İlk dəfə Michael Chabon'ın həm özü, həm də bu romanı barədə məlumat yığmağa başlayanda qeyri-ixtiyari bir çəkim axınına tuş gəldim. 2014-cü il idi və daha öncə heç bir kitabıyla rastlaşmamışdım. Daha sonrasında da rastlaşmadım və kitabı oxumaq barədə qəti qərar qəbul edəndə üzücü həqiqət qapımda bitdi:
Nəşri tükənmişdi.
Bütün bu müddətdə ağlımın bir küncündə müəllif fırlanırdı, daha sonraları tanış olduğum Michael Moorcock əfsanəsinin böyük fanatı olduğunu öyrənəndə müəllifə marağım bir az da artmdı. 2015-2016 arası gözləntilərim əməllicə yüksəldi. Bakumoz Books'a ikiqat pul belə təklif etmişdim tükənmiş nəşrlərindən birini tapsın mənim üçün.
O aralar əziz dostum bir tanışında kitabın olduğunu dedi, danışıqlar apardım, satmaqdan imtina etdi. Həmin arada xəyallarımın kitablarından birinin müəllifi Patrick Rothfuss'la tanış oldum, Neil Gaiman və Stephen King kitablarında elə itdim ki, bu acı məğlubiyyət ağlımdan çıxdı. 2017-nin sonlarında həmin yoldaşın profilində satışa çıxardığı kitablar arasında Chabon'ın adını görəndə telefonu həyəcan içində sıxıb qiymət filan soruşmadan kitabı aldığımı elan etdim. Bu hekayəmi danışıram, çünki üçüncü əl, yarı qopmaq üzrə olan, kənarları əzik kitabı əlimə alanda, sığallayıb kitabxananın baş köşəsinə qoyanda keçirdiyim duyğuları başa düşməyinizi istəyirəm. İçində necə bir şey olduğunu, hətta motivini belə yarımyamalaq da olsa, bilmirdim, müəllifini araşdırmalarımdan tanıyırdım, bir vərəq yazdığı nəyisə də oxumamışdım.
İl 2019 olanda nəhayət hər kitabın vaxtı gəldiyi kimi, Chabon'ın da öz sözünü demək vaxtı gəldi.
Praqa işğala doğru yaxınlaşdıqca yəhudi bir oğlan, Kavalier Hitlerin əzici əsarətindən xilas olmaq şansı əldə edir. Balaca qardaşını, valideynlərini və babasını, illizionist müəllimini geridə-Praqada qoyub Amerikanın yolunu tutur. Bir gün ailəsini də yanına gətirə bilmək ümidiylə yeni bir cəmiyyətin içinə düşmüş utancaq Kavalieri xüsusi edən təkcə 'sehrbazlıq'dakı bacarığı deyil, həm də əvəzolunmaz rəssamlıq qabiliyyətidi.
Digər qəhrəmanımız Sammy Clay isə uşaqkən keçirdiyi polimielitdən sonra zəif ayaqlarının gətirdiyi çətin həyat, atasının yoxluğu və ciddi ananın varlığı ilə yaşayan, uğursuz, rəssamlıqda ciddi nəticə əldə edə bilməyən, amma böyük ideyaları olan bir oğlandı.
Bu iki yeniyetmə yəhudi oğlan bir-biriylə qarşılaşanda qızıl dövrünün başlanğıcında olan komiks dünyasına yeni yön verən bir əfsanənin başlanğıcını qoyurlar: "The Escapist". Avropanı və getdikcə bütün dünyanı bürüməkdə olan müharibədə Hitlerə qarşı mübarizəni komiks vərəqlərindəki macəraları ilə aparırlar. Bu vərəqlərdə Hitleri məğlubiyyətə uğradır, qarşısı alınmaz Escapisti çətin tapşırıqların öhdəsindən gəlməyə göndərirlər.
Chabon kitabı hardasa 9 il ərzində yazıb və oxuduqca başa düşürsən ki, 700 səhifəlik bu romanın hər səhifəsi üçün böyük savaş verib.
Əgər səhv etmirəmsə, Johann Cruyff'un futbola dair heç bir zaman aktuallığını itirməyən bir cümləsi var: Futbol oynamaq asandır, amma asan futbol oynamaq ən çətinidir.
Bu kitabın ən xüsusi tərəfi onun demək olar ki, heç bir fəlsəfi mətni özündə daşımamasıdı. Demək olar ki, bəlli bir nəticəyə gələn daxili nitq yoxdu, 700 səhifəlik kitabda toplasaq, 50 səhifə dialoq yoxdu. Bəsit təsvirlərdən ibarətdi və hadisələrin ardıcıllığı elə mükəmməl şəkildə toxunub ki, sadaladığım nəticəyə bir neçə yüz səhifə oxuduqdan sonra gəlirsən. Bir 'Storyteller' olaraq Chabon bunun necə edilməli olduğu barədə əvəzsiz bir örnəyi bizə təqdim edir.
