Bəzi hekayələr var ki, onu
yazan müəlliflər bəlkə də necə bir cığırı, simvolu yaratdıqlarının fərqində
olmadan yazırlar. Bir mayak olur o. Təkcə dövrünün yox, bütün zamanların ilham
qaynağı olur. İlanın yalanına aldanan Adəm, Padrenin mərhəməti sayəsində
vicdanın yükünü daşıyan Jan Valjan, şövqünün coşğusuyla Günəş istisində məhv
olan İkterus, ya da çöllərin Məcnunu, Məcnun Leylası.. Sevgidən, sədaqətdən,
heç doymayan qəlbdən, dolmayan boşluqdan danışır Leyla ilə Məcnun. Növbəti min
ildə də danışacaq, danışılacaq.
![]() |
| "Son axşam yeməyi" portreti |
Leyla ilə Məcnun türk
sinematoqrafiyasının, serial tarixinin şah əsəridir. İrəlidəki yüzillikdə Bu
cür bir iş ərsəyə gətirmək üçün bu qədər orijinal ikinci ideya tapan ağla indidən
sayğılarımı çatdırıram, amma o günə kimi mövzumuz Leyla ilə Məcnun, qəlbimizdəki
isə çöllüyün istisi olacaq.
Absurd komediya janrında
yeni bir cığır açan seriala baxmamaq üçün səbəb tapmaq olmur, çünki nə istədiyinizin
çox bir fərqi yoxdu bir serialdan. Burda hər şey var, elmi-fantastika, epik
fantastika, alternativ tarix, komediya, tragikomediya, dram, romantika. Ssenaristinin
Burak Aksak, rejissorunun isə Türkiyənin fərqli işlər görməkdə bir nömrəsi olan
Onur Ünlü olduğu serialda Cengiz Bozkurtdan, Ali Ataya qədər çox gözəl
aktyorlar var. İşin texniki qismini kənara qoyub serialın özündən, bəzi məqamlarından
danışmaq istəyirəm.
Daha doğularkən beşik
çatışmazlığından eyni beşiyə qoyulan iki körpənin taeyi o gün yazılır, Leylanın
Məcnununun, Məcnunun Leylasının hekayəsi həmin gün başlayır. İllər sonra qız
istəmək üçün valideynin məcburiyyəti ilə Leylanın evinə gəlir və qızı görəndə “Baba
gelmişken isteyelim şu kızı.. Bu kız çok güzel yaa..” dediyi andan etibarən
Leylası üçün “kainatı yandıracaq” adam “cayır-cayır” yanacağı çöllüyə düşür.
Mənim həmişə əhəmiyyət verdiyim bir hekayənin gedişatından çox personajların daşıdığı dəyərlərdi.
İsmayil
abi var məsələn. Ölüm döşəyindəki atasının “sahilə yanaşan gəmiyə bax, gələcəm
səni də aparmağa” dediyi üçün ömrünü sahildə əl sallamaqla keçirir, anasının “çox
sıxıcı, rəngsiz həyatımız var, tərk edirəm sizi” dediyi üçün daim rəngli,
parıldayan kostyumlar geyinir. Sədaqətlidi, daim iş axtarır, sonda da “qapının
önü gözükür” ona. Çünki çox mərhəmətlidi, birisi gəlib pul istəsə, cibindəki
son qəpiyi verər, ofisiant işləsə birisi pulum yoxdu deyib ödəyə bilməsə, “canın sağ
olsun” deyər.
Yavuz abimiz var. Oğru
deyirlər ona, amma “o öyle bir insan değil, ayıp ama”. Özünə performans
sanatçısı deyir, Adı Yavuzdu, Fərhad deyil, Kərəm deyil, heç Məcnun da deyil,
Yavuzdu o. Onun sevməsi bir başqadı. Heç kim onun kimi ola bilməz. Sevdiyinə
şeirlər oxuyan, daim əlində Cəmal Sürəyyanın, Oğuz Atayın, Sabahattin Alinin kitabları
olan yumşaq qəlbli insandı. Əgər dostlarının önünü qapayan açılmayan bir qapı
varsa, o gələr. Açar. Aça bilməsə də, orda olar. Sevdiyini bəzən yalnız qoyar,
amma dostlarını yalnız qoymaz.
İsgender babayı bilirmisiniz siz? Əsl “Baba”dır be. Məhəllənin Atasıdı. Hər kəsə qapısı açıqdı daim. Problem oldu mu, İsgəndər babanı çağır. Həll edər. Oğlu ilə tək başına qalsa da, həyat yoldaşını heç vaxt xor görmədi sona qədər. Daim sevdi. Maşınlarla problemi var amma. “Yokuşa geldik mi, vurdururuz ordan”. Heç Vurduramadı amma.
