Avtobus dayanacağında
rəqs edən və sendviç kimi qoxan səfil vardı. Sulu qar da yağırdı və ətrafda
ikimizdən başqa bir bəni-adəm yox idi. Avtobus gözləyirdi, ya yox, bilmirdim,
amma gözləməyini istəmədiyimdən əmin idim. Axırıncı avtobusa çata bilməmişdim,
növbətisinin tez gəlməyəcəyinə dair bir narahatlıq çökmüşdü içimə. Bu da o demək
idi ki, məndən 10 addım aralı bu ədəbsiz Mr. Bojangles( Amerikalı bir rəqqas.
əsl adı Bill Robinson t. q) avtobus gələnə qədər yeganə
əyləncəm olacaqdı. Elə bil ki dünya turuna davam etməmişdən qabaq burda dincəlirdi.
Bayırdakı soyuğa, nəmli qış havasına rəğmən beş addım aralıdan da
qoxusu bilinirdi. 8 milyon siqaret, ucuz sendviç əti və aylarla çimməyən adamın
qoxusunun qarışığı kimi idi. Bir də vaxtı keçmiş yanıq maşın yağı.
Öz-özünə oynayıb vaxtını xoş keçirirdi. Gözləri bağlı idi, xoşbəxt,
rahatlamış, tamamilə bu dünyadan qopmuş görünürdü.
Hara baxım, bilmirdim. Oynamağını izləmək elə də pis deyildi, ancaq
gözlərini açsa, məni görər, yanıma gələr, pul istəyər, ya tərs-tərs baxar, ya
da gic-gicə səfil söz-söhbəti açar deyə çəkinirdim. Elə şey olsaydı, günün
qalan hissəsinin dadı-duzu qaçardı.
Qəfil bir mahnı oxumağa başladı. The Dixie Cups qrupunun bir mahnısı, “The Chapel of Love.” Bütün sözlərini bilirdi. Gözləri bağlı oynamağa davam
edirdi və mahnının sözlərini əskiksiz bilirdi. Bir çox adam mahnı sözlərinin
bir qismini bilir, ən çox da nəqarət qismini. Bir-iki sətir zümzümə edərlər, sonra
da hər dəfəsində mızıldanaraq davam edib səslərini kəsərlər. amma bu səfil
onlardan deyildi.
Mən də
bilirdim
“The Chapel of Love”ın bütün sözlərini, çünki
Wonder Years(80-ci illərdə çəkilmiş amerikan serialı t.q) vaxtlarının ən mühim
mahnılarından idi. Deyəsən, ilk dəfə Richard Bucci’nin qızmızı-ağ, üstü açılan Chevrolet
Malibu’sunda dolaşanda eşitmişdim, sonra da partilərdəki önəmli tədbirlərdən
tutmuş, görünüşü çörək diliminə bənzəyən tranzistorlu səyyar radioda, məktəbin
arxasında Marlbro çəkən məqama qədər dəfələrlə dinləmişdim. Ondan sonrakı müxtəlif
dövrlərdə də əskik olmamışdı bu mahnı həyatımdan. Nə vaxt hardasa bu mahnını
eşitsəm, dayanar, gözlərimi yumar, dərin və uzun bir nəfəs alardım. Lap gənclik
dövrünüz puça getsin, o vaxtlardan bir mahnı eşitmək ya sizi əzib keçər, ya da
içinizə xoş bir duyğunu yayar. O anı yaşayana qədər hansının baş verəcəyini
bilməzsiniz.
İndi də bu sendviç qoxulu, rəqs
edən səfil ondan çox mənə aid olan mahnını mızıldayırdı. Açığı, bir az
hirsləndirdi bu məni.
-
Geri istəyirsən?
Yerə baxırdım, köhnə günlər
keçirdi ağlımdan. Danışmağa başkayanda başımı qaldırdım və düppədüz mənə
baxdığını gördüm.
-
Necə?
-
Dedim ki, mahnını geri istəyirsən?
-
Ağlımdan keçənləri oxuya
bilirsən?!
-
Richard Bucci. Chevrolet Malibu, Lena
Shabort..
Onun adını düşünməmişdim, amma Lena
bu mahnını ilk dəfə eşidəndə öpdüyüm qız idi.
-
Hardan bilirsən bunları?
-
Baş-beynimi aparma. Mahnını geri
istəyirsən, ya yox?
