Əziz oxucu,
Bu yazının sənə zərrə aidiyyatı yoxdu.
Səmimiyyətimə görə üzr istəyirəm, amma hər şeyi açıq deməkdə fayda var. Bu gün son 1 ildə bərk bərk gizlətməyə çalışdığım, zaman-zaman vaz keçməyə çalışdığım kimliyimin əsas şahidinin doğum günüdü. Bütün yeniyetməliyimin, sadəlövhlüyümün toplandığı məkanı yaratma qərarı almamın 5 illik yubileyidi. Son 1 ildə etdiyim bütün bu xəyanətkar davranışlarıma görə keçirdiyim üzgünlük hissini ifadə etməkdə çətinlik çəkirəm.
İlk gündən bu yana aralıqlarla da olsa, yazıları, paylaşımları oxuyan kimlər var aranızda, bilmirəm, əziz oxucu. Bu yazılara yanaşma tərzinizdən də bixəbərəm, indi oturub özüm də oxusam nə düşünəcəm, tam da əmin deyiləm. Amma bu yazılar canlıdı. Xatirələrlə dolub daşır. Hər birinin hekayəsi var. Heç biri adi məqamlar deyillər.
Bu gün oxuduğum bir Brandon Sanderson cümləsində rastlaşa biləcəyim gözəl metaforlardan biri ilə rastlaşdım. " gənclik xəyalları kimi əzilən". Xəyal etmə gücünüz nə qədər irəlidədi, nə qədər mükəməl şəxslərsiniz, bilmirəm. Amma oldum-olası özü-özüylə barışıq olan adi uşaq olmuşam. Xəyallarım böyük olub mu, bilmirəm. Amma bir şey dəqiqdi ki, yeniyetməliyimdə içimdə dönən bütün burulğanları burda necəsə yaşatmağa çalışmışam. Mənim xəyallarım hərhansısa başqa gənclik xəyalları kimi asan əzilmədi. Bu gün özümü hiss etdiyim bütün bu boşluğun, ağaran saçların, yuxusuz keçən gecələrin ya da qaralmış gözaltlarının bədəlini zamanında yetərincə xəyalpərəst olaraq ödəmişəm. Buna görə peşmanlıq duymuram. Kimliyimi qucaqlamaqda azadam!
Ötən 5 ilə ötəri yox, elə ötdüyü kimi baxıram. Burda indi oxusam bəyənməyəcəyim, yenə izləsəm, güləcəyim neçə-neçə kitab, film barədə yazmışam. Bir zamanlar həyatımın mərkəzində olan şəxslər üçün yazılar yazmışam. Yaşamışam. Buna verə biləcəyim ən gözəl açıqlamadı: yaşamışam.
Ötən son 1 ildə göstərdiyim bütün bu vurdum-duymazlığa görə üzgünlüyümü bilməni istəyirəm, əziz oxucu. Bura yazmadığım, səninlə paylaşmadığım bir çox önəmli hadisələr baş verib. Bir çox möhtəşəm kitablar oxumuşam. Burulğanında itdiyim bir neçə hekayəni beynimdə sonuna qədər yaşayıb, amma kəlimələrə çevirməmişəm. Bəzi filmlərin replikalarında itmişəm. Yaşana biləcək ən pis və ən gözəl şeyləri yaşamağa nail olmuşam. Yenidən özümü bir -başa, ya da ağız büzüb keçə biləcəyiniz hekayələrin, metaforların köməyi ilə sənə açmaq cəsarətinə yetişə biləcəm mi, səmimi olsam, bilmirəm. Amma daim bu kompüterim qarşısında keçəndə ana səhifədə varlığını görmək içimi isidir, bunu bilməni istərəm.
5 il çox böyük müddətdi. 5 il boyunca heç bir dostun ola bilmədiyi kimi dəstək olduğuna görə, paylaşdığım, paylaşmadığım bütün yazılara sahib çıxdığına görə, heç vaxt kim olduğumu unutmamamda pay sahibi olduğuna görə minnətdaram, əziz blog. Ümid edirəm ki, dostluğumuz illər uzunu davam edəcək.
"Günəşin doğuşunu izlərkən o anı tutmağı istərdim. Amma bunu heç vaxt edə bilməzdim. Şəklini çəkmək də işə yaramırdı. Gün doğumları fotolentlərdə həqiqətdə olduğu qədər təsirli görünmürdü. Ən sonda, gün doğumunun tutula biləcək bir an olmadığını anladım. Gün doğumu bir hadisəydi. Onu tuta bilməməmin səbəbi dayanmadan dəyişməsiydi. Gözlərimi qırpdığım anda belə günəş yüksəlməyə, buludlar hərəkət etməyə davam edirdi. Gün doğumu daim yeni olan bir şeydi. Sən və mən anlar deyili, biz hadisələrik. Bir il öncəki Megan ola bilməyəcəyini deyirsən, amma kim bir il öncəki özüdü ki? Mən deyiləm, bu qədərindən əminəm. Hərəkət edən buludlar və yüksələn günəş kimi, biz də dayanmadan dəyişirik." Brandon Sanderson, Calamity.

Nə yaxşı ki bu blog var və sən yazırsan dost. Bu melodiya isə çox möhtəşəmdir. Yazdıqların kimi :)
ReplyDelete