Ərdal Bakkal. Ərdal bəzən
paragöz olur, bəzən mənfi biri kimi görünür, amma Ərdal Bakkal dürüst insandı,
nə varsa, onu deyər. Eşitmək istəmədiyiniz hər şeyi direkt üzünüzə deyər. İncinərsiniz,
amma yenə də sevərsiniz onu, çünki “Çay Ərdal bakkalda içilər”.
Ağsaqqallı dədəmiz var. İlk günündən etbarən Məcnuna yardım etmək üçün əlindən gələni edir. Hər məqamda kömək üçün yaxınında olur, dərs verir, nəsə öyrətməyə çalışır. Bir az çox yeyir, amma dədəmizdi o bizim.
Serialda bolluca göndərmələr var. Ədəbiyyata, incəsənətə, kino sənayesinə. Bəzən siyasi, bəzən insani mesajlar verirlər. Məsələn, Aşağıdakı video. “kimin gücü kimə çatar məntiqiylə hərəkət edən ağılın hökmünə son veririk. Ağılla kirlətilmiş bu gözəl dünyanı yendən gözəlləşdirmək üçün bütün dəlilər, birləşin!” deyirlər, dünya birliyi danışıqlara çağırıb tələbləriniz nədir soruşanda isə “yoxumuzdu” deyirlər. “Onda niyə üsyana qalxımısınız, Dəlimisiniz siz? – Dəliyik əlbət!” Bir şey istəmək ağılın işidir!
İsgəndər babanı həyat yoldaşı tərk edib gedir. İllər sonra geri qayıdanda başqa qadın düşür qatardan. Hər kəs bu qadın kimdi deyir, başqasıdı bu deyir, Bir İsgəndər təkid edir “Bu Mənim Pakizəmdi” deyə. Düşünün, bütün məhəllə ərini atıb gedən qadını başqa cür görür artıq. Bircə İsgəndərdi, hələ də sevgisinin gücündən hələ də onun gözündə o həmin Pakizədi!
Bəzən paralel dünyalara
keçirlər, bəzən keçmişə qayıdırlar, bəzən gələcəyə gedirlər. Sizi haldan hala
salırlar.
Siyasətdən də, ictimai problemlərdən
də heç geri qalmayıb serial. Yeri gəldi hakimiyyətə, yeri gəldi, qadın qiyafəsiylə
gizlənməyə çalışan kişi həkimin “karşılaşdığım şiddeti sen düşün” deməsinə
Ərdal bakkalın “elleri kırılsın inşallah” deməsi ilə mövqeyini göstərib.
Serialda rakıya, arağa, şəraba düşmür millət. Burda adlar başqadı. Burda üzüm var, ərik var. İçki məclidi meyvə dükanlarının qarşısında olur. Siqaret də yoxdu, saqqız var.
Klişe zarafatlara pis baxırlar, edilən kimi qaçışırlar ordan. Bir də bolluca at muhabbetleri var. “ya benimsin, ya Toynağın! Yani benim olmazsan, at tepsin seni!”
Serialda rakıya, arağa, şəraba düşmür millət. Burda adlar başqadı. Burda üzüm var, ərik var. İçki məclidi meyvə dükanlarının qarşısında olur. Siqaret də yoxdu, saqqız var.
Klişe zarafatlara pis baxırlar, edilən kimi qaçışırlar ordan. Bir də bolluca at muhabbetleri var. “ya benimsin, ya Toynağın! Yani benim olmazsan, at tepsin seni!”
Bu cür möhtəşəm işin davam etməmə səbəbi çox üzücüdü, “Gezi Parkı” hadisələri dönəmində daim açıq sözlərini deməkdən çəkinməyən serial buna da münasibətini bildirdi əlbət. Qarşılıq gecikmədi, serial kökündən ləğv edildi. Heç kim davam etməsinə imkan yaratmadı.
Bu serial deyil. Tək keçirdiyim səhərlərimdə yeməklərimə yoldaşlıq edən dostum oldu. Ağlamaq səbəbim, sevinmə səbəbim, həyatıma yoldaş oldu. Sonunda yaşadığım şoklarla məni yerlərə vurdu. Sonrasa mənə həyatın ən böyük şanslarından birini təqdim etdi, yenidən başladım izləməyə. İstədiyiniz qədər yenidən başlaya bilirsiniz, başladıqca Leylanı Məcnununa, Məcnunu Leylasına yenidən qovuşdura bilirsiniz..

Onsuzda izlemek isteyirdim, fikrimde var idi. Sayende daha da maraqlı geldi. İmtahanı yola verim, mütleq baxacam :)
ReplyDelete