Yeni il gəlir. Yeni günlər, yeni planlar, yeni bir ömür. Bilirəm, bunun kimi daha daha neçə illəri geridə qoymuşuq və bu da onlardan biridi. Amma hər yeni il, hər yeni gün yeniliklər edib bir şeyləri dəyişmək üçün mükəmməl bir şansdı. Nə gözəl, dəyərləndirənə.
ömrümün ilk 20li yaşını özündə daşıyan 2016-nı geridə qoyduq. Sən, hələ də israrla məni oxumağa davam edən oxucu, təkcə sənin üçün yox, həm də özüm üçün bir qısa göz atmaq istərəm bu 2016cı il nə idi, nələr baş verdi, necə yaşadıq, necə bitirdik. :)
Əslində bu günə kimi il sonu barədə yazanda sevinclə kitablar haqqında danışardım. İl boyu oxuduqlarımdan, yeni tanıdığım kitablardan, duyduğum sevincdən və.s. Bu gün hiss edirəm ki, bu haqda yazmaq bir az hüznləndirir. Deməkki bu il ərzində cəmiyyətdə, insanlar arasında, öz şəxsi həyatımda olmalı olduğum mövqedən kənara çıxmışam. Şəxsi uğurlarımı yalnızca abstrakt anlayışlar təşkil edib. Amma bu düşüncənin mənliyimi tam ələ keçirməsinə imkan verməyən bir neçə amil var:
ilki əlbəttə ki, debat klubumuzdu. Bu il kökündən yeni bir klub yaratdıq. ilin ilk yarısını sürünsək belə, ikinci yarsı gözləntilər çərçivəsindəydi. Bu yazını oxuyanlar arasında, onlardan kimsə varsa, bilsinlər ki, hər birinə duyduğum sevgi, hörmət və bağlılıq mən bu kluba gələndə olan insanlara bağlılığımdan daha çoxdu(amma Toğrulla dirəşməyin, o ayrı aləmdi mənim üçün) :D
Bu il özümü həkim kimi hiss elədim. bütün tətilimi insanlıqdan çıxacaq dərəcədə gecələri növbələrdə xərclədim. Həmin gecələr mənliyimi zədələdi. Xarakterimi döyəclədi. Yükümü artırdı amma inandıqlarıma güvənimi artırdı. UStadın prinsipinə sadiq qaldı: İnsanı formalaşdıran aldığı travmalardı.(Sözsüz ki, Həmidin ustadı kim ola bilər? Arabir açın Stephen King oxuyun, fakirlər :) )
Bu il müəlllimlik etməyə başladım. yeni ilə xeyli tələbəylə girirəm və gerisi də gələcək yəqin ki. Bu işdən həqiqətən zövq alıram. Bəlkə gələcəkdə də davam etdim.
Hə kitablar barədə danışmaqdan hara qədər qaça bilərəm ki? İlin ilk yarısı dayanmadan oxumuşam və ikinci yarsı qırıq qırıq olan psixikam səbəbilə uzaq düşəsi oldum. Amma bir il içində Michael Moorcock, Brandon Sanderson, Michael Connely, Frederich Forstyh, Neil Gaiman, Stephen King, Patrick Rothfuss, Kazuo İshiguro, Patrick Ness, Scott Lynch, Sidney Sheldon, Mike Resnick, Nəcib Məhfuz, Derek Landy kimi yazarları bir araya sığdırmağı bacardım. Bu ili Fantasy ili elan edə bilərəm. Həqiqətən mööhhtəşəm bir kitablar külliyyatı idi bu. İlin kitabını seçməkdə çətinlik çəkirəm düzü. Çünki bir il daxilində ustaddan dillərə datsan olası roman oxudum. iki arzularımın kitabını Gaiman və Rothfussdan oxumaq şansı əldə elədim. İlin tapıntısını seçə bilərəm amma.
Brandon Sanderson. üstündən atladığım illərə heyif. Vaxtında oxumalı idim.
İlin düşüncə adamını da seçə bilərəm əslində,
Michael Moorcock. 4 kitabı ilə könlümdə taxt qurdu rəsmən.
İlin "səhifəsindəki dünyada yaşamaq arzusu oyandıran" kitabını seçə bilərəm, ki bunu sırf o kitabı ayrı ayrı bir də vurğulayım deyə edirəm, çünki tamm 4 il oxumağın arzusu ilə alışıb yanmışam.
Patrick Rothfuss.
İlin "xəyal qırıqlığı" isə işin ən maraqlı seçim olacaq.
Həmid Babayev. Namı-diğer Kəndin Filosofu. Səndən çox şey gözləyən bəzi dostların var, kişi. Yazacaqlarını oxumaq həvəsində olanlar. Amma yazmırsan. bu il tam 2 gözəl ideyanı zibil etdin. Niyə yazmadığını hələ özüm də anlamamışam, amma bacara bilməyəcəyin bircə iş belə yoxdu. Daha romantik, duyğusal hekayələr yazan adam deyilsən, onu yazacaq qədər özünə inamın qalmayıb. Amma digər ideyalarda bacara biləcəyin çox şey var. Adam ol və yaz.
Bu il musiqilər baxımından qəşəng il oldu. Hansını ilin "tapıntı"sı adlandırım bilmirəm. Amma tapdığım gündən bəri təkrar-təkrar dinlədiyim və mənə güc verən Gary Barlow du yəqin ki. Bir dəfə konsertindən bir hissə paylaşmışdım, bu dəfə də ikincini paylaşacam. Dinləyin və zövq alın. keçid, burda.
Ən son olaraq, irəlidə başqa bir il var. Bu il sizə hər şeyi az da olsa, fərqli etməkçün şansdı. Keçən il bu vaxt nələr arzuladığınızı xatırlayın. Onlra nə qədər yaxınlaşıb, nə qədərini əldə edə bildiyinizə diqqət edin. Həm də, bir düşünün, həqiqətən, o arzulara nəfəsinizi xərcləməyə dəyərdi mi. Ruzi, bərəkət, sülhj, əminamanlıq. bilmirəm. Bu kimi arzulara könlünüzdən gələ biləcək xoş sözləri sərf etmək lazım idi mi? bəlkə nişanı doğru yerə almırıq? Bəlkə hədəfimizi daha realistik tutmalıyıq? Başqa bir ustad demişkən " bu dəfə hədəfinizi bir az kiçik tutun".
Qaranlıqdan çıxıb işıq üzü gprməyinizə səbəb olacaq arzular uğrunda vuruşub ona çatmağınıza yardım edəcək məqsədlər arzu edirəm sizə. Ustad demişkən, "Hər kəsin içində yaxşı birisi olduğuna inanıram. Ən azından özüm elə biriyəm.
Əmin olmadığım sizsiniz."

İlahi, bir ildə nələr oxumusan...
ReplyDelete