Əziz Oxucu,
İl bitir və açığı düşünmürəm ki, il sonuna kimi daha bir kitab oxuyub bitirməyi bacaracam. İrəlidə çox önəmli bir imtahanım var, kitablar günahkar övlad kimi otağımın künündə üzlərini mənə tərəs çevirib dayanmaqla məşğuldular.
Ona görə də, erkəndən il sonu ədəbiyyat fikrimizi paylaşmaqda problem görmürəm.
Bu il gücüm, daha çoxunu edə biləcəyi halda 23 kitaba çatdı. Kitabda yaşamağa vaxt qalmadı. Özümüz daha çox yaşadıq, çətin bir imtahanın öhdəsindən gəldim. Amma rahatlıqla deyə bilərəm ki, 23 gözəl seçilmiş kitab oxuya bildim (əsas etibarilə Stephen King üstünlüyü daşısa belə).
1. Stephen King - Salem's Lot
2. Stephen King - Christine
3. Tom Robbins - Jitterburg Parfume(Parfümün Dansı)
4. Somerset Maugham - Theatre(Teatr)
5. Neil Gaiman - Season of Mist(Düş Ülke)
6. Laini Taylor - Dreams of Gods and Monsters(Tanrı ve canavarların düşleri)
7. Raymond Chandler - The Big Sleep (Büyük Uyku)
8. Jonathan Safran Foer - Extremely loud und incredibly Clouse(Aşırı Gürültülü ve İnanılmaz yakın)
9. Mitch Albom - The Time Keeper( zaman tutucu )
10. Patrick Ness - The Rest of Ours just live here(Biz, Ölümlüler)
11. Philip K. Dick - Blade Runner(androidler elektrikli koyun düşler mi?)
12. Scott Hawkins - The Library of Mount Char( kül dağındaki kütüphane)
13. Robert A. Heinlein - The Moon is a Harsch Mistress ( Ay zalim bir sevgilidir)
14. David Mitchell - The Bons Clock ( kemik saatler)
15. Isaac Asimov - The Gods themselves ( işte tanrılar)
16. Stephen King - the Dark Half(hayatı emen karanlık)
17. Stephen King - Dolores Claiborne
18. Stephen King - The Girl, who loved Tom Gordon( Tom Gordona aşık olan kız)
19. Stephen King - Cycle of Werewolf(Kurt Adamın döngüsü)
20. Robert A. Heinlein - Double Star (ikiz yıldız)
21. Robert A. Heinlein - Lost Legacy(kayıp miras)
22. Stephen King - On Writing (Yazma sənəti)
23. Stephen King - Gwendy's wish-box( Gwendy's Wunschkasten)
Belə. Bilirəm, ilk baxışda yetərincə qorxuducu görünür, çünki demək olar Stephen King oxumaqla keçirmişəm ili. Və buralara köçəndən sonra bir Heinlein sevdası düşdü canıma, onu da ayrıca bir yazı ilə izah edəcəm.
Növbəti il hiss edirəm ki, oxuma sayım bundan da aşağı olacaq, çünki artıq buralarda karyeramı qurmalıyam, irəlidə çətin yol var, amma ürəyiniz rahat olsun, tükədiciliyimizin azalması yaradıcılığımıza produktiv təsir göstərəcək. Blogdan daha tez-tez nəsə oxuyacaqsınız və bilmək olmaz, bəlkə növbəti il əlinizdə bir "Həmid Babayev" imzalı kitab oldu? 😶
Çox böyük təəccüb və zövqlə oxuduğum kitab Tom Robbins və David Mitchelldən oldu. Tom Robbins üslubi baxımdan anologiyalar aparmağı sevən, çılğın romanlar yazmaqdan zövq alan biridi və yuxarıdakı romanı ilk 30 səhifədə sizi qadınlar, güc və hakimiyyət sahibi olan bir başçının saqqalındakı ağ tüklə başlayan ölüm macərasından başlayıb, "Noxud Kralı" olub yenidən ölümlə qarşılaşması ilə davam edir. Bu söhbət uca tanrı Pana qədər gedir, özünüzü bir anda dinlərin qarışımı, ətirlər burulğanı və canalıcı suallar içində tapacaqsınız. məsələn, "Dinozavrları çiçəklər öldürdü" kimi.
David Mitchell isə tamam ayrı bir mövzudu. Haqqında burda daha geniş bir blog yazısı paylaşmışam və deyə bilərəm ki, üslubi baxımdan inqilab edən yazarlar tanımaq istəyirsinizsə və irəlidə "Bu Nobel almış yazarı mən daha öncədən oxumuşdum" demək istəyirsinizsə, açın oxuyun. Bu yazar çox iddialıdır!
