Skip to main content

bu il nə oxudum və Dinozavrları çiçəklər öldürdü?

Əziz Oxucu,

  İl bitir və açığı düşünmürəm ki, il sonuna kimi daha bir kitab oxuyub bitirməyi bacaracam. İrəlidə çox önəmli bir imtahanım var, kitablar günahkar övlad kimi otağımın künündə üzlərini mənə tərəs çevirib dayanmaqla məşğuldular. 
  Ona görə də, erkəndən il sonu ədəbiyyat fikrimizi paylaşmaqda problem görmürəm.
  Bu il gücüm, daha çoxunu edə biləcəyi halda 23 kitaba çatdı. Kitabda yaşamağa vaxt qalmadı. Özümüz daha çox yaşadıq, çətin bir imtahanın öhdəsindən gəldim. Amma rahatlıqla deyə bilərəm ki, 23 gözəl seçilmiş kitab oxuya bildim (əsas etibarilə Stephen King üstünlüyü daşısa belə).

1. Stephen King - Salem's Lot
2. Stephen King - Christine
3. Tom Robbins - Jitterburg Parfume(Parfümün Dansı)
4. Somerset Maugham - Theatre(Teatr)
5. Neil Gaiman - Season of Mist(Düş Ülke)

6. Laini Taylor - Dreams of Gods and Monsters(Tanrı ve canavarların düşleri)
7. Raymond Chandler - The Big Sleep (Büyük Uyku)
8. Jonathan Safran Foer - Extremely loud und incredibly Clouse(Aşırı Gürültülü ve İnanılmaz yakın)
9. Mitch Albom - The Time Keeper( zaman tutucu )
10. Patrick Ness - The Rest of Ours just live here(Biz, Ölümlüler)
11. Philip K. Dick - Blade Runner(androidler elektrikli koyun düşler mi?)
12. Scott Hawkins -  The Library of Mount Char( kül dağındaki kütüphane)
13. Robert A. Heinlein - The Moon is a Harsch Mistress ( Ay zalim bir sevgilidir)
14. David Mitchell -  The Bons Clock ( kemik saatler)
15. Isaac Asimov -  The Gods themselves ( işte tanrılar)
16. Stephen King -  the Dark Half(hayatı emen karanlık)
17. Stephen King -  Dolores Claiborne
18. Stephen King - The Girl, who loved Tom Gordon( Tom Gordona aşık olan kız)
19. Stephen King - Cycle of Werewolf(Kurt Adamın döngüsü)
20. Robert A. Heinlein -  Double Star (ikiz yıldız)
21. Robert A. Heinlein -  Lost Legacy(kayıp miras)
22. Stephen King - On Writing (Yazma sənəti)
23. Stephen King - Gwendy's wish-box( Gwendy's Wunschkasten)

  Belə. Bilirəm, ilk baxışda yetərincə qorxuducu görünür, çünki demək olar Stephen King oxumaqla keçirmişəm ili. Və buralara köçəndən sonra bir Heinlein sevdası düşdü canıma, onu da ayrıca bir yazı ilə izah edəcəm.


  Növbəti il hiss edirəm ki, oxuma sayım bundan da aşağı olacaq, çünki artıq buralarda karyeramı qurmalıyam, irəlidə çətin yol var, amma ürəyiniz rahat olsun, tükədiciliyimizin azalması yaradıcılığımıza produktiv təsir göstərəcək. Blogdan daha tez-tez nəsə oxuyacaqsınız və bilmək olmaz, bəlkə növbəti il əlinizdə bir "Həmid Babayev" imzalı kitab oldu? 😶

  Çox böyük təəccüb və zövqlə oxuduğum kitab Tom RobbinsDavid Mitchelldən oldu. Tom Robbins üslubi baxımdan anologiyalar aparmağı sevən, çılğın romanlar yazmaqdan zövq alan biridi və yuxarıdakı romanı ilk 30 səhifədə sizi qadınlar, güc və hakimiyyət sahibi olan bir başçının saqqalındakı ağ tüklə başlayan ölüm macərasından başlayıb, "Noxud Kralı" olub yenidən ölümlə qarşılaşması ilə davam edir. Bu söhbət uca tanrı Pana qədər gedir, özünüzü  bir anda dinlərin qarışımı, ətirlər burulğanı və canalıcı suallar içində tapacaqsınız. məsələn, "Dinozavrları çiçəklər öldürdü" kimi. 

  David Mitchell isə tamam ayrı bir mövzudu. Haqqında burda daha geniş bir blog yazısı paylaşmışam və deyə bilərəm ki, üslubi baxımdan inqilab edən yazarlar tanımaq istəyirsinizsə və irəlidə "Bu Nobel almış yazarı mən daha öncədən oxumuşdum" demək istəyirsinizsə, açın oxuyun. Bu yazar çox iddialıdır!

