Skip to main content

Neil Gaiman - Gənc Yazıçıya məktub

Əziz Oxucu,

Yeni ilin ilk günü işlədiyim klinikanın növbə gecəsinin sakitliyindən istifadə edib yaza bilirəm bunu sənə. Danışılacaq hekayələrin bolluğu içində bir il keçirməyini arzulayıram və ümid edirəm ki, bu il açıq hava atəşfəşanlığından imtina etməyi bacararsan. 

Dünən yeni ilə çox sevdiyim Heidelberg şəhərindəki tarixi körpünün altında, ehtiyatsızca atılan fişənglərdən qorunmağa çalışaraq girmişəm və yeni bir ilin bizə minillik içində kiçik, onillik içində fərqli bir həyat bəxş edəcəyinə inanıram, ən azından mənə. 

İlk İmkanda yenidən sənlə geniş - geniş mənim etdiklərimdən da danışacam, amma o vaxta qədər qısa bir dərkənara çıxacam. 

Bir az ucundan qulağından xəbərin var, yazmağa çalışıram. mövzunun akademik tərəfini əzizim Stephen Kingdən öyrənməkdəyəm, amma ruhdan düşdüyüm məqamlarda mənə cəsarəti verən başqası, daha dəli biridi. Aşağıda bu il boyunca ruhdan düşdüyüm məqamalarda həm özümün oxuması, həm də sənin göz və könül zövqün üçün qısa bir mətn tərcüməsi qoyuram. Bəlkə bir gün sən də mənə bir şeylər yazmaq, ya da hekayə danışmaq istəyərsən, mən bu mayakın işığını somururam, Sən də dadına bax. 




Əziz Yazıçı,

bu dəqiqələrdə, yəqin ki, yazmaqdan vazkeçməyə hazırsan. Hər personajın yeni, hər fikrin əyləncəli göründüyü o həyəcanverici vəcdə gəldiyin məqamlar geridə qalıb. Sözlərlə işarələr artıq zehninə doluşduğu an sən onları tutabilməmiş son sürətlə vərəqə töküldüyü o çox önəmli bitiş hissələrinin yanından da keçə bilməmisən. Tam ortasındasan, yarı yolu bəlkə birazca keçə bilərdin, olan qalanın budu. Parıltı sönükləşib, sehir itib. Klaviatura önündə oturmaqdan kürəyində ağrılar gəzişir, ailən, dostların, e-mail yoldaşların ürəkləndirici ola bilmirlər. Ən pisi də daha səni görə bilmədikləri üçün deyinməklə məşğuldular, görəndə də işləməklə məşğulsan, beləcə bir adam da məmnun deyil. Romanına niyə başladığını belə bilmirsən artıq. Nə olduki, birinin çıxıb bu yazdıqlarını oxumaq istəyəcəyini düşünmüsən, cavabın yoxdu. Hələ bir onu bitirə bilsən əgər, xərclədiyin vaxta, enerjiyə dəyəcək mi, onu da bilmirsən. Aradabir dayanırsan və yazdıqlarınla ağlında olan o ilk ideyanın uyuşub uyuşmadığınıa baxırsan. Hər sözün od tutub yandığı parlaq, gözqamaşrıan, möhtəşəm roman planlamışdın, həmin günə qədər oxuduğun ən yaxşı romandan da daha yaxşı olacaqdı. Amma indi əlindəki qaralama içini göynədəcək qədər cılız görünür sənə, elə ki aparıb zibilə atsan, ən xeyirlisini etmiş olarsan.

Aramıza xoş gəldin!

Roman deyilən şey belə yazılar.

Yazırsan. Birinin də başa düşə bilməyəcəyi qədər ağır bir işdi bu. Yaxşı günündə də yazırsan, pis günündə də. Köpək balığı kimisən, ya irəliləyəcəksən, ya da öləcəksən. Yazmaq xilasın ola bilər, amma olmaya da bilər. Qismətindəki bəlli deyil. Amma fərqi yoxdu. İndi vacib olan ard – arda gələcək sözlərdi. Bir sonrakını tap. Yaz. Yenidən. Yenidən. Yenidən.