Ustadımın Yazmaq üzərinə qələmə aldığı kitab isə.. Tam iki dəfə oxudum. İçini qeydlərlə doldurdum, nişanladığım yerlər saya-hesaba sığışmaz. Ayrıca bir yazını haqq edir, amma nədən başlayacağımı bilsəm də, nələri ayrıca qeyd edəcəyimi bilmirəm. Ona görə tərəddüddəyəm. Yazar olmaq istəyiniz varsa, öncə bir neçə King kitabı oxuyun, sonra isə bu kitabı əlinizə alın. Çox köməyi dəyəcək. Azərbaycanca nəşri də mövcuddu.
İlin xəyal qırıqlığı kim oldu desəniz, ustadın Tom Gordonla bağlı olan kitabı məni tətmin etmədi açığı. Eləcə də Robert A. Heinlein. Qüsurlu hesab etdiyim çox yönü var yazarın, amma bunun bir ideya maşını olaraq, fəlsəfi dəyər olaraq dərinliyinə xələl gətirmir.
Siyahıda gənc və oxunmağı haqq edən bir neçə yazar var qeyd etdiklərimdən başqa. Məsələn J.S. Foer. Oxumadığım iki daha kitabı var evdə. yanıma gətirə bildiyim ilk imkanda oxuyacam. eləcə də Scott Hawkins. Hələ ki cəmi bir kitab müəllifidi, amma ikincisində də tərəddüd etməyəcəm. Yuxarıda qeyd etdiyim kitabın özətlə ifadə edilə biləcək ana mövzusu məncə budu, - Bir Tanrı necə yaradılar?
Qısacası, oxumaqdan vaz keçməyin. Klassiklərdən başınızı qaldırın və son 100 illik dönəmdə oturuşmuş üslublardan kənara çıxan yazarlarla tanış olun. Sizi təəccübləndirəcəklər. Düşündürəcəklər. Həyəcana salacaqlar, Ustadın sözü ilə desək, Sizi emosional olaraq yüksəldəcəklər, yüksəlin. Emosiyalar getdikdən sonra yerində fikirlər qalır.

Nə yalan deyim əvvəlki yazılarınız üçün darıxıram.
ReplyDeleteƏvvəlki yazılar deyəndə hekayələri nəzərdə tutursunuz?
DeleteSon 3 yazınızdan əvvəlki hər şeyi. Sanki əvvəllər daha çox hisslərlə danışırdınız ama indi fikirlərlə. Məsələn “Bir badə musiqi “ qeyd etdiyiniz kimi ağrıları skitləşdirirdi. Ya da mən sayıqlayıram o da olar )
ReplyDeleteDüzgün fikirdi. 😊 Zaman insanı dəyişdirir. Bu blog mənim son 6 ildəki dəyişimimi özündə daşıyır. Burdan sildiyim minimal sayda yazı var. Əlimdən gəldiyi qədər özümü ifadə etməyə çalışmışam, bu da mənim kommunikasiya üsulum olub.
DeleteAmma həyatımın son 2 ili başqa cür keçib. Məsuliyyətlərlə dolu, özümü ifadə etməkdən vaz keçib özümü anlamağa meylli olmuşam. O meylin nəticəsidi ki, blog susqundu. Və yazıların üslubu dəyişir.
Məncə, özünü yazar olaraq görmək istəyən hər bir kəs bir dəfə də olsun özünə sual verməlidi:
Mən niyə yazmaq istəyirəm?
Bu sualın cavabı mənim üçün dəyişib. Əvvəllər dilə gətirə bilmədiyim duyğularımı ifadə etmək üçün yazırdım. Burdakı bütün hekayələr(aon bir neçəsi xaric) necəsə başıma gələnlərin ifadəsidi. Amma indi o itkin duşmuş ruh kimi görmürəm özümü, hansı ki başa düşülməyə ühtiyac duyurdu. İndi hekayələr yazmaq istəyirəm, hansılarda ki oxucu özünü içində hiss etsin, özünə suallar versin. Özü özünə olan təskinliklərini o hekayələrdə tapmasın, özü üçün problemlər tapsın və sual versin, necə həll edəcək bunları deyə. Necə ki, "işığa çıxmaq" yazısında siz fikir bildirmişdiniz. 😊
Könlünüz xoş olsun, bu yazılar sadə səmimi söhbətlərdi, əsl hekayələr, romanlar(😉) sırasını gözləyir. Onda sizi ağrıtmağı bacaracam ümid edirəm ki. Çünki ağrılar sakitləşdirmək istəmirəm, ağrılarla necə başa çıxa biləcəyinizi göatərmək istəyirəm. 😊
Gözləyəcəm.
ReplyDelete