Skip to main content

Jeff Abbott - Trust me(Güven Bana)

İstirahət səfəri öncəsi evdəki hamının "Həmid, dur, dur ,dur" deməsinə baxmayaraq, bu kitabı bitirmədən yola çıxmadım. Çünki yolun öz kitabı var. Malı Mala qatmazlar. 

Beləcə bu gün hüzurlarınıza başqa bir Jeff Abbott romanıyla gəlmişəm.

Jeff Abbott - Trust Me( Güven Bana )

24 yaşında Luke Dantry gənclik illərini daha uşaqkən yaşadığı şokun təsirləri, kabusları ilə keçirir. Atasını terror nəticəsində partlayan təyyarədə itirən Luke atasının dostu və ögey atası Henry üçün sosial şəbəkələrdə terrora meylli adamların düşüncələri və niyə belə davrandıqları haqqında araşdırma aparır. müxtəlif saxta accountlar yaradır, radikallarla radikal və tolerant insan kimi danışıb verdikləri reaksiyaları qeyd edir. Qısacası potensial terroristləri üzə çıxarır. Amma Henry'nin bu insanlar barədə başqa planı var..

Kitab terrorizmlə dünyanı dəyişəcəyinə inanan "Gecə Yolu" adlı təşkilatın dünyanı dəyişmək adına planladığı "Cəhənnəm Atəşi" adlı müthiş terror planı üçün ərəb şeyxinin təmin etdiyi 50 millyon dollar uğrunda mübarizə aparan hər daşın altından çıxan Jane adlı sirli qadın, Quicksilver adlı dövlətə bağlı olmayan sirli bir təşkilat və heçnədən xəbəri olmayan Luke. 


Jeff Abbot onsuz da Panic( haqqında burada) romanıyla güclü zəkasıyla məni məst etmişdi. John Grishamdan sonra halaldı zəkana dediyim yazarın bu kitabı isə başlı başına sosial psixoloji araşdırmanın necə mükəmməl aparıldığını göstərir. Bəzi kitablar var ki, onlar sadəcə olaraq kitabdır. Yazarın öz xəyal dünyasında yaratdıqlarına əlavə etdiyi cümlələrdən ibarət şirin bir kitab. Amma bəziləri çox dərin araşdırmanın nəticəsi olduğunu hər səhifəsində biruzə verir. Bax bu kitab ikincilərdən idi.

Bir insan niyə çarəni radikallıqda tapar? Necə olur ki, insanın ruhu içindəki mərhəmət duyğusundan kasadlaşıb terror kimi bir yola baş vurar? Böyük pislikləri planlayan bir liderin məntiqdən arınmış bir nifrətlə, qürurla, eqoizmlə dolu düşüncələrinin mənbəyi nədir? Bir kamikadze özünü öldürməmişdən öncə hansı yalanlarla etdiyinin məntiqiliyinə inanar? Bütün bu terror küləyinin səbəbi nədəndir?
Abbottun verdiyi cavablarsa inanılmaz dərəcədə xırdalıqlarda yatır. 

Bu kitab mənim insanlığa dair fikirlərimin təsdiq tapmış halı oldu. İnsan uzun müddətli bir yatırımdı. İnsan formalaşanda ona çəkilən əziyyətlər çox gec öz nəticəsini göstərir. və Ən qəribəsi insanın xarakterini formalaşdıran bütün ömrü boyu ona öyrədilənlər yox, öyrədilənlər arasında aldığı travmalardı. Ona görə vaxt varkən uşaqlara necə yemək yeməli olduğu qaydasına çox da önəm vermədən bir travma ilə qarşılaşanda necə reaksiya verməli olduğunu öyrətməliyik. Ərdəm bunda yatır.

Jeff Abbott yenə üstün zəlkası ilə son səhifəsinə kimi sonu necə biəcəyi bəlli olmayan bir roman yaradıb. Janrının bacarıqlısı olan bu yazara ayaq üstə alqış səsləndirirəm. 

Beləcə sözü uzatmadan, Hər birinizə xoş qiraətlər diləyirəm. Kitabsız həyat həyat deyil. Vaxt varkən oxuyun. Oxuyun ki, ulduzları içmənin dadını biləsiniz. 

"Gəlin, Gəlin! Ulduzları içirəm..!" Dom Pierre Perignon (Şampanın mucidi)

Yazarın digər kitabı haqqında yazım - burada.

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...