Skip to main content

Jonathan Carroll - sendviç qoxulu səfil

Avtobus dayanacağında rəqs edən və sendviç kimi qoxan səfil vardı. Sulu qar da yağırdı və ətrafda ikimizdən başqa bir bəni-adəm yox idi. Avtobus gözləyirdi, ya yox, bilmirdim, amma gözləməyini istəmədiyimdən əmin idim. Axırıncı avtobusa çata bilməmişdim, növbətisinin tez gəlməyəcəyinə dair bir narahatlıq çökmüşdü içimə. Bu da o demək idi ki, məndən 10 addım aralı bu ədəbsiz Mr. Bojangles( Amerikalı bir rəqqas. əsl adı Bill Robinson t. q) avtobus gələnə qədər yeganə əyləncəm olacaqdı. Elə bil ki dünya turuna davam etməmişdən qabaq burda dincəlirdi.

Bayırdakı soyuğa, nəmli qış havasına rəğmən beş addım aralıdan da qoxusu bilinirdi. 8 milyon siqaret, ucuz sendviç əti və aylarla çimməyən adamın qoxusunun qarışığı kimi idi. Bir də vaxtı keçmiş yanıq maşın yağı.
Öz-özünə oynayıb vaxtını xoş keçirirdi. Gözləri bağlı idi, xoşbəxt, rahatlamış, tamamilə bu dünyadan qopmuş görünürdü.


Hara baxım, bilmirdim. Oynamağını izləmək elə də pis deyildi, ancaq gözlərini açsa, məni görər, yanıma gələr, pul istəyər, ya tərs-tərs baxar, ya da gic-gicə səfil söz-söhbəti açar deyə çəkinirdim. Elə şey olsaydı, günün qalan hissəsinin dadı-duzu qaçardı.

Qəfil bir mahnı oxumağa başladı. The Dixie Cups qrupunun bir mahnısı, “The Chapel of Love.” Bütün sözlərini bilirdi. Gözləri bağlı oynamağa davam edirdi və mahnının sözlərini əskiksiz bilirdi. Bir çox adam mahnı sözlərinin bir qismini bilir, ən çox da nəqarət qismini. Bir-iki sətir zümzümə edərlər, sonra da hər dəfəsində mızıldanaraq davam edib səslərini kəsərlər. amma bu səfil onlardan deyildi.

