Skip to main content

Çöllərin Məcnunu, Məcnunun Leylası - hər dövrün əfsanəsi


   Bəzi hekayələr var ki, onu yazan müəlliflər bəlkə də necə bir cığırı, simvolu yaratdıqlarının fərqində olmadan yazırlar. Bir mayak olur o. Təkcə dövrünün yox, bütün zamanların ilham qaynağı olur. İlanın yalanına aldanan Adəm, Padrenin mərhəməti sayəsində vicdanın yükünü daşıyan Jan Valjan, şövqünün coşğusuyla Günəş istisində məhv olan İkterus, ya da çöllərin Məcnunu, Məcnun Leylası.. Sevgidən, sədaqətdən, heç doymayan qəlbdən, dolmayan boşluqdan danışır Leyla ilə Məcnun. Növbəti min ildə də danışacaq, danışılacaq.
"Son axşam yeməyi" portreti

Leyla ilə Məcnun türk sinematoqrafiyasının, serial tarixinin şah əsəridir. İrəlidəki yüzillikdə Bu cür bir iş ərsəyə gətirmək üçün bu qədər orijinal ikinci ideya tapan ağla indidən sayğılarımı çatdırıram, amma o günə kimi mövzumuz Leyla ilə Məcnun, qəlbimizdəki isə çöllüyün istisi olacaq.




Absurd komediya janrında yeni bir cığır açan seriala baxmamaq üçün səbəb tapmaq olmur, çünki nə istədiyinizin çox bir fərqi yoxdu bir serialdan. Burda hər şey var, elmi-fantastika, epik fantastika, alternativ tarix, komediya, tragikomediya, dram, romantika. Ssenaristinin Burak Aksak, rejissorunun isə Türkiyənin fərqli işlər görməkdə bir nömrəsi olan Onur Ünlü olduğu serialda Cengiz Bozkurtdan, Ali Ataya qədər çox gözəl aktyorlar var. İşin texniki qismini kənara qoyub serialın özündən, bəzi məqamlarından danışmaq istəyirəm.

Daha doğularkən beşik çatışmazlığından eyni beşiyə qoyulan iki körpənin taeyi o gün yazılır, Leylanın Məcnununun, Məcnunun Leylasının hekayəsi həmin gün başlayır. İllər sonra qız istəmək üçün valideynin məcburiyyəti ilə Leylanın evinə gəlir və qızı görəndə “Baba gelmişken isteyelim şu kızı.. Bu kız çok güzel yaa..” dediyi andan etibarən Leylası üçün “kainatı yandıracaq” adam “cayır-cayır” yanacağı çöllüyə düşür.



Mənim həmişə əhəmiyyət verdiyim bir hekayənin gedişatından çox personajların daşıdığı dəyərlərdi. 


İsmayil abi var məsələn. Ölüm döşəyindəki atasının “sahilə yanaşan gəmiyə bax, gələcəm səni də aparmağa” dediyi üçün ömrünü sahildə əl sallamaqla keçirir, anasının “çox sıxıcı, rəngsiz həyatımız var, tərk edirəm sizi” dediyi üçün daim rəngli, parıldayan kostyumlar geyinir. Sədaqətlidi, daim iş axtarır, sonda da “qapının önü gözükür” ona. Çünki çox mərhəmətlidi, birisi gəlib pul istəsə, cibindəki son qəpiyi verər, ofisiant işləsə birisi pulum yoxdu deyib ödəyə bilməsə, “canın sağ olsun” deyər.


Yavuz abimiz var. Oğru deyirlər ona, amma “o öyle bir insan değil, ayıp ama”. Özünə performans sanatçısı deyir, Adı Yavuzdu, Fərhad deyil, Kərəm deyil, heç Məcnun da deyil, Yavuzdu o. Onun sevməsi bir başqadı. Heç kim onun kimi ola bilməz. Sevdiyinə şeirlər oxuyan, daim əlində Cəmal Sürəyyanın, Oğuz Atayın, Sabahattin Alinin kitabları olan yumşaq qəlbli insandı. Əgər dostlarının önünü qapayan açılmayan bir qapı varsa, o gələr. Açar. Aça bilməsə də, orda olar. Sevdiyini bəzən yalnız qoyar, amma dostlarını yalnız qoymaz.


