Skip to main content

Jeff Abbott - Panic

Daha bir milli oxucularımızın elə də agahdar olmadığı mükəmməl romanla görüşünüzdəyəm. Avropa Oyunlarının vəsilə olduğu tez başlayan tətildən istifadə edib sürətlə yeni kitabların kəşfinə çıxmışam. Tədqirindən çox tənqidini eşitdiyim əziz dostun məsləhətiylə aldığım bu yeni kitab haqqında həqiqətən də danışmağa dəyər. Beləliklə,




Evan Casher öz sabit qanunlarıyla davam edən həyatında yeni heç nə gözləmir. Sənədli film rejissorluğuyla məşğul olan Evanın sevgi dolu fotoqraf anası, kompyuter mühəndisi atası və yeni sevgilisi Carriedən başqa həyatı yoxdur. Öz işinə bağlı bir həyat yaşayan Evan bir səhər anasının gözlənilməz zəngləriylə oyanır və həmin səhər həyatının dönüm nöqtəsi olur. Anasının təkidi ilə yanına gedən Evan, anasıını evdə ölü tapır. Yaşadığı şoku geridə qoymamış gizli bir cəsus şirkətinin əlinə düşən Evan həyatının ondan gizli üzü ilə tanış olur. Kitab inanılmaz bir anlatım şəkli, bir səhifə, abzas, sətir belə öz tempini aşağı salmadan davam edir. Ölkələrarası soyuq müharibə, cəsusluq, sevgi, xəyanət, yalan və güvənin müşahidəsi ilə davam edən kitab çox kəskin bir zəkanın məhsulu olduğunu biruzə verir. 


Çox tərəfli cəsusluqla məşğul olan gizli bir şirkət. Keçmiş etibarını geri qazanmaq üçün mübarizə aparan keçmiş Cəsus.  öz içindəki satılmış xainləri müəyyənləşdirməyə çalışan CİA-in xüsusi komandası. Aşkar olunmamaları üçün mübarizə aparan satılmış cəsuslar. Mİ5. Mİ6. Və əslində yaşadığı həyatın tamamən bir yalan üzərində qurulmuş olduğundan xəbərsiz olan Evan Casher. 

Kitab son səhifəsinə kimi necə nəticələndiyini bildirmədən mükəmməl zəka oyunları ilə səhifələrini necə çevirdiyinizin fərqinə varmamağınızı təmin edəcək. Bu kitab mənə son kəz John Grishamın "The Racketeers" romanında duyduğum oxşar həyəcanı verdi. (The Racketeer" haqqında yazım burada) Kəşf etməyi planladığım başqa bir yazar Lee Childin dediyi kimi, "Panik, dövrümüzün klassikası olacaq."

Mükəmməl bir şəkildə həyatının tamamən yalanlardan ibarət olduğunu öyrənən və bütün bu inanılmaz hadisələr içində daxilindəki şok duyğusuyla öz ailəsini, keçmişini və şəxsiyyətini geri qazanmağa çalışan Evan Casherin hekayəsini oxumağa həqiqətən dəyər. Macərapərəstlər! Hələ də John Verdon kitablarında ilişib qalmısınızsa, sizin üçün gizli çıxış yolu təqdim edirəm. Jeff Abbott. Bəzən çıxmazyollar görünmədən sola dönə bilir. 

Xoş Qiraətlər. 

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...