Əziz Oxucu,
Yeni ilin ilk günü işlədiyim klinikanın növbə gecəsinin sakitliyindən istifadə edib yaza bilirəm bunu sənə. Danışılacaq hekayələrin bolluğu içində bir il keçirməyini arzulayıram və ümid edirəm ki, bu il açıq hava atəşfəşanlığından imtina etməyi bacararsan.
Dünən yeni ilə çox sevdiyim Heidelberg şəhərindəki tarixi körpünün altında, ehtiyatsızca atılan fişənglərdən qorunmağa çalışaraq girmişəm və yeni bir ilin bizə minillik içində kiçik, onillik içində fərqli bir həyat bəxş edəcəyinə inanıram, ən azından mənə.
İlk İmkanda yenidən sənlə geniş - geniş mənim etdiklərimdən da danışacam, amma o vaxta qədər qısa bir dərkənara çıxacam.
Bir az ucundan qulağından xəbərin var, yazmağa çalışıram. mövzunun akademik tərəfini əzizim Stephen Kingdən öyrənməkdəyəm, amma ruhdan düşdüyüm məqamlarda mənə cəsarəti verən başqası, daha dəli biridi. Aşağıda bu il boyunca ruhdan düşdüyüm məqamalarda həm özümün oxuması, həm də sənin göz və könül zövqün üçün qısa bir mətn tərcüməsi qoyuram. Bəlkə bir gün sən də mənə bir şeylər yazmaq, ya da hekayə danışmaq istəyərsən, mən bu mayakın işığını somururam, Sən də dadına bax.
Əziz Yazıçı,
bu dəqiqələrdə, yəqin ki, yazmaqdan vazkeçməyə hazırsan. Hər
personajın yeni, hər fikrin əyləncəli göründüyü o həyəcanverici vəcdə gəldiyin
məqamlar geridə qalıb. Sözlərlə işarələr artıq zehninə doluşduğu an sən onları
tutabilməmiş son sürətlə vərəqə töküldüyü o çox önəmli bitiş hissələrinin
yanından da keçə bilməmisən. Tam ortasındasan, yarı yolu bəlkə birazca keçə bilərdin,
olan qalanın budu. Parıltı sönükləşib, sehir itib. Klaviatura önündə oturmaqdan
kürəyində ağrılar gəzişir, ailən, dostların, e-mail yoldaşların ürəkləndirici
ola bilmirlər. Ən pisi də daha səni görə bilmədikləri üçün deyinməklə məşğuldular,
görəndə də işləməklə məşğulsan, beləcə bir adam da məmnun deyil. Romanına niyə
başladığını belə bilmirsən artıq. Nə olduki, birinin çıxıb bu yazdıqlarını
oxumaq istəyəcəyini düşünmüsən, cavabın yoxdu. Hələ bir onu bitirə bilsən əgər,
xərclədiyin vaxta, enerjiyə dəyəcək mi, onu da bilmirsən. Aradabir dayanırsan və
yazdıqlarınla ağlında olan o ilk ideyanın uyuşub uyuşmadığınıa baxırsan. Hər
sözün od tutub yandığı parlaq, gözqamaşrıan, möhtəşəm roman planlamışdın, həmin
günə qədər oxuduğun ən yaxşı romandan da daha yaxşı olacaqdı. Amma indi əlindəki
qaralama içini göynədəcək qədər cılız görünür sənə, elə ki aparıb zibilə atsan,
ən xeyirlisini etmiş olarsan.
Aramıza xoş gəldin!
Roman deyilən
şey belə yazılar.
Yazırsan. Birinin də başa düşə bilməyəcəyi qədər ağır bir
işdi bu. Yaxşı günündə də yazırsan, pis günündə də. Köpək balığı kimisən, ya irəliləyəcəksən,
ya da öləcəksən. Yazmaq xilasın ola bilər, amma olmaya da bilər. Qismətindəki bəlli
deyil. Amma fərqi yoxdu. İndi vacib olan ard – arda gələcək sözlərdi. Bir sonrakını
tap. Yaz. Yenidən. Yenidən. Yenidən.
Bomboş, daş bir divar şirin şeydi, bilmədiyin məkanı əhatə
elədiyini anlayırsan. Amma onun əziyyət qoyulmadan tikildiyini , bənnanın bütün
girinti-çıxıntılarıyla bir – birini tamamlayan daşları necə diqqətlə seçib yerləşdirdiyini
başa düşəndə hali – vəziyyət daha təsirləndirici olar. Yazmaq divar hörmək
kimidi. İnsanın mətnə uyğun doğru sözü tapmaq uğrunda sonu gəlməz axtarışıdı.
