Skip to main content

Hədəflərimiz və ümidlərimiz

Yeni il gəlir. Yeni günlər, yeni planlar, yeni bir ömür. Bilirəm, bunun kimi daha daha neçə illəri geridə qoymuşuq və bu da onlardan biridi. Amma hər yeni il, hər yeni gün yeniliklər edib bir şeyləri dəyişmək üçün mükəmməl bir şansdı. Nə gözəl, dəyərləndirənə.

ömrümün ilk 20li yaşını özündə daşıyan 2016-nı geridə qoyduq. Sən, hələ də israrla məni oxumağa davam edən oxucu, təkcə sənin üçün yox, həm də özüm üçün bir qısa göz atmaq istərəm bu 2016cı il nə idi, nələr baş verdi, necə yaşadıq, necə bitirdik. :)

Əslində bu günə kimi il sonu barədə yazanda sevinclə kitablar haqqında danışardım. İl boyu oxuduqlarımdan, yeni tanıdığım kitablardan, duyduğum sevincdən və.s. Bu gün hiss edirəm ki, bu haqda yazmaq bir az hüznləndirir. Deməkki bu il ərzində cəmiyyətdə, insanlar arasında, öz şəxsi həyatımda olmalı olduğum mövqedən kənara çıxmışam. Şəxsi uğurlarımı yalnızca abstrakt anlayışlar təşkil edib. Amma bu düşüncənin mənliyimi tam ələ keçirməsinə imkan verməyən bir neçə amil var:
ilki əlbəttə ki, debat klubumuzdu. Bu il kökündən yeni bir klub yaratdıq. ilin ilk yarısını sürünsək belə, ikinci yarsı gözləntilər çərçivəsindəydi. Bu yazını oxuyanlar arasında, onlardan kimsə varsa, bilsinlər ki, hər birinə duyduğum sevgi, hörmət və bağlılıq mən bu kluba gələndə olan insanlara bağlılığımdan daha çoxdu(amma Toğrulla dirəşməyin, o ayrı aləmdi mənim üçün) :D

Bu il özümü həkim kimi hiss elədim. bütün tətilimi insanlıqdan çıxacaq dərəcədə gecələri növbələrdə xərclədim. Həmin gecələr mənliyimi zədələdi. Xarakterimi döyəclədi. Yükümü artırdı amma inandıqlarıma güvənimi artırdı. UStadın prinsipinə sadiq qaldı: İnsanı formalaşdıran aldığı travmalardı.(Sözsüz ki, Həmidin ustadı kim ola bilər? Arabir açın Stephen King oxuyun, fakirlər :) )

Bu il müəlllimlik etməyə başladım. yeni ilə xeyli tələbəylə girirəm və gerisi də gələcək yəqin ki. Bu işdən həqiqətən zövq alıram. Bəlkə gələcəkdə də davam etdim.

Hə kitablar barədə danışmaqdan hara qədər qaça bilərəm ki? İlin ilk yarısı dayanmadan oxumuşam və ikinci yarsı qırıq qırıq olan psixikam səbəbilə uzaq düşəsi oldum. Amma bir il içində Michael Moorcock, Brandon Sanderson, Michael Connely, Frederich Forstyh, Neil Gaiman, Stephen King, Patrick Rothfuss, Kazuo İshiguro, Patrick Ness, Scott Lynch, Sidney Sheldon, Mike Resnick, Nəcib Məhfuz, Derek Landy kimi yazarları bir araya sığdırmağı bacardım. Bu ili Fantasy ili elan edə bilərəm. Həqiqətən mööhhtəşəm bir kitablar külliyyatı idi bu. İlin kitabını seçməkdə çətinlik çəkirəm düzü. Çünki bir il daxilində ustaddan dillərə datsan olası roman oxudum. iki arzularımın kitabını Gaiman və Rothfussdan oxumaq şansı əldə elədim. İlin tapıntısını seçə bilərəm amma.

Brandon Sanderson. üstündən atladığım illərə heyif. Vaxtında oxumalı idim. 

İlin düşüncə adamını da seçə bilərəm əslində,

Michael Moorcock. 4 kitabı ilə könlümdə taxt qurdu rəsmən.

İlin "səhifəsindəki dünyada yaşamaq arzusu oyandıran" kitabını seçə bilərəm, ki bunu sırf o kitabı ayrı ayrı bir də vurğulayım deyə edirəm, çünki tamm 4 il oxumağın arzusu ilə alışıb yanmışam. 

Patrick Rothfuss. 

İlin "xəyal qırıqlığı" isə işin ən maraqlı seçim olacaq.

Həmid Babayev. Namı-diğer Kəndin Filosofu. Səndən çox şey gözləyən bəzi dostların var, kişi. Yazacaqlarını oxumaq həvəsində olanlar. Amma yazmırsan. bu il tam 2 gözəl ideyanı zibil etdin. Niyə yazmadığını hələ özüm də anlamamışam, amma bacara bilməyəcəyin bircə iş belə yoxdu. Daha romantik, duyğusal hekayələr yazan adam deyilsən, onu yazacaq qədər özünə inamın qalmayıb. Amma digər ideyalarda bacara biləcəyin çox şey var. Adam ol və yaz. 

Bu il musiqilər baxımından qəşəng il oldu. Hansını ilin "tapıntı"sı adlandırım bilmirəm. Amma tapdığım gündən bəri təkrar-təkrar dinlədiyim və mənə güc verən  Gary Barlow du yəqin ki. Bir dəfə konsertindən bir hissə paylaşmışdım, bu dəfə də ikincini paylaşacam. Dinləyin və zövq alın. keçid, burda. 

Ən son olaraq, irəlidə başqa bir il var. Bu il sizə hər şeyi az da olsa, fərqli etməkçün şansdı. Keçən il bu vaxt nələr arzuladığınızı xatırlayın. Onlra nə qədər yaxınlaşıb, nə qədərini əldə edə bildiyinizə diqqət edin. Həm də, bir düşünün, həqiqətən, o arzulara nəfəsinizi xərcləməyə dəyərdi mi. Ruzi, bərəkət, sülhj, əminamanlıq. bilmirəm. Bu kimi arzulara könlünüzdən gələ biləcək xoş sözləri sərf etmək lazım idi mi? bəlkə nişanı doğru yerə almırıq? Bəlkə hədəfimizi daha realistik tutmalıyıq? Başqa bir ustad demişkən " bu dəfə hədəfinizi bir az kiçik tutun".

Qaranlıqdan çıxıb işıq üzü gprməyinizə səbəb olacaq arzular uğrunda vuruşub ona çatmağınıza yardım edəcək məqsədlər arzu edirəm sizə. Ustad demişkən, "Hər kəsin içində yaxşı birisi olduğuna inanıram. Ən azından özüm elə biriyəm.

                                                                                Əmin olmadığım sizsiniz."





Comments

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...