-
Nə yalan deyim, istəyirəm. Mən –
-
Əla! Onda gəl sənlə bir razılığa
gələk: Avtobus gələndə mənlə bir yerdə minəcəksən və mahnını bir yerdə
oxuyacağıq. Amma uşaqlığındakı bütün vacib şəxslər də orda olacaq. Richard Bucci. Lena Shabort. Mr. Danahar..
-
Danahar? Mən bilən, ölüb axı o.
-
Elədi, amma o da avtobusda olacaq.
Sən və mən hamsının önünə çıxıb bir yerdə mahnını oxuyacağıq. O vaxtlar sənin
üçün mühim olan dörd nəfər də orda olacaq.
-
Kimdi ki onlar? – soruşdum. Nəfəsim
kəsilirdi az qala ağlıma gələnlərə görə.
-
Deməyəcəm. Hamısı indiyə kimi
böyüyüblər, bəzilərini tanımazsan bəlkə də. Amma onlar səni tanıyacaq. Paho, bu
oğlana nə olub belə? Düşünəcəklər. Gör kimlə oturub durur indi deyəcəklər.
Səfil gülümsündü, dişləri düppədüz
idi, amma köhnəlmiş düymə rəngindəydi.
Əynimdə xaki rəngində xizək gödəkçəsi
və adi çəkmələr vardı, xüsusi bir tərəfim yox idi, digərlərindən seçilmirdim.
Elə bil ağlımdan keçənləri oxudu,
- məsələ də budu. Hamının ağlında həyatlarının mahnısı olur. Ölənlərin də öz
mahnıları var. O bii tərəfə keçənlərin də xatirindədir ən sevdiyi mahnılar.
-
Bəs niyə mən? Niyə məni seçdin?
-
Əslində indi coşmalısan. Həyatında
ilk dəfədir ki, xüsusi bir şey etməkçün seçilmisən. Sən həmişə üstündən ötülən
adamsan. Amma bu dəfə seçilmisən. Səninçün bir urraaa.
-
Amma avtobusdakılar məni sənin
kimi biri hesab edəcəklər. Amma deyiləm.
-
Yox, əlbəttə. Deyilsən. Sən daha
betərsən. Sən ürəyi döyünən kabussan. Millət heç olmasa rəqs edən bir səfili
yadda saxlayırlar, - yenə gülümsədi və əlavə bir kəlmə də demədən təhqir etməyi
bacardı məni.
-
əgər mənlə birlikdə oxusan,
mahnını geri qazanacaqsan. Lena’nı və onun yeddinci sinifdəki öpüşlərini də.
Bax hamımız istəyirik ki, Zehin sarayımızda ancaq saf xatirələr olsun, düzdü?
Bu insanların sənin haqqında nə düşündükləri niyə vecinə olsun? 40 il olub ki,
birini də görməmisən.
Ola ki, dediyimi etməzsən, bundan
sonra bu mahnını hər dəfə eşidəndə iyrənc sendviç kimi qoxacaq.
-
Amma
onlar məni..
-
Həmişə bədbəxt
kimi xatırlayacaqlar, düzdü. Hətta daha pisi – səni və məni bir yerdə
görəcəklər və bu qədər hörmətdən düşməyin bəs deyilmiş kimi, zirzibil içində
qaldığını düşünəcəklər, leş kimi iylənən səfillə bir yerdə oxuduğunu görəcəklər
və tükləri biz-biz olacaq. Şübhən olmasın.
Belə.
De görək, hansını seçirsən: xatirələrini təmiz saxlayacaqsan, yoxsa imicini
qoruyacaqsan?
Avtobusun
səsini eşidə bilirdim.
* t.q - tərcüməçinin qeydi
Şəhadətim hamıya salam. Mən kömək üçün söz vermiş, lakin mənə heç vaxt kredit verməyən müxtəlif kredit verənlərdən bir neçə dəfə müraciət etdikdən sonra cənab Benjamindən borcumu necə əldə etdiyimi ifadə etmək üçün buradayam. Bir dostum məni Mr.Benjamin Lee ilə tanış etməyimə qədər mənə kömək edəcəyini vəd etdiyini və həqiqətən də heç bir gecikmədən vəd etdiyi kimi etdi. Həqiqətən də kömək edən cənab Benjamin Li ilə görüşənə qədər hələ də etibarlı kredit borc verənlərin olduğunu düşünməmişdim. kredit və inancımı dəyişdirdim. Həqiqi və təcili bir kreditə ehtiyacınız olub olmadığını bilmirəm, WhatsApp + 1-989-394-3740 və cənab Benjamin ilə əlaqə qurmaqdan azad olun və e-poçt: Lfdsloans@outlook.com təşəkkür edirəm.
ReplyDelete