Hadisə ardıcıllığı və personajvə metafora və üslub. Bütün bunlar sözlərin yanında ikinci plandadı. Divar ustası hər dəfə
bir daş əlavə edərək hörür divarı,ona verilən ərazinin axrına çatana kimi. Divarı
hörə bilməsə, ardındakı ərazini də görə bilməyəcək, bu cür düşün. Buna görə də
hər dəfə əyilib əlindəki daş parçalarına baxar və arasından ən uyğununu tapıb
boşluğa yerləşdirər.
Sözlərin axtarışı səyahəti asan deyil, daha da pisi kimsə gəlib
sənin yerinə romanını yaza bilməz.
„Anansinin oğulları“ adlı romanımın son üçdə birlik hissəsinə
çatanda menecerimə zəng etdim və dedim ki, kimsənin oxumaq istəməyəcəyi bir
şeylə vaxt itirirəm, personajlarım çox cılızdı, hadisə ardıcıllığımın mənası
yoxdu filan. Bu kitabı yarımçıq qoyub başqa nəsə yazmağa hazır vəziyyətdəydim.
Kitabı bir kənara atıb özümə bağban, bank soyğunçusu, fas
food açpazı, ya da sualtı bioloq kimi yeni bir həyat qura bilərdim.
Menecerim şəfqət göstərmək, dediklərimi təsdiqləmək, məni cəsarətləndirmək,
ya da mənlə mübahisə etmək yerinə, dedi ki, “Aa. Aydındı. Deməli kitabın o məşum
hissəsinə çatmısan artıq.“
Şokdaydım. „Demək istəyirsən ki, əvvəllər də belə zənglər
vurmuşam sənə?“
„Xatırlamırsan?“
“Yoox.“
„bunu hər romanında edirsən. Sırf sən yox, təmsil etdiyim o
biri yazıçılar da edirlər.“
İşə baxın, sən demə kədərim də orijinal deyilmiş!
Mən də telefonu söndürüb kitabımı yazmaq üçün seçdiyim kafeyə
getdim və qələmimi əlimə aldım.
Bir söz. Sonra daha bir söz..
Roman
dediyin bax belə yazılır. Gecə cinlər gəlib hekayəni sənin yerinə doqquzuncu
hissəyə qədər irəlilətmir. Roman yazmağın bildiyim tək yolu budur.
Demək istədiyim
odu ki, davam et, davam et. Hekayənə bir söz əlavə elə, sonra daha
birini.
Uzun müddət keçməyəcək ki, təpəni ardında qoyacaqsan. Yolu
sona çatdırmağın daha mümkünsüz deyil.
Uğurlar..
- Yaz.
- Sözləri ard – arda düz. Düzgün sözü tapan kimi yaz.
- Başladığın yazını sona çatdır. Nəylə məşğulsansa, bitirmədən yarı buraxma.
- Yazdıqlarını qoy bir kənara. Sonra da ilk dəfə oxuyurmuşcasına bax. Fikirlərinə dəyər verdiyin dostlarına göstər.
- Unutma: İnsanlar sənə bir şeylərin səhv olduğunu, tam ürəklərincə olmadığını deyirlərsə, daima haqlıdılar. Ancaq tam olaraq düşündüklərinin yanlış olduğunu və onu necə düzəltməli olduğunu deyəndə həmişə haqsızdılar.
- Düzəltməkdən çəkinmə. Gec ya da tez, mükəmməlliyə çatmamışdan əvvəl yazdığın yazını bir kənara qoyub başqasına başlamalısan. Mükəmməlliyə çatmaq üfüqü tutmağa çalışmaq kimidi. Vaz keçməməlisən.
- Özünün etdiyin zarafatlara gül.
- Yazmağın əsas qaydası budu: Əgər gördüyün işi yetərincə cəsarət və inamla edirsənsə, onu necə istəyirsənsə o cür etməyə də haqqın var. Əslində bu həyatın özüyçün də keçərlidi. Ona görə də hekayəni necə uyğun bilirsənsə, o qaydayla yaz. Onu dürüstcə yaz və əlindən gələnin ən yaxşısını danış. Bunlar xaricində qayda yoxdu. Varsa da, ciddiyə alınacaq qaydalar deyil.
Neil Gaiman
Cəsarət...
ReplyDeleteDeyəsən elə fikirlər hamısı gəlib orda düyün düşür.
Nə vaxt canıma qorxu düşsə, özümü bu mətnin altında tapıram. 26.08.21 04:25
ReplyDelete