Ustadımın Yazmaq üzərinə qələmə aldığı kitab isə.. Tam iki dəfə oxudum. İçini qeydlərlə doldurdum, nişanladığım yerlər saya-hesaba sığışmaz. Ayrıca bir yazını haqq edir, amma nədən başlayacağımı bilsəm də, nələri ayrıca qeyd edəcəyimi bilmirəm. Ona görə tərəddüddəyəm. Yazar olmaq istəyiniz varsa, öncə bir neçə King kitabı oxuyun, sonra isə bu kitabı əlinizə alın. Çox köməyi dəyəcək. Azərbaycanca nəşri də mövcuddu.

İlin xəyal qırıqlığı kim oldu desəniz, ustadın Tom Gordonla bağlı olan kitabı məni tətmin etmədi açığı. Eləcə də Robert A. Heinlein. Qüsurlu hesab etdiyim çox yönü var yazarın, amma bunun bir ideya maşını olaraq, fəlsəfi dəyər olaraq dərinliyinə xələl gətirmir.

 Siyahıda gənc və oxunmağı haqq edən bir neçə yazar var qeyd etdiklərimdən başqa. Məsələn J.S. Foer. Oxumadığım iki daha kitabı var evdə. yanıma gətirə bildiyim ilk imkanda oxuyacam. eləcə də Scott Hawkins. Hələ ki cəmi bir kitab müəllifidi, amma ikincisində də tərəddüd etməyəcəm. Yuxarıda qeyd etdiyim kitabın özətlə ifadə edilə biləcək ana mövzusu məncə budu, - Bir Tanrı necə yaradılar?



Qısacası, oxumaqdan vaz keçməyin. Klassiklərdən başınızı qaldırın və son 100 illik dönəmdə oturuşmuş üslublardan kənara çıxan yazarlarla tanış olun. Sizi təəccübləndirəcəklər. Düşündürəcəklər. Həyəcana salacaqlar, Ustadın sözü ilə desək, Sizi emosional olaraq yüksəldəcəklər, yüksəlin. Emosiyalar getdikdən sonra yerində fikirlər qalır. 










Comments

  1. Nə yalan deyim əvvəlki yazılarınız üçün darıxıram.

    ReplyDelete
    Replies
    1. Əvvəlki yazılar deyəndə hekayələri nəzərdə tutursunuz?

      Delete
  2. Son 3 yazınızdan əvvəlki hər şeyi. Sanki əvvəllər daha çox hisslərlə danışırdınız ama indi fikirlərlə. Məsələn “Bir badə musiqi “ qeyd etdiyiniz kimi ağrıları skitləşdirirdi. Ya da mən sayıqlayıram o da olar )

    ReplyDelete
    Replies
    1. Düzgün fikirdi. 😊 Zaman insanı dəyişdirir. Bu blog mənim son 6 ildəki dəyişimimi özündə daşıyır. Burdan sildiyim minimal sayda yazı var. Əlimdən gəldiyi qədər özümü ifadə etməyə çalışmışam, bu da mənim kommunikasiya üsulum olub.

      Amma həyatımın son 2 ili başqa cür keçib. Məsuliyyətlərlə dolu, özümü ifadə etməkdən vaz keçib özümü anlamağa meylli olmuşam. O meylin nəticəsidi ki, blog susqundu. Və yazıların üslubu dəyişir.

      Məncə, özünü yazar olaraq görmək istəyən hər bir kəs bir dəfə də olsun özünə sual verməlidi:
      Mən niyə yazmaq istəyirəm?

      Bu sualın cavabı mənim üçün dəyişib. Əvvəllər dilə gətirə bilmədiyim duyğularımı ifadə etmək üçün yazırdım. Burdakı bütün hekayələr(aon bir neçəsi xaric) necəsə başıma gələnlərin ifadəsidi. Amma indi o itkin duşmuş ruh kimi görmürəm özümü, hansı ki başa düşülməyə ühtiyac duyurdu. İndi hekayələr yazmaq istəyirəm, hansılarda ki oxucu özünü içində hiss etsin, özünə suallar versin. Özü özünə olan təskinliklərini o hekayələrdə tapmasın, özü üçün problemlər tapsın və sual versin, necə həll edəcək bunları deyə. Necə ki, "işığa çıxmaq" yazısında siz fikir bildirmişdiniz. 😊

      Könlünüz xoş olsun, bu yazılar sadə səmimi söhbətlərdi, əsl hekayələr, romanlar(😉) sırasını gözləyir. Onda sizi ağrıtmağı bacaracam ümid edirəm ki. Çünki ağrılar sakitləşdirmək istəmirəm, ağrılarla necə başa çıxa biləcəyinizi göatərmək istəyirəm. 😊

      Delete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...