Bomboş, daş bir divar şirin şeydi, bilmədiyin məkanı əhatə elədiyini anlayırsan. Amma onun əziyyət qoyulmadan tikildiyini , bənnanın bütün girinti-çıxıntılarıyla bir – birini tamamlayan daşları necə diqqətlə seçib yerləşdirdiyini başa düşəndə hali – vəziyyət daha təsirləndirici olar. Yazmaq divar hörmək kimidi. İnsanın mətnə uyğun doğru sözü tapmaq uğrunda sonu gəlməz axtarışıdı. Hadisə ardıcıllığı və personajvə metafora və üslub. Bütün bunlar sözlərin  yanında ikinci plandadı. Divar ustası hər dəfə bir daş əlavə edərək hörür divarı,ona verilən ərazinin axrına çatana kimi. Divarı hörə bilməsə, ardındakı ərazini də görə bilməyəcək, bu cür düşün. Buna görə də hər dəfə əyilib əlindəki daş parçalarına baxar və arasından ən uyğununu tapıb boşluğa yerləşdirər.

Sözlərin axtarışı səyahəti asan deyil, daha da pisi kimsə gəlib sənin yerinə romanını yaza bilməz.

„Anansinin oğulları“ adlı romanımın son üçdə birlik hissəsinə çatanda menecerimə zəng etdim və dedim ki, kimsənin oxumaq istəməyəcəyi bir şeylə vaxt itirirəm, personajlarım çox cılızdı, hadisə ardıcıllığımın mənası yoxdu filan. Bu kitabı yarımçıq qoyub başqa nəsə yazmağa hazır vəziyyətdəydim.
Kitabı bir kənara atıb özümə bağban, bank soyğunçusu, fas food açpazı, ya da sualtı bioloq kimi yeni bir həyat qura bilərdim.

Menecerim şəfqət göstərmək, dediklərimi təsdiqləmək, məni cəsarətləndirmək, ya da mənlə mübahisə etmək yerinə, dedi ki, “Aa. Aydındı. Deməli kitabın o məşum hissəsinə çatmısan artıq.“

Şokdaydım. „Demək istəyirsən ki, əvvəllər də belə zənglər vurmuşam sənə?“

„Xatırlamırsan?“

“Yoox.“

„bunu hər romanında edirsən. Sırf sən yox, təmsil etdiyim o biri yazıçılar da edirlər.“

İşə baxın, sən demə kədərim də orijinal deyilmiş!

Mən də telefonu söndürüb kitabımı yazmaq üçün seçdiyim kafeyə getdim və qələmimi əlimə aldım.

Bir söz. Sonra daha bir söz..

Roman dediyin bax belə yazılır. Gecə cinlər gəlib hekayəni sənin yerinə doqquzuncu hissəyə qədər irəlilətmir. Roman yazmağın bildiyim tək yolu budur.

Demək istədiyim odu ki, davam et, davam et. Hekayənə bir söz əlavə elə, sonra daha birini.

Uzun müddət keçməyəcək ki, təpəni ardında qoyacaqsan. Yolu sona çatdırmağın daha mümkünsüz deyil.

Uğurlar..




  1. Yaz.
  2. Sözləri ard – arda düz. Düzgün sözü tapan kimi yaz.
  3. Başladığın yazını sona çatdır. Nəylə məşğulsansa, bitirmədən yarı buraxma.
  4. Yazdıqlarını qoy bir kənara. Sonra da ilk dəfə oxuyurmuşcasına bax. Fikirlərinə dəyər verdiyin dostlarına göstər.
  5. Unutma: İnsanlar sənə bir şeylərin səhv olduğunu, tam ürəklərincə olmadığını deyirlərsə, daima haqlıdılar. Ancaq tam olaraq düşündüklərinin yanlış olduğunu və onu necə düzəltməli olduğunu deyəndə həmişə haqsızdılar.
  6. Düzəltməkdən çəkinmə. Gec ya da tez, mükəmməlliyə çatmamışdan əvvəl yazdığın yazını bir kənara qoyub başqasına başlamalısan. Mükəmməlliyə çatmaq üfüqü tutmağa çalışmaq kimidi. Vaz keçməməlisən.
  7. Özünün etdiyin zarafatlara gül.
  8. Yazmağın əsas qaydası budu: Əgər gördüyün işi yetərincə cəsarət və inamla edirsənsə, onu necə istəyirsənsə o cür etməyə də haqqın var. Əslində bu həyatın özüyçün də keçərlidi. Ona görə də hekayəni necə uyğun bilirsənsə, o qaydayla yaz. Onu dürüstcə yaz və əlindən gələnin ən yaxşısını danış. Bunlar xaricində qayda yoxdu. Varsa da, ciddiyə alınacaq qaydalar deyil. 


Neil Gaiman


Comments

  1. Cəsarət...
    Deyəsən elə fikirlər hamısı gəlib orda düyün düşür.

    ReplyDelete
  2. Nə vaxt canıma qorxu düşsə, özümü bu mətnin altında tapıram. 26.08.21 04:25

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...