Mən də bilirdim “The Chapel of Love”ın bütün sözlərini, çünki Wonder Years(80-ci illərdə çəkilmiş amerikan serialı t.q) vaxtlarının ən mühim mahnılarından idi. Deyəsən, ilk dəfə Richard Bucci’nin qızmızı-ağ, üstü açılan Chevrolet Malibu’sunda dolaşanda eşitmişdim, sonra da partilərdəki önəmli tədbirlərdən tutmuş, görünüşü çörək diliminə bənzəyən tranzistorlu səyyar radioda, məktəbin arxasında Marlbro çəkən məqama qədər dəfələrlə dinləmişdim. Ondan sonrakı müxtəlif dövrlərdə də əskik olmamışdı bu mahnı həyatımdan. Nə vaxt hardasa bu mahnını eşitsəm, dayanar, gözlərimi yumar, dərin və uzun bir nəfəs alardım. Lap gənclik dövrünüz puça getsin, o vaxtlardan bir mahnı eşitmək ya sizi əzib keçər, ya da içinizə xoş bir duyğunu yayar. O anı yaşayana qədər hansının baş verəcəyini bilməzsiniz.
İndi də bu sendviç qoxulu, rəqs edən səfil ondan çox mənə aid olan mahnını mızıldayırdı. Açığı, bir az hirsləndirdi bu məni.
-         Geri istəyirsən?
Yerə baxırdım, köhnə günlər keçirdi ağlımdan. Danışmağa başkayanda başımı qaldırdım və düppədüz mənə baxdığını gördüm.
-         Necə?
-         Dedim ki, mahnını geri istəyirsən?
-         Ağlımdan keçənləri oxuya bilirsən?!
-         Richard Bucci. Chevrolet Malibu, Lena Shabort..
Onun adını düşünməmişdim, amma Lena bu mahnını ilk dəfə eşidəndə öpdüyüm qız idi.
-         Hardan bilirsən bunları?
-         Baş-beynimi aparma. Mahnını geri istəyirsən, ya yox?
-         Nə yalan deyim, istəyirəm. Mən –
-         Əla! Onda gəl sənlə bir razılığa gələk: Avtobus gələndə mənlə bir yerdə minəcəksən və mahnını bir yerdə oxuyacağıq. Amma uşaqlığındakı bütün vacib şəxslər də orda olacaq.  Richard Bucci. Lena Shabort. Mr. Danahar..
-         Danahar? Mən bilən, ölüb axı o.
-         Elədi, amma o da avtobusda olacaq. Sən və mən hamsının önünə çıxıb bir yerdə mahnını oxuyacağıq. O vaxtlar sənin üçün mühim olan dörd nəfər də orda olacaq.
-         Kimdi ki onlar? – soruşdum. Nəfəsim kəsilirdi az qala ağlıma gələnlərə görə.
-         Deməyəcəm. Hamısı indiyə kimi böyüyüblər, bəzilərini tanımazsan bəlkə də. Amma onlar səni tanıyacaq. Paho, bu oğlana nə olub belə? Düşünəcəklər. Gör kimlə oturub durur indi deyəcəklər.
Səfil gülümsündü, dişləri düppədüz idi, amma köhnəlmiş düymə rəngindəydi.
Əynimdə xaki rəngində xizək gödəkçəsi və adi çəkmələr vardı, xüsusi bir tərəfim yox idi, digərlərindən seçilmirdim.
Elə bil ağlımdan keçənləri oxudu, - məsələ də budu. Hamının ağlında həyatlarının mahnısı olur. Ölənlərin də öz mahnıları var. O bii tərəfə keçənlərin də xatirindədir ən sevdiyi mahnılar.
-         Bəs niyə mən? Niyə məni seçdin?
-         Əslində indi coşmalısan. Həyatında ilk dəfədir ki, xüsusi bir şey etməkçün seçilmisən. Sən həmişə üstündən ötülən adamsan. Amma bu dəfə seçilmisən. Səninçün bir urraaa.
-         Amma avtobusdakılar məni sənin kimi biri hesab edəcəklər. Amma deyiləm.
-         Yox, əlbəttə. Deyilsən. Sən daha betərsən. Sən ürəyi döyünən kabussan. Millət heç olmasa rəqs edən bir səfili yadda saxlayırlar, - yenə gülümsədi və əlavə bir kəlmə də demədən təhqir etməyi bacardı məni.
-         əgər mənlə birlikdə oxusan, mahnını geri qazanacaqsan. Lena’nı və onun yeddinci sinifdəki öpüşlərini də. Bax hamımız istəyirik ki, Zehin sarayımızda ancaq saf xatirələr olsun, düzdü? Bu insanların sənin haqqında nə düşündükləri niyə vecinə olsun? 40 il olub ki, birini də görməmisən.
Ola ki, dediyimi etməzsən, bundan sonra bu mahnını hər dəfə eşidəndə iyrənc sendviç kimi qoxacaq.
-         Amma onlar məni..
-         Həmişə bədbəxt kimi xatırlayacaqlar, düzdü. Hətta daha pisi – səni və məni bir yerdə görəcəklər və bu qədər hörmətdən düşməyin bəs deyilmiş kimi, zirzibil içində qaldığını düşünəcəklər, leş kimi iylənən səfillə bir yerdə oxuduğunu görəcəklər və tükləri biz-biz olacaq. Şübhən olmasın.
Belə. De görək, hansını seçirsən: xatirələrini təmiz saxlayacaqsan, yoxsa imicini qoruyacaqsan?
Avtobusun səsini eşidə bilirdim.



* t.q - tərcüməçinin qeydi

Comments

  1. Şəhadətim hamıya salam. Mən kömək üçün söz vermiş, lakin mənə heç vaxt kredit verməyən müxtəlif kredit verənlərdən bir neçə dəfə müraciət etdikdən sonra cənab Benjamindən borcumu necə əldə etdiyimi ifadə etmək üçün buradayam. Bir dostum məni Mr.Benjamin Lee ilə tanış etməyimə qədər mənə kömək edəcəyini vəd etdiyini və həqiqətən də heç bir gecikmədən vəd etdiyi kimi etdi. Həqiqətən də kömək edən cənab Benjamin Li ilə görüşənə qədər hələ də etibarlı kredit borc verənlərin olduğunu düşünməmişdim. kredit və inancımı dəyişdirdim. Həqiqi və təcili bir kreditə ehtiyacınız olub olmadığını bilmirəm, WhatsApp + 1-989-394-3740 və cənab Benjamin ilə əlaqə qurmaqdan azad olun və e-poçt: Lfdsloans@outlook.com təşəkkür edirəm.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...