Skip to main content

Laini Taylor - Daughter of Smoke and Bone #2 (Days of Blood and Starlight)

Beləcə kitablar və Avropa Oyunlarındakı işimlə birgə keçən iyun ayının sonuna yaxınlaşırıq. Və bu dəfə sizə daha öncə bəhs etdiyim bir kitabın ortancıl qardaşı ilə qonaq gəlmişəm. Beləliklə,


Laini Taylor - Days of Blood and Starlight ( Kan ve Yıldız Işığı Günü )

Daughter of Smoke and Bone kitabı ilə KarouAkivanın zehninizdə uzun müddət iz buraxacaq hekayəsini oxuyanlar bilir. Bu kitabla isə bu ikilinin ağılalmaz həyat hekayəsinə davam edirik. 

Həyatı haqqında ağlından silinmiş bütün xatirələrini geri qazanan Karou Eretzdə son dəfə xatırladığından fərqli bir dünya ilə rastlaşır. Mələklərin qalib gəldiyi bir dünya. Vəhşi Canavar damğasıyla sürgün edilmiş, məhv edilmiş, öldürülmüş ya da qul kimi işlədilən Kimeraların olduğu dünya. Və hamsının səbəbi isə çox qüssəlidir. əlacsız qalmış Akivanın səbəb olduğu Kimeralarsız olan Eretz..


Karou Brimstone'dan sonra dirildici rolunu boynuna götürür və yox olan döyüşcü Kimeraları qiyam üçün geri qaytarır. Yazarın öz dili ilə desək, "küllərindən yenidən doğan" qiyamçıların başında isə köhnə Eretzin ən cəsur və qəddar döyüşçüsü Thiago var. Ağ tükləri ilə göz alıcı bir təbii vəhşiliyi ilə seçilən canavar bədənini öz ruhuna geydirən Thiagonun əvvəlki dünyadakıtək atasının kölgəsində qalan sadəcə bir cəngavər olmaq məqsədi yoxdu. Bu dəfə lider odu və ruhu ləkəli olan birinin liderliyinin nəyə qadir olacağını oxuduqca anlayacaqsınız. Amma mələklər və ya Sərafların içində son qalibiyyətləri ilə özlərini sadəcə olaraq silah kimi görən hökmdar Joramın 300-ə yaxın ögey övladının içində insanı duyğular yaranmağa və daha da önəmlisi suallar yaranmağa başlayıb və bu sualın qığılcımını böyük bir alova çevirən Akivanın özü də bu sual ilə 18 ildir ki içində gizlətdiyi xəyallarındakı dünyanı yaratmağa çalışır: "Niyə Öldürürük?"

Sizə qısacası bunu deyim ki, bu kitab elə bir kitabdır ki, haqqında düşünmək belə insanda başqa bir ovqat yaradır. Kitabın Fasda baş verən hadisələr olan hissəsini düşünəndə insan sanki üzündə o qum dolu istiliyin toxunuşunu hiss edir, Praqadakı hissəni dşünəndə əlinə toxunan ağappaq qar dolu soyuqluğu hiss edir. Eretzi düşünəndə isə içinizdə sanki hisslər toplusu tüğyan edəcək. Əslində J.R.R.Tolkienin hamımıza "The Lord of Rings""The Hobbit" kitablarının ortaq dünyası olan "Orta Dünya"sı mənim çox sevdiyim bir fantastik dünyadı. Və ondan sonra ikinci dəfə məni bu qədər təsirləndirməsi Eretzin, çox xoşuma gəldi. 

Bu sözümə güvənin, əgər metroda, avtobusda, küçədə, parkda ya da elə evinizdə gecənin sərinliyində yatağınızda sizi tamamən fərqli bir dünyanın bürüməsini istəyirsinizsə, mütləq bu seri kitaba başlayın. İlk hissə barədə yazımı buradan oxuya bilərsiniz və ilk kitabı oxuyandan sonra ikincini sifariş vermək üçün tələsəcəksiniz. 

Bir tərəfdə Kimeraları yenidən diriltməyə çalışan Karou, bir tərəfdə yeni müharibənin arxasıyca qaçan Mələk hökmdarı Joram, başqa bir tərəfdə alçağlığı ilə ürəyinizi bulandıracaq Kimera varisi Thiago və yeni bir dünyani yaratmaq üçün çalışan gözalıcı gözəlliyi və sanki içəriyə doğru alovlanan qanadlarıyla Akiva... Bu kitabı həqiqətən oxumağa dəyər. Və sonunda Joramın qardaşı Jaelin kitaba surpriz şəkildə daxil olub bütün düşüncələrinizi alt üst edib üçüncü kitabı gündüz işığında belə fənərlə axtarmanıza səbəb olacağını da deməklə bitirim bu yazını.

Kəndin Filosofuna güvənin və əmin olun, həqiqətən xoş qiraətlər olacaq bu. :)


Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...