə deyil!” deyə iradımı gördün. “Bütün geçmiş
həyatlarının və təcrübələrinin məlumatlarını daşıyırsan. Bunları xatırlamırsan
sadəcə.”
Gəzişərkən dayanıb səni çiyinlərindən tutdum. “Ruhun inana biləcəyindən
çox daha möhtəşəm, gözəl və böyükdü. İnsan zehni, əslində malik olduğunun çox
kiçik bir qismini daşıya bilir. Bu, isti ya da soyuq olduğunu bilmək üçün
barmağını bir stəkan suya salmaq kimidi. Özündən kiçik bir qisimlə suyu təcrübədən
keçirib barmağını geri çəkəndə o təcrübənin bütününə sahib olursan.
Son 48 ilini bir insanın bədənində keçirdin. Özünü inkişaf etdirib o sonsuz
şüurunu hələki qavraya bilməmisən. Orada yetərincə qala biləndə hər şeyi
xatırlamağa başlayardın. Amma həyatlar arasında keçid edəndə bunu etməyin bir
anlamı yoxdu.
“Yaxşı neçə dəfə təkrar-təkrar həyata gəlmişəm?”
“Çox.. inan mənə yetərincə çox. Və hər biri o birindən çox fərqli olan həyatlar.
Bu dəfə Çində, miladdan sonra 540-cı ildə doğulan kəndli bir qız olacaqsan.”
“Bir saniyə, nə?!” deyə çox təəccübləndin. “Məni zamanda geri göndərirsən?!”
“Deyəsən, elə çıxır, hə. Zaman, bildiyin kimi, sadəcə sənin kainatında var.
Mənim gəldiyim yerdə işlər fərqlidi.“
“Sənin gəldiyin yer?“ soruşdun.
“Əlbəttə“, dedim. “Mən də bir yerdən gəlirəm. Başqa bir yerdən. Və mənim
kimi başqaları da var. Oranın necə olduğunu bilmək istəyəcəksən, bilirəm,
amma açığı danışsam da anlamazsan.“
“Ha,“ dedin, bir az da xəyal qırıqlığına düşərək. “Bir saniyə. Əgər zaman
içində başqa başqa yerlərdə reankarnasiya oluramsa, bir nöqtədə özüm-özümlə
rastlaşa bilərəm.“
“Əlbəttə. tez-tez olur bu. Amma iki həyat da sadəcə öz ömürlərindən xəbərdar
olduqları üçün fərqinə varmırsan.“
“Onda bütün bunlara nə gərək var?“
“Ciddən?“ deyə soruşdum.“Ciddən? Məndən həyatın mənasını soruşursan? Bu bir
az bəysayağı sual olmadı ki?”
“Məncə ağla yatan sualdı.”
Gözlərinin içinə baxdım. “Həyatın anlamı, bu kainatı yaratmağımın tək
səbəbi, sənin yetkinləşməndı.”
“İnsanlığı nəzərdə tutursan? Yetkinləşməyimizi istəyirsən?”
“Yox, ancaq sən. Bütün kainatı sənin üçün yaratdım. Hər həyatla bərabər
böyüyür, yetkinləşir və daha böyük bir zəka olursan.“
“Ancaq mən? Bəs digərləri?”
“Başqa heç kim yoxdu. “, dedim. “Bu kainatda sadəcə sən və mən
varıq.”
Mənə boş baxışlarla baxdın. “Amma dünyadakı milyardlarla insan...”
“Hamsı sənsən. Başqa bədənlərdəki sən.”
“Dayan. Hər kəs mənəm?”
Kürəyinə bir təbrik vuruşu ilə, “Bax indi daşlar yerinə oturur”, dedim.
“Bütün zamanlarda yaşamış insanların hamsı mənəm?”
“Və yaşayacaq olanlar, hə.”
“Abraham Lincoln mənəm?”
“Onu öldürən John Wilkes Booth da sənsən”, deyə əlavə
etdim.
Dəhşət içində, “Hitlerəm?” dedin.
“Və öldürdüyü milyonlarsan.”
“İsayam?”
“Və onu təqib edən hər kəs.”
Səssizliyə büründün.
“Nə vaxt
birisinə haqsızlıq etsən”, dedim, ”özünə
etmiş olursan. Etdiyin bütün yaxşılıqları da özünə edirsən. Yaşanmış və
yaşanacaq bütün xoşbəxt və bədbəxt anlar sənin tərəfindən yaşanacaq.”
Düşüncələrə daldın.
“Niyə?” deyə soruşdun.
“Bunları niyə edəsən ki?”
“Çünki bir gün
sən də mənim kimi olacaqsan. Çünki bu sənsən. Sən mənimkimilərdənsən. Sən mənim
körpəmsən.”
İnanmayaraq, “Nə?!”
dedin. “mənim bir Tanrı olduğumu deyirsən?”
“Yox. Hələki
yox. Sən çağasan. Hələ böyüyürsən. Bütün zamanlardakı insanların hamsının həyatını
yaşayandan sonra Tanrı olaraq doğulacaq qədər böyümüş olacaqsan.”
“Yəni.. Bütün kainat,”
dedin. “sadəcə...”
“Yumurta,” deyə tamamladım. “Yeni həyatına
başlamanın vaxtı gəldi."
Və səni yoluna göndərdim.

ela hekayə imiş.Təşəkkür edirəm.
ReplyDelete