İsgender babayı bilirmisiniz siz? Əsl “Baba”dır be. Məhəllənin Atasıdı. Hər kəsə qapısı açıqdı daim. Problem oldu mu, İsgəndər babanı çağır. Həll edər. Oğlu ilə tək başına qalsa da, həyat yoldaşını heç vaxt xor görmədi sona qədər. Daim sevdi. Maşınlarla problemi var amma. “Yokuşa geldik mi, vurdururuz ordan”. Heç Vurduramadı amma.




Ərdal Bakkal. Ərdal bəzən paragöz olur, bəzən mənfi biri kimi görünür, amma Ərdal Bakkal dürüst insandı, nə varsa, onu deyər. Eşitmək istəmədiyiniz hər şeyi direkt üzünüzə deyər. İncinərsiniz, amma yenə də sevərsiniz onu, çünki “Çay Ərdal bakkalda içilər”.





Ağsaqqallı dədəmiz var. İlk günündən etbarən Məcnuna yardım etmək üçün əlindən gələni edir. Hər məqamda kömək üçün yaxınında olur, dərs verir, nəsə öyrətməyə çalışır. Bir az çox yeyir, amma dədəmizdi o bizim. 




Serialda bolluca göndərmələr var. Ədəbiyyata, incəsənətə, kino sənayesinə.  Bəzən siyasi, bəzən insani mesajlar verirlər. Məsələn, Aşağıdakı video. “kimin gücü kimə çatar məntiqiylə hərəkət edən ağılın hökmünə son veririk. Ağılla kirlətilmiş bu gözəl dünyanı yendən gözəlləşdirmək üçün bütün dəlilər, birləşin!” deyirlər, dünya birliyi danışıqlara çağırıb tələbləriniz nədir soruşanda isə “yoxumuzdu” deyirlər. “Onda niyə üsyana qalxımısınız, Dəlimisiniz siz? – Dəliyik əlbət!” Bir şey istəmək ağılın işidir!



İsgəndər babanı həyat yoldaşı tərk edib gedir. İllər sonra geri qayıdanda başqa qadın düşür qatardan. Hər kəs bu qadın kimdi deyir, başqasıdı bu deyir, Bir İsgəndər təkid edir “Bu Mənim Pakizəmdi” deyə. Düşünün, bütün məhəllə ərini atıb gedən qadını başqa cür görür artıq. Bircə İsgəndərdi, hələ də sevgisinin gücündən hələ də onun gözündə o həmin Pakizədi!


Bəzən paralel dünyalara keçirlər, bəzən keçmişə qayıdırlar, bəzən gələcəyə gedirlər. Sizi haldan hala salırlar. 
Siyasətdən də, ictimai problemlərdən də heç geri qalmayıb serial. Yeri gəldi hakimiyyətə, yeri gəldi, qadın qiyafəsiylə gizlənməyə çalışan kişi həkimin “karşılaşdığım şiddeti sen düşün” deməsinə Ərdal bakkalın “elleri kırılsın inşallah” deməsi ilə mövqeyini göstərib. 
Serialda rakıya, arağa, şəraba düşmür millət. Burda adlar başqadı. Burda üzüm var, ərik var. İçki məclidi meyvə dükanlarının qarşısında olur. Siqaret də yoxdu, saqqız var. 



Klişe zarafatlara pis baxırlar, edilən kimi qaçışırlar  ordan. Bir də bolluca at muhabbetleri var. “ya benimsin, ya Toynağın! Yani benim olmazsan, at tepsin seni!”




Bu cür möhtəşəm işin davam etməmə səbəbi çox üzücüdü, “Gezi Parkı” hadisələri dönəmində daim açıq sözlərini deməkdən çəkinməyən serial buna da münasibətini bildirdi əlbət. Qarşılıq gecikmədi, serial kökündən ləğv edildi. Heç kim davam etməsinə imkan yaratmadı.





Bu serial deyil. Tək keçirdiyim səhərlərimdə yeməklərimə yoldaşlıq edən dostum oldu. Ağlamaq səbəbim, sevinmə səbəbim, həyatıma yoldaş oldu. Sonunda yaşadığım şoklarla məni yerlərə vurdu. Sonrasa mənə həyatın ən böyük şanslarından birini təqdim etdi, yenidən başladım izləməyə. İstədiyiniz qədər yenidən başlaya bilirsiniz, başladıqca Leylanı Məcnununa, Məcnunu Leylasına yenidən qovuşdura bilirsiniz..


Comments

  1. Onsuzda izlemek isteyirdim, fikrimde var idi. Sayende daha da maraqlı geldi. İmtahanı yola verim, mütleq baxacam :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...