Skip to main content

5 illik dostluq

Əziz oxucu,

Bu yazının sənə zərrə aidiyyatı yoxdu.
Səmimiyyətimə görə üzr istəyirəm, amma hər şeyi açıq deməkdə fayda var. Bu gün son 1 ildə bərk bərk gizlətməyə çalışdığım, zaman-zaman vaz keçməyə çalışdığım kimliyimin əsas şahidinin doğum günüdü. Bütün yeniyetməliyimin, sadəlövhlüyümün toplandığı məkanı yaratma qərarı almamın 5 illik yubileyidi. Son 1 ildə etdiyim bütün bu xəyanətkar davranışlarıma görə keçirdiyim üzgünlük hissini ifadə etməkdə çətinlik çəkirəm.

İlk gündən bu yana aralıqlarla da olsa, yazıları, paylaşımları oxuyan kimlər var aranızda, bilmirəm, əziz oxucu. Bu yazılara yanaşma tərzinizdən də bixəbərəm, indi oturub özüm də oxusam nə düşünəcəm, tam da əmin deyiləm. Amma bu yazılar canlıdı. Xatirələrlə dolub daşır. Hər birinin hekayəsi var. Heç biri adi məqamlar deyillər.


Bu gün oxuduğum bir Brandon Sanderson cümləsində rastlaşa biləcəyim gözəl metaforlardan biri ilə rastlaşdım. " gənclik xəyalları kimi əzilən". Xəyal etmə gücünüz nə qədər irəlidədi, nə qədər mükəməl şəxslərsiniz, bilmirəm. Amma oldum-olası özü-özüylə barışıq olan adi uşaq olmuşam. Xəyallarım böyük olub mu, bilmirəm. Amma bir şey dəqiqdi ki, yeniyetməliyimdə içimdə dönən bütün burulğanları burda necəsə yaşatmağa çalışmışam. Mənim xəyallarım hərhansısa başqa gənclik xəyalları kimi asan əzilmədi. Bu gün özümü hiss etdiyim bütün bu boşluğun, ağaran saçların, yuxusuz keçən gecələrin ya da qaralmış gözaltlarının bədəlini zamanında yetərincə xəyalpərəst olaraq ödəmişəm. Buna görə peşmanlıq duymuram. Kimliyimi qucaqlamaqda azadam!

Ötən 5 ilə ötəri yox, elə ötdüyü kimi baxıram. Burda indi oxusam bəyənməyəcəyim, yenə izləsəm, güləcəyim neçə-neçə kitab, film barədə yazmışam. Bir zamanlar həyatımın mərkəzində olan şəxslər üçün yazılar yazmışam. Yaşamışam. Buna verə biləcəyim ən gözəl açıqlamadı: yaşamışam.

Ötən son 1 ildə göstərdiyim bütün bu vurdum-duymazlığa görə üzgünlüyümü bilməni istəyirəm, əziz oxucu. Bura yazmadığım, səninlə paylaşmadığım bir çox önəmli hadisələr baş verib. Bir çox möhtəşəm kitablar oxumuşam. Burulğanında itdiyim bir neçə hekayəni beynimdə sonuna qədər yaşayıb, amma kəlimələrə çevirməmişəm. Bəzi filmlərin replikalarında itmişəm. Yaşana biləcək ən pis və ən gözəl şeyləri yaşamağa nail olmuşam. Yenidən özümü bir -başa, ya da ağız büzüb keçə biləcəyiniz hekayələrin, metaforların köməyi ilə sənə açmaq cəsarətinə yetişə biləcəm mi, səmimi olsam, bilmirəm. Amma daim bu kompüterim qarşısında keçəndə ana səhifədə varlığını görmək içimi isidir, bunu bilməni istərəm.

5 il çox böyük müddətdi. 5 il boyunca heç bir dostun ola bilmədiyi kimi dəstək olduğuna görə, paylaşdığım, paylaşmadığım bütün yazılara sahib çıxdığına görə, heç vaxt kim olduğumu unutmamamda pay sahibi olduğuna görə minnətdaram, əziz blog. Ümid edirəm ki, dostluğumuz illər uzunu davam edəcək.


"Günəşin doğuşunu izlərkən o anı tutmağı istərdim. Amma bunu heç vaxt edə bilməzdim. Şəklini çəkmək də işə yaramırdı. Gün doğumları fotolentlərdə  həqiqətdə olduğu qədər təsirli görünmürdü. Ən sonda, gün doğumunun tutula biləcək bir an olmadığını anladım. Gün doğumu bir hadisəydi. Onu tuta bilməməmin səbəbi dayanmadan dəyişməsiydi. Gözlərimi qırpdığım anda belə günəş yüksəlməyə, buludlar hərəkət etməyə davam edirdi. Gün doğumu daim yeni olan bir şeydi. Sən və mən anlar deyili, biz hadisələrik. Bir il öncəki Megan ola bilməyəcəyini deyirsən, amma kim bir il öncəki özüdü ki? Mən deyiləm, bu qədərindən əminəm. Hərəkət edən buludlar və yüksələn günəş kimi, biz də dayanmadan dəyişirik." Brandon Sanderson, Calamity. 


Comments

  1. Nə yaxşı ki bu blog var və sən yazırsan dost. Bu melodiya isə çox möhtəşəmdir. Yazdıqların kimi :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...