Kitabın ikinci möhtəşəm tərəfisə sizə ilk 300 səhifədə iki xəyalpərəst oğlanın Avropanı darmadağın edən Vəba kimi Hitlerə qarşı kağız üzərindəki rəsmli kitablarıyla apardığı mübarizə barədə olan bir allı-güllü kitab olduğunu düşündürtdüyü halda sanki dayanmadan yüksəyə doğru qalxan karuselin ani aşağı meyllənməsi kimi aparmasıdı özünü: hadisələrin cərəyanı dünya müharibəsinin içinə doğru çevrilir gözlənilməz şəkildə. Amerikan xülyası bir alman sualtı qayığının torpidoauyla darmadağın olur, müharibənin acı soyuğu səhifələri çevirdikcə barmaqlaeınızın ucunu soyudur. Bu keçidlər sadəcə mükəmməldir.
Üçüncü heyran qaldığım tərəfi yazarın personajların ətrafdakı hadisələrə reaksiya veriş şəklini hər birinə özəl olaraq mükəmməl biçimləndirməsidir. Personajlar illər ötdükcə oxuduğunuz cümlələr içində yaşa dolurlar, ötüb gedən 12 ili siz bir neçə gün içində yaşaya bilirsiniz və qətiyyən bu vəziyyəti yadırğamırsınız. Kavalierin xarakterinin getdikcə dəyişməsi, Sammy'nin enerjili, fikirlərlə aşıb daşan dünyasının getdikcə qaranlıqlaşması. Kitab qazandığı Pulitzer mükafatını sonuna qədər haqq edir.
Yaxşı kitablar və möhtəşəm kitabların arasındakı fərq odu ki, birincisinin ifadə etdikləri, üslubundakı yazarın incə işlənmiş xətti, verdiyi mesaj kitabın sonuna çatanda özünü bəlli edir və son səhifəni bağlayanda əlindəkini anlayırsan. Amma ikinci qəlibdən olan kitablarsa, onları izah etmək olmur. Verdiyi mesaj birxətli olmur və son səhifədən sonra içinə düşdüyün burulğan bu andan sonra səni necə bir həyatın gözlədiyi barədə bir bilinməzlik içində buraxır. Bu cür kitabları ən yüksək pilləyə qoyan da.. o bilinməzlikdi. Chabon o bilinməzliyin tam mənbəyindəki dəyirmi masada bənövşəyi döşəkçəli bir oturacağa sahibdi.
"Adam planetə enir. Galaktikanı kəşfə çıxıb, uzaq bucaqlarının xəritəsini çıxaracaq." Sammy danışanda nə həyat yoldaşına baxır, nə də sanki əli yazı maşınıymış kimi cizgili kağıza hamsı eyni ölçüdə çıxan hərfləri sıralamağa fasilə verirdi.
"Qızıldan bir şəhər tapır. Gördüklərinə heç bənzəməyən bir şəhər. Burda insanlar 3 metr boyunda, qızılı rəngli gözəl insanlardı. Böyük qanadları var deyək. Bizim kosmik adam Jones'ı sevinclə qarşılayırlar. Ətrafı gəzdirirlər, amma ağıllarını qurcalayan bir şey var, bir az fikirlidilər. Qorxurlar. Jones'ın görməyinə icazə verilməyən tək bir bina var, böyük bir saray.
Adamımız bir gecə şəhərin silkələndiyini hiss edir. Nəhəng bir canavarın böyürməsi kimi bir səs eşidir. Qışqırtılar. Qəribə elektrik parlamaları. Hamsı da saraydan gəlir."
Sammy doldurduğu səhifəni qopartdı, qatladı. Davam etdi.
"Ertəsi gün hər kəs bir şey olmayıbmış kimi davranır. Ona ,yəqin ki, pis bir yuxu gördüyünü deyirlər. Adamımızın marağını çəkir, əlbəttə. Bu böyük və boş saraya girir. Planetdən bir mil yüksəkdə olan ən yuxarıdakı qüllədə bir divə rast gəlir. Altı metr boylu, nəhəng qanadlı, digərləri kimi qızılı, amma dağınıq saçlı, uzun saqqallı. Zincirlənmiş. Böyük atomik zincirlərlə."
Sammy xanımının soruşmasını gözləyib susdu.
"Və?" Dedi Rosa.
"Cənnətdəyik. Bu planet cənnət imiş."
"Başa düşdüyümü sanmıram."
"Tanrıdı O."
"Aha."
"Tanrı bir dəliymiş. Bir milyard il əvvəl ağlını itirib. Kainatı yaratmasından əvvəl."
"Hmm. Xoşuma gəldi.. yaxşı, o?.. yəqin ki, kosmoslu adamı , hə?"
"Hə."
"Onu bir banan kimi soyur".

Sondakı kitabdan olan hisse çox xoşuma geldi :) Heyif ki neşri tükenib. Gelen sefer Ankaraya gedende mütleq sahaflara baş çekecem :)
ReplyDeleteDeyilənə görə Nadirkitapda da var. Axtarsan taparsan bəlkə. Amma hqzırda Müəllif əl dəyişdirib, everest yox, Pegasus daha bir kitabınə nəşr edib 'Pegasus Bulvarı' adında. Birazcıq bahadı bütün Pegasus kitabları kimi. Mən 50 faiz endirim olqnda kitapyurdu'nda ələ keçirdim. 😎
Delete